Icma.az
close
up
RU
Həm sülhdən dəm vururlar

Həm sülhdən dəm vururlar

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

həm də xaricdə məhkəmə qapılarında sülənirlər

Nikol Paşinyan başda olmaqla Ermənistan hökumətinin xarici siyasətinə cavabdeh olan bütün rəsmi şəxsləri səfər etdikləri ölkələrdə keçirdikləri görüşlərdə, beynəlxalq platformalardakı çıxışlarında, müzakirələrdə, bir sözlə, əllərinə düşən hər fürsətdə Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulmasının vacibliyindən dəm vururlar. Onlar bununla özlərini dünya ictimaiyyətinin gözündə sülhpərvər kimi göstərmək istəyirlər.

Sonuncu dəfə xarici işlər naziri Ararat Mirzoyan dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasındakı çıxışı zamanı ölkəsinin Azərbaycanla münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin delimitasiyası üzrə danışıqlarda konstruktiv iştirakını davam etdirdiyini bildirdi. Qeyd etdi iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin imzalanması istiqamətində tərəqqi əldə olunub. Sənədin preambulası və 17 maddədən 15-i razılaşdırılıb. Mirzoyan, həmçinin Ermənistan və Türkiyə arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması da daxil olmaqla münasibətlərin tam normallaşmasının regionun sülh və sabitliyinə mühüm töhfə verəcəyini vurğuladı.

Ancaq bu təmtəraqlı bəyanata baxmayaraq, Ermənistan bölgədə gerçək sülhün yaranmasına imkan verəcək addımları atmaqda maraqlı görünmür. Heç kəs üçün sirr deyil ki, Azərbaycanın etirazına səbəb olan əsas məsələ Ermənistan konstitusiyasına dəyişiklik edilməməsi ilə bağlıdır. Bundan əlavə, Ermənistan silah-sursat alışını artırır, ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı qurumun Vyanada yerləşən katibliyinə birgə müraciət ünvanlanması ilə bağlı Bakının təklifinə müsbət cavab vermir.

Ermənistan hökumətinin sülh istəyində səmimi olmadığını göstərən digər nüans ölkəmizə qarşı beynəlxalq məhkəmələrdə qaldırdığı iddiaları davam etdirməsidir. Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsində hazırda Ermənistanın Azərbaycana qarşı qaldırdığı bir neçə iddia üzrə işlərə baxılır. Yəni, Ermənistan Azərbaycana qarşı ən azı hüquqi müstəvidə mübarizəsini davam etdirir. Bu mübarizə bir sıra ekspertlər tərəfindən doğru olaraq, “beynəlxalq hüquqi müharibə” adlandırılır. Məhkəmə iddiaları İkinci Qarabağ müharibəsindən sonra və xüsusilə 2023-cü ilin yazında – antiterror tədbirlərinə bir neçə ay qalmış qaldırılıb. İki ölkə arasında müharibə vəziyyətinin mövcud olduğu dövrdə bu iddiaların qaldırılmasını hardasa başa düşmək olardı. Amma indiki dövrdə iddialardan imtina edilməməsi İrəvanın əsl xislətini ortaya qoyur. Hərçənd ki, N.Paşinyan 2024-cü il noyabrın 22-də ölkəsinin ictimai televiziyasına verdiyi müsahibədə Ermənistan və Azərbaycanın beynəlxalq instansiyalardan hüquqi iddialarını qarşılıqlı şəkildə geri götürməsinin mümkünlüyünü bildirmişdi: “Əgər biz həqiqi sülhə can atırıqsa və sülh müqaviləsi imzalayırıqsa, belə bir razılaşmanın əldə olunması mümkündür. Bu o deməkdir ki, nə biz, nə də onlar keçmişdə baş vermiş hadisələrə görə bir-birimizə qarşı iddia qaldırmamalıyıq”.

Ancaq Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yegişe Kirakosyan dekabrın 9-da jurnalistlərə açıqlamasında bildirib ki, hazırda İrəvanın beynəlxalq məhkəmələrdə Bakıya qarşı qaldırdığı iddiaları geri götürə biləcəyini göstərən heç bir əlamət yoxdur. O, əmin edib ki, məhkəmələrdə bütün müvafiq prosedurlar davam edir. Kirakosyan N.Paşinyanın tərəflərin sülh müqaviləsi bağlayarkən iddialardan qarşılıqlı imtinası ilə bağlı bəyanatlarına, eləcə də bu məsələdə baş nazirlə fikir ayrılığına dair yayılan məlumatlara münasibət bildirməkdən imtina edib: “Mən baş nazirin sözlərinə şərh verə bilmərəm, düşünürəm ki, bununla bağlı xarici işlər nazirliyi ilə danışmağınız düzgün olardı. Amma onu deyə bilərəm ki, biz indi iddialarımız üzərində işləməyi davam etdiririk. Nəzərdə tutulan prosedurlar həmişəki kimi davam edir. Yəni, iddialarımız və işlərə baxılması prosesi gedir. İddiaların geri götürülməsi məsələsi gündəmdə deyil, belə bir qərar yoxdur. İddialarımıza baxılmasını təmin etmək üçün zəruri olan prosessual addımlar atılır”.

Buna paralel olaraq Ermənistan Qarabağdakı keçmiş separatçı rejimin “qlavarlarının” qaytarılması məsələsindən də əl çəkmir. Düzdür, onlar bu məsələ ilə bağlı açıq çıxışlara cürət etmirlər. Amma hər halda boş oturduqlarını demək də doğru olmazdı. Məsələn, Y.Kirakosyan xatırladıb ki, İrəvan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə “erməni əsirlərlə” bağlı müraciət edib, lakin hər iki instansiya bu məsələnin onların yurisdiksiyasından kənarda olduğunu bildirib. Onun fikrincə, problemin həlli siyasi müstəvidədir: “Bilirsiniz, biz məhbusların (?) qaytarılması məsələsini qaldırdıq, lakin bu, siyasi platformalarda daha çox müzakirə olunmalı məsələdir”.

Göründüyü kimi, rəsmi İrəvan hələ də öz iddiasında qalır. Güman etmək olar ki, Ermənistan gələcəkdə üçüncü ölkələri, eləcə də diasporu cəlb etməklə “beynəlxalq hüquqi müharibə”ni genişləndirmək istəyir. Onların hərəkətlərini başqa cür izah etmək mümkünsüzdür.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti, siyasi şərhçi Oğuz Mirzəyev XQ-yə açıqlamasında bildirdi ki, Ermənistanın beynəlxalq məhkəmə instansiyalarında qaldırdığı iddialar bu ölkənin törətdiyi cinayətləri ört-basdır etmək və dünya ictimaiyyətini aldatmaq məqsədini daşıyır. Onun sözlərinə görə, 30 ilə yaxın həm ekoloji terror, həm iqtisadi cinayətlər törətmiş, həm də dini və etnik təmizləmə siyasəti həyata keçirmiş Ermənistan, indi öz əməllərini inkar edərək, məzlum görkəm alaraq, beynəlxalq məhkəmələrdən imdad diləyir. Bu isə yalnız ikili standartların və beynəlxalq hüququ manipulyasiya etmək cəhdlərinin bariz nümunəsidir: “Ermənistan işğal dövründə torpaqlarımızda misli görünməmiş ekoloji fəlakətlərə, necə deyərlər, imza atıb. Meşələrin qırılması, torpaq və su resurslarının çirkləndirilməsi, təbii sərvətlərin talan edilməsi bu siyasətin bir hissəsi idi. Qarabağ və Şərqi Zəngəzurda minlərlə hektar meşə sahəsi yandırılıb, su hövzələrinə zəhərli tullantılar axıdılıb, bütövlükdə, ekosistemə böyük zərər vurulub. Həmin ərazilərin mineral resursları istismar edilib, mədənlər qanunsuz işlədilib və hasilat xarici bazarlarda satılıb. Bununla yanaşı, Ermənistan işğal müddətində infrastrukturu tamamilə məhv edib, şəhər və kəndləri viran qoyub. Ağdam şəhəri beynəlxalq təşkilatlar tərəfindən “Qafqazın Hirosiması” adlandırılıb. Bu vəziyyət Ermənistanın iqtisadi terror siyasətinin əsl miqyasını göstərir”.

O.Mirzəyev qeyd etdi ki, işğal olunmuş ərazilərdə genişmiqyaslı dini və etnik təmizləmə siyasəti həyata keçirilib. Azərbaycanın mədəni və dini irsinə aid abidələr məhv edilib. Məscidlər dağıdılıb, bəziləri təhqiq olunaraq heyvan saxlanılması üçün istifadə edilib. Eyni zamanda, yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından qovulub və onların qayıdışına onilliklər ərzində imkan verilməyib. İkinci Qarabağ müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra isə Ermənistan özünü “zərərçəkmiş tərəf” kimi sırımağa çalışır. Bu isə sülh prosesinə ciddi zərbə vurur: “Məhkəmə qərarlarının məqsədyönlü şəkildə manipulyasiya edilməsi, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdləri Ermənistanın əsl niyyətlərini bir daha ortaya qoyur”.

Müsahibimiz bildirdi ki, Ermənistanın dövlət büdcəsində hərbi xərclərin son illərdə əsaslı şəkildə artırılması, o cümlədən gələn ilin hərbi büdcəsinin bu ilə nisbətən 20 faiz artması təkcə təhlükəsizliyin təmin olunması məqsədi daşımadığını sübut edir: “İkili standartlarla hərəkət edən Ermənistan, silahlanmanı regionda təcavüzkarlıq siyasətini davam etdirmək üçün prioritet istiqamət seçib. Bu siyasətə Qərb dövlətlərindən verilən dəstək, xüsusilə də hərbi təlimlər və silah-sursatla təchizat gərginliyi daha da artırır. Ermənistan beynəlxalq platformalarda sülhdən danışarkən, şərti sərhəddə hərbi qüvvələrini artırır və yeni hücum ssenarilərini sınaqdan keçirir. Ancaq İrəvanın Qərb dövlətlərindən dəstək alaraq regionda təxribatçı siyasət yürütməsi onun öz gələcəyinə ciddi zərbə vurur. Regionun coğrafi və geosiyasi xüsusiyyətlərini nəzərə almayan Ermənistan dövləti Qərblə apardığı çirkin siyasətin, əslində, öz əleyhinə işlədiyinin fərqinə varmalıdır. Nəzərə almalıdır ki, Azərbaycanın ətrafında formalaşan iqtisadi və diplomatik alyanslar Ermənistanı daha da təcrid edir və onun regionda inteqrasiya imkanlarını məhdudlaşdırır”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan uzunmüddətli sülh və sabitliyin yalnız qonşu dövlətlərlə sağlam münasibətlərin qurulması yolu ilə mümkün olduğunu anlamalıdır. Ermənistan da regionun bir hissəsi olaraq, konstruktiv dialoqa və əməkdaşlığa yönəlməli, təxribat siyasətindən imtina etməlidir. Qərbdən aldığı dəstəklə həyata keçirdiyi təxribatlar nə onun təhlükəsizliyini təmin edir, nə də gələcəyinə zəmanət verir. Əksinə, bu siyasət Ermənistanı daha da zəiflədərək onu regional və beynəlxalq səhnədə daha etibarsız tərəfdaş kimi göstərir.

O.Mirzəyev dedi ki, bu gərginliklərə baxmayaraq, Azərbaycan hər zaman sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Ölkəmiz beynəlxalq hüquqa əsaslanaraq, Ermənistanın təxribatlarına cavab verir və özünün prinsipial mövqeyini qoruyub saxlayır. Azərbaycanın həm hərbi, həm iqtisadi, həm də diplomatik sahələrdə qazandığı uğurlar regionun inkişafına töhfə verir və sabitliyi təmin edir. Ermənistan rəhbərliyinin bu reallıqları qəbul etməsi və sülh təşəbbüslərinə qoşulması həm öz xalqı, həm də region üçün ən yaxşı seçimdir. Ermənistan yalnız Qərbin manipulyasiyalarına uymadan və təxribatçı siyasətdən əl çəkərək regionda təhlükəsizlik və rifaha töhfə verə bilər. Azərbaycanın dövlət–xalq birliyi ilə əldə etdiyi uğurlar Ermənistan üçün dərs olmalıdır. Təxribat və destruktiv siyasət yalnız qısamüddətli mənfəətlər gətirir, lakin uzunmüddətli sabitlik və inkişafı mümkünsüz edir. Ermənistan regionun bir hissəsi olaraq, konstruktiv yanaşma ilə gələcəyini daha möhkəm təməllər üzərində qurmalıdır.

Səxavət NAZİMOĞLU 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see174

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see139

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see125

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see119

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see117

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

Çaki öldü

29 May 2025 00:07see115

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see114

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see113

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Kapitan klubdakı gələcəyindən danışdı

28 May 2025 18:17see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri