Icma.az
close
up
RU
Həkimdən antibiotiklərin qəbulu barədə CİDDİ XƏBƏRDARLIQ

Həkimdən antibiotiklərin qəbulu barədə CİDDİ XƏBƏRDARLIQ

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Çox sual verirlər ki, “Uşağım öskürür, temperaturu qalxıb. Hansı antibiotik məsləhətdir?

Əvvəla onu deyim ki, antibiotik vitamin deyil ki, onu kimə gəldi təyin edək. Antibiotik qəbuluna həkim qərar verməlidir”.

Saglamolun.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri sosial şəbəkədə paylaşdığı sağlamlıq postları ilə diqqət çəkən tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov bildirib. O, “Hansı hallarda antibiotik qəbul edilməlidir?” mövzusunda ətraflı məlumat verib:

“Ən birinci xəstədə bakterial, yoxsa infeksiya olduğunu müəyyənləşdirməyə çalışın. Çünki antibiotik yalnız bakterial infeksiyada yazılmalıdır. Bakterial infeksiyanın klinik əlamətləri:

1. Temperatur salıcı dərmanlara qarşı xəstənin hərarəti davamlı olur. Virus infeksiyasında isə dərman qəbulundan az sonra temperatur enir.

2. Xəstənin bəlğəmi irinli olur. Virus infeksiyasında isə bəlğəm olmur, olsa da, köpüklü olur.

3. Qanın ümumi analizində leykositlərin neytrofil növü çox artmalıdır. Buna həkimlər sola meyllilik deyir. Virus infeksiyasında isə limfosit sayı çox olur (sağa meyillilik).

Antibiotik qəbuluna qərar verildikdən sonra onun qrupu seçilir.

Zəif antibiotik yoxdur. Düzgün seçilməmiş və dozası səhv seçilmiş var. Antibiotikin bahalı, yaxud ucuz olması onun təsir gücünə dəlalət etmir.

Antibiotik dozası xəstənin yaşına, çəkisinə, əlavə xəstəliklərinə əsasən dəyişir. Onun növü isə konkret törədicinin həssaslığına görədir. Əlbəttə həmin antibiotikə xəstənin allergiyası yoxdursa, törədicinin və antibiotiklərə həssaslığın təyini ilə bağlı cavab laboratoriyadan gec çıxır, üstəlik həmişə mümkün olmaya bilər.

Yalnız bu cür hallarda (həssaslıq təyin olunana qədər) geniş spektrli antibiotikə müvəqqəti olaraq müraciət etmək olar. Bilin ki, geniş spektrli antibiotiklərin zərərləri çoxdur. Qastrointestinal distress sindromu, çətin müalicə edilən psevdomembranoz kolit, vitamin disbalansı, koagulyasiya pozulmaları bu tip maddələrin fəsadlarıdır”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 05:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri