Icma.az
close
up
RU
Həkim fizioterapevt: Hər gün qısamüddətli gəzintiyə çıxmaq sağlamlıq üçün çox faydalıdır

Həkim fizioterapevt: Hər gün qısamüddətli gəzintiyə çıxmaq sağlamlıq üçün çox faydalıdır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

Araşdırmalara görə, gündə ən azı 30 dəqiqə orta tempdə gəzmək oturaq həyat tərzinin zərərlərini əhəmiyyətli dərəcədə azalda bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər həkim-fizioterapevt Aytən Musayevaya məxsusdur.

Onun dediyinə görə, bəzi tədqiqatlar göstərir ki, uzun müddət oturaq həyat tərzinin səbəb ola biləcəyi ürək-damar sistemi, metabolik pozuntular və onurğa problemləri kimi fəsadları kompensasiya etmək üçün hər gün 30–40 dəqiqə orta və ya yüksək intensivlikdə fiziki aktivlik tövsiyə olunur: “Əlavə olaraq, hər 30–60 dəqiqə oturduqdan sonra 2–5 dəqiqə ayağa qalxmaq və yüngül hərəkət etmək məsləhət görülür. Oturaq həyat tərzi müasir dövrdə geniş yayılmış və bir çox sağlamlıq problemlərinə səbəb olan yaşam formasıdır. Araşdırmalar göstərir ki, gündə 19 dəqiqəlik gəzinti həmin həyat tərzinin zərərlərini azalda bilər. Oturaq həyat tərzinin sağlamlığa təsirinə gəldikdə demək olar ki, uzun müddətli oturaq həyat tərzi bir sıra sağlamlıq risklərini artırır. Gəzinti qan təzyiqi və şəkərin səviyyəsini tənzimləyir, əhval-ruhiyyəni yaxşılaşdırır, ümumi sağlamlığı dəstəkləyir”.

Həkim-fizioterapevt qeyd edib ki, gündəlik uzun müddət oturmaq həyat tərzi sürmək bir çox xroniki xəstəliklərin inkişafı riskini artırır: “Məsələn, ürək-damar xəstəliklərində, uzun müddət hərəkətsizlik qan dövranını zəiflədir, qan damarlarının elastikliyini azaldır, insult və infarkt riskini artırır. Gündəlik gəzinti bir sıra sağlamlıq faydalarını təmin edir. Məsələn, gəzinti qan təzyiqinin səviyyəsini aşağı salmağa kömək göstərir. Fiziki fəaliyyət insulin həssaslığını artırır və qan şəkərini tənzimləyir. Gəzinti endorfinlərin sərbəst buraxılmasını stimullaşdırır, bu da əhval-ruhiyyəni yüksəldir. Fiziki fəaliyyət yuxu keyfiyyətini yaxşılaşdırır. Gəzinti əzələləri gücləndirir və sümüklərin sıxlığını artırır. Hər 30 dəqiqədən bir 5 dəqiqəlik qısa gəzintilər edilməsi çox xeyirlidir. Qısa məsafələr üçün avtomobil əvəzinə piyada getmək, lift əvəzinə pilləkənlərdən istifadə etmək, günün əvvəlində və ya axşamlar qısa gəzintilər sağlamlığın qorunmasında çox mühüm rol oynayır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see351

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri