Icma.az
close
up
RU
Hədəf 1 milyard dollar...

Hədəf 1 milyard dollar...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında ticarət dövriyyəsinin rekord həddə çatdırılması razılaşdırılıb

Prezident İlham Əliyev və Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında çox mühüm mesajlar verildi.  Ş.Mirziyoyevin bəyan etdiyi kimi Ali Dövlətlərarası Şuranın üçüncü iclası və bu səmərli format müttəfiqlik münasibətlərinin ən yüksək səviyyəsinin ən yaxşı nümayişidir. Strateji tərəfdaşlığın və müttəfiqliyin hər bir müddəası konkret, real işlərdə öz əksini tapır və bu dinamika iqtisadi mübadilələrin ruhunda özünü konkret olaraq əks etdirir. Son illərdə ikitərəfli münasibətlərin inkişafı və keyfiyyətcə yeni mərhələyə çatması üçün qarşılıqlı təmasları daha da artıb, ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və digər sahələrdə mühüm layihələrin həyata keçirilməsi birgə əməkdaşlığın gündəliyini daha da genişləndirib.

Son beş ildə qarşılıqlı ticarətin həcmi 3 dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb. Bu da heç də son hədd deyil. Hökumətlərarası Komissiyanın iclası, Biznes Şurasının və Regionlar Forumunun toplantılarının keçirilməsi də birgə layihə və proqramların icrasında sıçrayışı təmin etməkdədir.
Azərbaycan və Özbəkistan əmtəə dövriyyəsini artırmaq üçün əlavə ticari stimulların təşviqi və tətbiqi istiqamətində də qətiyyətli addımlar atır, ən yaxın hədəf  2030-cu ilə qədər ticarət dövriyyəsinin 1 milyard dollarlıq həddinə çatdırılmasıdır. Bunun üçün möhkəm hüquqi əsas da yaradılıb -  “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqram”ı və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında investisiyalar və ticarət sahələrində layihələrin həyata keçirilməsi üzrə Praktiki Fəaliyyət Planı”nı (Yol Xəritəsi)” hədəflərə çatmaq üçün mühüm hüquqi baza deməkdir.

Sərmayələrin qarşılıqlı təşviqi və mühafizəsi

Üç il əvvəl yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Fondu isə birgə investisiyaları əlaqələndirən və həyata keçirən əsas qurumlardan biri kimi çıxış edir. 500 milyon nizamnamə kapitalı olan fondun strateji fəaliyyət istiqamətləri olduqca genişdir və sərmayələrin təşviqi üçün bütün maliyyə, investisiya, kapital fondları ilə birgə əlaqələndirici missiyanı yerinə yetirmək niyyətindədir. Şirkətin fəaliyyəti eləcə də, səhiyyə, logistika, sənaye, kənd təsərrüfatı emalı, maliyyə texnologiyaları, informasiya texnologiyaları, təhsil və enerji sahələrini əhatə edən uzunmüddətli layihələrin hazırlanmasına və dəstəklənməsinə yönəlib. Cənab İlham Əliyevin bəyan etdiyi kimi qurumun investisyalarının təxminən 160 milyonu artıq müəyyənləşdirilib və bu vəsaiti tezliklə istifadə ediləcək. Səmərəli və nəticəyönümlü fond kimi bu təsisat Azərbaycan və Özbəkistan ərazisində, investisiya qoyulan layihələrdə də maliyyənin aparıcı sənaye lokomitivinə çevrilə bilər.


“Made in Central Asia” sənaye mərkəzlərinin yaradılması

Tərəflər iqtisadi-ticari əlaqələriin konkret məzmunla zənginləşdirilməsi, eləcə də 3-cü ölkələrlə inteqrasiyası üçün davamlı səylər göstərir. Hər iki ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir. Bu baxımdan Azərbaycan və Özbəkistanın prinsipial strateji qərarları ikitərəfli əlaqələrin inkişafını təmin etməklə bərabər, daha geniş coğrafi inkişafa, regional əməkdaşlığın möhkəmlənməsinə töhfələr verməkdədir. Bu, faydalı model Mərkəzi Asiya və digər region ölkələrinin birgə inteqrasiyası, nəqliyyat-enerji bağlantılarının açarı kimi çıxış edir. Azərbaycanın Məşvərət Görüşləri formatına qoşulmasından sonra iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açılıb. Bölgədə istehsal zəncirlərini birləşdirmək və “Made in Central Asia” brendi üzrə sənaye mərkəzlərinin yaradılması da Mərkəzi Asiya dövlətlərinin iqtisadi inteqrasiyasına töhfələr verə bilər.


Regionlararası iqtisadi-ticari tərəfdaşlığın genişləndirilməsi

Ali Dövlətlərarası Şuranın üçüncü iclasında ticarət, sənaye kooperasiyası, energetika, nəqliyyat, mədəniyyət və digər sahələrdə yeni layihələrin istiqamətləri,  siyasi dialoqu gücləndirmək, parlamentlər və hökumətlər, sənaye qurumları və regionlar arasında fəal əlaqələri dəstəkləmək barədə anlaşma əldə olunub. Regionlar iqtisadi-ticari tərəfdaşlığın genişləndirilməsinin əsas hərəkətverici qüvvəsidir. Bu məqsədlə cari ayda Daşkənd şəhərinin, Buxara və Namanqan vilayətlərinin hakimləri Azərbaycana səfər ediblər.
Əməkdaşlığın daha bir mühüm istiqaməti nəqliyyat-tranzit sahəsidir. Trans-Xəzər dəhlizinin potensialını birlikdə inkişaf etdirəcək, logistika infrastrukturunun səmərəliliyini artıracaq, daşımaları stimullaşdıracağıq. Bunun üçün Xəzər dənizində birgə donanmanın yaradılması üzrə işi fəallaşdıracağıq.
İki ölkə öz mövcud rəqəmsal infrastrukturlarını vahid məkanda birləşdirməklə “Rəqəmsal İpək Yolu” layihəsində də sıx əməkdaşlığı təşviq edir. Həmçinin Azərbaycan və Özbəkistan Mərkəzi Asiya, Qafqaz, Aralıq və Qara dənizi birləşdirən nəqliyyat dəhlizlərində əsas coğrafi hüdudlardan biri kimi strateji yer tutur.

Biznesmenlər Şurası yaradılır

Özbəkistan və Azərbaycan hökumətləri iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin qurulmasına dəstək vermək, birgə invetisiya layihələrini təşviq etmək məqsədilə Biznesmenlər Şurası yaratmağı da planlaşdırır. Hazırda yeni təsisatın yaradılması üçün zəruri texniki və hüquqi məsələlər həll edilməkdədir. Şura biznes nümayəndələri arasında birbaşa qarşılıqlı fəaliyyəti təmin etmək, onların üzləşdiyi texniki çətinliklərni və hüquqi məsələlərin operativ şəkildə həllinə nail olmaq, institisional dəstək göstərmək, biznes planlarının realizasiyası istiqamətlərdə çevik və təsirli addım atmaq məqsədi daşıyır. 

Özbəkistan və Azərbaycanda ikitərəfli və çoxtərəfli iqtisadi layihələri genişləndirməklə həm iqtisadi-ticari münasibətlərin dinanikasını, həm də qarşılıqlı sərmayə yatırımlarının məbləğini artırmaq niyyətindədir. Bu prosesdə iri şirkətlər və investisiya korporasiyaları ilə yanaşı, kiçik və orta biznes icmasının da sərmayə təşviqinə cəlb edilməsinə ehtiyac var. Bu baxımdan Biznesmenlər Şurası bu funksiyanı öz üzərinə götürərək ticarət-sənaye palataları və sahibkarlar assosiasiyalarının xətti ilə koordinasiyanı təmin edəcək, investisiya paketinin formalaşdırılmasına töhfə verəcək.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Avqust 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see270

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see253

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see247

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see231

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see230

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see228

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see200

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see200

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see191

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see175

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see172

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri