“Həkimlər demişdi 3 günə öləcək, 5 gündür yaşayır” Şairin həyat yoldaşı
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
“Həkimlər demişdilər ki, heç bir ümid yoxdur, 3 gün vaxt qoymuşdular ki, bu müddət ərzində öləcək. Artıq 5 gündür evdədir. Huşu özündədir, ürəyi də fəaliyyətdədir”.
Bunu “Yeni Sabah”a açıqlamasında şair Əlisəmid Kürün həyat yoldaşı Mətanət Mehdiyeva deyib.
Onun sözlərinə görə, oktyabrın 4-də Respublika Klinik Xəstəxanasından evə köçürülən şairin vəziyyəti ağır olaraq qalır: Dördpendirli pizza
“Səhhətində heç bir irəliləyiş yoxdur. Həkim nəzarətində deyil. Xəstəxanadan bizə deyilmişdi ki, artıq heç bir ümid yoxdur, evə aparın. Biz də gətirdik. Qan analizi üçün evə həkim çağırmışıq. İndi onu gözləyirik”.
M.Mehdiyeva bildirib ki, Ə.Kürün dostları tez-tez şairin durumu ilə maraqlanırlar: “Sadəcə dostlarının diqqəti üzərindədir. Maraqlanan hər kəsə təşəkkü edirəm”.
Qeyd edək ki, Ə.Kürün 71 yaşı var. Sentyabrın 15-də onun səhhətində problemlər yaranıb. Şair Respublika Diaqnostika Mərkəzinə yerləşdirilsə də, daha sonra onun müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi. Şair artıq 5 gündür ki, evə buraxılıb.
Aydan Hacı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 08 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















