“Heç kim cəzadan qaça bilməyəcək” Kobaxidze prezidenti və müxalifəti hədələdi AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Gürcüstanda hökumətə qarşı etirazlar şiddətləndikcə, hakimiyyətin müxalif siyasi qüvvələrə təhdid və hədə-qorxuları da çoxalır.
“AzPolitika” xəbər verir ki, Baş nazir İrakli Kobaxidze Gürcüstan parlamentinin binası qarşısında baş verən etiraz aksiyalarının təşkilatçılarının cəzalandırılacağını vəd edib: “Aksiya təşkilatçıları olan siyasətçilər, o cümlədən QHT-lər məsuliyyətdən yaxa qurtara bilməyəcəklər”.
Kobaxidze qeyd edib ki, müxalifət partiyalarının liderləri öz kabinetlərindədir və etiraz aksiyalarında iştirak etmirlər, lakin bu, heç nə demək deyil. Yəni, onları məsuliyyətdən azad etmir.
O, əlavə edib ki, aksiyaların arxasında müxalifət və QHT nümayəndələri dayanır: “Heç kim məsuliyyətdən qaça bilməyəcək, aksiyalar zamanı kabinetlərində gizlənən o müxalifət siyasətçiləri, varlı QHT rəhbərləri qaça bilməyəcək. Onlar etdiklərinə görə qanundan gizlənə bilməyəcəklər. Müxalifət liderləri, bəzi jurnalistlər və Salome Zurabişvili birbaşa bu kampaniyaya cəlb edilib”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 03 Dekabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















