Icma.az
close
up
RU
HƏMAS ı məhv etmək niyə mümkün deyil? (ŞƏRH)

HƏMAS ı məhv etmək niyə mümkün deyil? (ŞƏRH)

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İsrail Qəzzanı tam olaraq öz nəzarətinə götürsə belə, bu, HƏMAS-ın fəaliyyətinə son qoymaq demək olmayacaq. Çünki qruplaşma güclü ideoloji bazaya sahibdir".

Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Kənan Rövşənoğlu ABŞ dövlət katibi Entoni Blinkenin HƏMAS-ın İsraillə müharibədə itkilərini kompensasiya etdiyi barədə fikrini şərh edərkən deyib.

Kənan Rövşənoğlu bildirib ki, Blinkenin söylədikləri ilk növbədə həqiqətdir:

"HƏMAS ötən 15 ay ərzində liderlərinin böyük əksəriyyətini itirsə də, hərbi gücünü qoruyub saxlayıb. Hələ də Qəzza zolağında HƏMAS qüvvələri İsrail ordusu ilə vuruşur. Məsələn, 3 gün əvvəl HƏMAS-ın hücumu nəticəsində İsrail ordusu Qəzza zolağının şimalında 5 hərbçisini itirdi, 10 əsgəri isə yaralandı. Üstəlik yeni döyüşçülər cəlb edib və itkilərinin yerini müəyyən qədər doldurmağa nail olub. Hələ ötən ilin yayında ABŞ hərbi tədiqqat mərkəzi HƏMAS-ın müharibədən əvvəl mövcud olan 23 taborundan yalnız 8-nin ciddi itki verdiyini, yerdə qalanların cüzi itkiyə məruz qaldığı, təxminən 8-9-nun isə ümumiyyətlə, tam şəkildə qaldığını yazırdı".


Ekspertin fikrincə, Blinken bu açıqlama ilə demək istəyir ki, HƏMAS və ya İslami Cihad kimi təşkilatlar güclü islamçı ideologiyaya əsaslanır və mərkəzində dayanan ideya torpaqların azadlığı və işğala qarşı mübarizədir:

"Yəni belə bir ideyanı Fələstində məhv etmək mümkün deyil. Belədə ən azı işğal davam etdiyi və münaqişə həll olunmadığı müddətdə, HƏMAS mübarizəni davam etdirəcək. Həmin səbəbdən hətta fiziki olaraq İsrail Qəzzanı tam nəzarətə götürsə belə, bu, HƏMAS-a son qoymaq demək olmayacaq. Çünki qruplaşmanın ideoloji bazası güclüdür, idelogiyanı isə silahla "öldürmək" olmur".

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken Fələstinin HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-dən indiyədək şəxsi heyətdəki itkilərini kompensasiya etdiyini bildirib: "Biz İsrail hökumətinə uzun müddətdir ki, HƏMAS-ı tək hərbi əməliyyatla məğlub etməyin mümkün olmadığını demişik. Aydın bir alternativ, münaqişədən sonrakı dövr üçün plan və fələstinlilər üçün real siyasi perspektivlər olmadan HƏMAS, yaxud onun qədər dəhşətli və təhlükəli bir hərəkat yenidən baş qaldıracaq".

ABŞ Dövlət Departamentinin rəhbəri əlavə edib ki, İsrail hər dəfə hərbi əməliyyatlar keçirib geri çəkildikdə, HƏMAS yenidən qruplaşır və geri qayıdır.

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Yanvar 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri