Turizmdə 12 milyard manatlıq hədəf
Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan 2030-cu ilədək turizmdən daxilolmaları iki dəfə artırmağı hədəfləyir
Azərbaycanın 2026–2030-cu illər üzrə turizm strategiyasının əsas iqtisadi hədəfləri açıqlanıb.

Marja.az xəbər verir ki, Dövlət Proqramına əsasən, turizm sektoru qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsi, regionlarda məşğulluğun genişləndirilməsi və ölkəyə xarici valyuta daxilolmalarının artırılması baxımından əsas inkişaf istiqamətlərindən biri olacaq.
Proqramda turizm üçün xarakterik sahələrdə yaradılan əlavə dəyərin 2025-ci ildəki 6 milyard 962,8 milyon manatdan 2030-cu ildə 12 milyard 170,9 milyon manata çatdırılması proqnozlaşdırılır. Bu, proqram dövründə real ifadədə təxminən 40% artım deməkdir.
Turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti üzrə əlavə dəyərin isə 3 milyard 573 milyon manatdan 6 milyard 189,3 milyon manata yüksəlməsi nəzərdə tutulur. Bu seqment üzrə orta illik real artımın 7,2% təşkil edəcəyi gözlənilir.
Turizm üçün xarakterik sahələrin qeyri-neft-qaz ÜDM-indəki payının 7,5%-dən 8,6%-ə, muzdlu əmək bazarındakı payının isə 4,8%-dən 5,7%-ə çatdırılması hədəflənir.
Xarici turistlərin Azərbaycanda xərclədiyi vəsaitin 2025-ci ildəki 3,3 milyard manatdan 2030-cu ildə 6,3 milyard manata yüksələcəyi proqnozlaşdırılır. Beləliklə, turizm üzrə daxilolmaların təxminən iki dəfə artması nəzərdə tutulur.
Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayının 2 milyon 570,2 min nəfərdən 3 milyon 798,8 min nəfərə, daxili turistlərin sayının isə 5 milyon 862,2 min nəfərdən 7 milyon 367,6 min nəfərə çatdırılması planlaşdırılır. Mehmanxanalarda gecələmələrin sayı 4 milyon 569,5 min gecədən 6 milyon 321,2 min gecəyədək artırılmalıdır.
Baxış sayı:38
Bu xəbər 20 Avqust 2026 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















