HƏMAS və Fələstin Milli Hakimiyyəti razılığa gəliblər
Icma.az, Ayna portalına istinadən məlumat verir.
Qəzza zolağını idarə etmək üçün müvəqqəti komitə yaradılacaq
HƏMAS və Fələstin Milli Hakimiyyəti Qəzza zolağını idarə etmək üçün müvəqqəti komitə yaratmaq barədə razılığa gəliblər. AYNA.AZ bildirir ki, bu barədə HƏMAS Siyasi Bürosunun üzvü və hərəkatın Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri Musa Əbu Mərzuq “Əl-Cəzirəyə” verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, komitənin vəzifələrinə Qəzza zolağında sərhəd keçidlərinə və təhlükəsizlik qüvvələrinə nəzarət daxil olacaq.
Ərəb mediasının məlumatına görə, komitəyə rəhbərlik etmək üçün təklif olunan namizədlərdən biri Fələstin Hakimiyyətinin səhiyyə naziri Məcid Əbu Ramazandır. Lakin bəzi media orqanları İsrailin onun namizədliyini rədd etdiyini bildirir.
Əbu Mərzuq müvəqqəti komitənin yaradılması qərarının ABŞ tərəfindən təsdiqlənib-təsdiqlənmədiyini dəqiqləşdirməyib.
HƏMAS üzvü həmçinin bildirib ki, İsrail BMT qüvvələrinin Qəzza zolağında hazırda onun nəzarəti altında olan ərazilərdə fəaliyyət göstərməsinə icazə verməkdən imtina etməyə davam edir və bu, ABŞ-ın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi layihə təklifinə ziddir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 05 Noyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















