Icma.az
close
up
RU
Təşviş doğuracaq heç bir əsas yoxdur Komitə sədri dabaq xəstəliyindən DANIŞDI

Təşviş doğuracaq heç bir əsas yoxdur Komitə sədri dabaq xəstəliyindən DANIŞDI

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı çərçivəsində 1953-cü il dekabrın 11-də Roma şəhərində təsdiq edilmiş “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyası”nın Nizamnaməsinə qoşulub. Prezident İlham Əliyev bu barədə bu gün Fərman imzalayıb.

Eyni zamanda Azərbaycanda dabaq xəstəliyi ilə əlaqəli oktyabrın 25-dən etibarən ölkə üzrə heyvan bazarlarının müvəqqəti bağlanması nəzərdə tutulur.

Redaktor.az Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ilə dabaq xəstəliyi ilə bağlı müsahibəni təqdim edir:

- Tahir müəllim, dabaq xəstəliyi nə dərəcədə ciddidir?

- Dabaq qorxulu heyvan xəstəliyidir. Eyni zamanda keçicidir və virusdur. Müəyyən üsullarla heyvanlara keçir. Ancaq insanların həyatı üçün o qədər qorxulu deyil. Müəyyən qaydalara əməl etmək lazımdır. Dabaq xəstəliyi tutan heyvanı kəsmək, onun südündən istifadə etmək, həmin heyvanla təmasda olmaq təhlükəli sayılır. Lakin həmin ət məhsulları yüksək dərəcədə bişirilərsə, bir o qədər qorxulu olmur. Ancaq bu xəstəlikdən müalicə olunmaq lazımdır. Dünyada yayılan bir xəstəlikdir. Azərbaycanda da belə hallar mütəmadi olaraq baş verir. Düzdür, qabaqlayıcı tədbirlər görülür, ancaq müəyyən səbəblərdən, müəyyən sahibkarların, insanların laqeydliyindən bu xəstəlik bir heyvandan digərinə keçir və virus daşıyıcıları heyvandarlığa çox ciddi ziyan vurur.

- Azərbaycanın bu gün qoşulduğu “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyası”nın Nizamnaməsinin mahiyyəti nədən ibarətdir?

- Dabaq xəstəliyinin qarşısının alınması üçün beynəlxalq nizamnamələr var. Bu gün “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyası”nın Nizamnaməsinə qoşulduq. Bu nizamnamə 1953-cü ilin dekabr ayının 11-də Roma şəhərində təsdiq edilib. Bilavasitə dabaq xəstəliyinə qarşı mübarizə tədbirlərini özündə əks etdirir və Avropa Komissiyası tərəfindən qəbul olunub. Çox vacib bir sənəddir və bu sənəd Milli Məclisdə müzakirə olunub, qəbul edilib.

- Ölkədə müvəqqəti olaraq heyvan bazarlarının bağlanmasına münasibətiniz necədir?

- Çox yaxşı haldır ki, dabaq xəstəliyinin qarşısını almaq üçün müəyyən qaydada heyvan bazarlarında müvəqqəti bağlanmalar tətbiq olunur. Bu da bilavasitə xəstəliyin qarşısının alınması məqsədi daşıyır və həmin ərazilərdə sanitar tədbirlərin görülməsinə, təmizliyin yaradılmasına, əgər həmin ərazilərdə heyvanlar varsa, o heyvanların bir yerdən digər yerə daşınmasının qarşısının alınmasına bilavasitə xidmət edir.

- Heyvan bazarlarının bağlanması ət qiymətlərinə necə təsir edəcək?

- Əlbəttə ki, əgər bazarlar müvəqqəti olaraq bağlanarsa, bu müəyyən qaydada ətin qiymətində özünü göstərə bilər. Ancaq yenə də deyirəm, bu, müvəqqəti bir haldır.

- Bu xəstəliyə qarşı hansı tədbirlər görülməlidir?

- Təşviş doğuracaq heç bir əsas yoxdur və insanlar özlərinin sağlamlıqlarını qorumalıdırlar. Əgər belə məhsullar varsa, onlardan istifadə etməməlidirlər. Heyvanlar təcrid olunmalıdır. Baytarlıq tədbirləri görülməli və bəzi hallarda elə heyvanlar varsa, onlar çıxdaş da edilə bilərlər. Ancaq bu, sağalan bir xəstəlikdir, lakin müəyyən müddət davam edir. Düzdür, məhsuldarlığa, həm də heyvanlara ciddi ziyan vurur. Belə xəstəliklər müşahidə olunursa, sözsüz ki, bütün məhdudiyyətlər tətbiq olunmalı və qaydalar gözlənilməlidir.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri