Həftəsonu əlavə yatmaq ürək sağlamlığına faydalıdır: İdeal müddət açıqlanıb
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Həftəsonu həftə ərzində yaranan yuxu çatışmazlığını kompensasiya etmək üçün əlavə yatmaq ürək sağlamlığı ilə əlaqələndirilir.
Sherg.az xəbər verir ki, yeni araşdırmaya əsasən, həftəsonu təxminən iki saat əlavə yuxu yüksək təzyiq riskini azalda bilər.
Alimlər təxminən 41 min insanın yeddi il ərzində toplanmış məlumatlarını araşdırıblar. Nəticələr Avropa Kardiologiya Cəmiyyətinin konfransında təqdim olunub.
Araşdırmaya görə, həftəsonu əlavə 1 saat 27 dəqiqə yatmaq yüksək təzyiq riskinin 9 faiz azalması ilə əlaqələndirilib. Fiziki aktivliyi az olan iştirakçılarda bu fayda daha nəzərəçarpan olub və hipertoniya riski 6,9 faiz aşağı düşüb.
Bununla belə, həftəsonu dörd saatdan çox əlavə yatmağın yüksək təzyiq riskinin artması ilə əlaqəli olduğu müəyyənləşdirilib.
Tədqiqatçılar yuxu çatışmazlığı ilə yanaşı, fiziki hərəkətsizliyin də ürək-damar sağlamlığı üçün əsas risk faktorlarından biri olaraq qaldığını vurğulayıblar. Onlar qaçış, velosiped sürmə və üzgüçülük kimi aerobik məşqlərin qan təzyiqinə müsbət təsir göstərə bildiyini qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 13 Sentyabr 2026 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















