İraqdakı türkmənlərin təhlükəsizliyi narahatedici mənzərə yaradır
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Suriyadakı hadisələrin İraq ərazisinə də yayılması cəhdləri və bu prosesdə türkmən qurum və təşkilatlarının hədəfə alınması İraqdakı türkmənlərin təhlükəsizliyi və milli kimliyi baxımından son dərəcə narahatedici mənzərə yaradır.
Xalqcebhesi.az xəbər verir ki, bunu İraq Türkmən Cəbhəsi Siyasi Bürosunun üzvü Mardin Gökkaya deyib.
O, qeyd edib ki, keçmişdə Kərkük, Süleymaniyyə və Ərbil başda olmaqla türkmənlərin yaşadığı şəhərlərdə müxtəlif bəhanələrlə təşkil edilən aksiyalar zamanı İraq Türkmən Cəbhəsi və digər milli qurumlara qarşı məqsədli hücumlar həyata keçirilib:
"Seçki proseslərindən əvvəl ofislərimizə qarşı analoji təxribatlar cəmiyyətdə şüurlu şəkildə iğtişaş və qeyri-sabitlik yaratmaq məqsədi daşıyırdı. Bu gün Ərbildə İraq Türkmən Cəbhəsi və TEBA-nı hədəf alan hadisələr bu təhlükəli yanaşmanın davamlılığını açıq şəkildə nümayiş etdirir.
Biz oxşar cəhdlərin təkrarlanmasının qarşısını almaq üçün ciddi, davamlı və çəkindirici tədbirlərin dərhal həyata keçirilməsinə, o cümlədən təqsirkarların müəyyən edilməsinə və onların qanuni məsuliyyətə cəlb edilməsinə çağırırıq".
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 22 Yanvar 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















