Icma.az
close
up
RU
Hematoloq: Cəmiyyətin talassemiya haqqında məlumatlandırılması xəstəliyin yayılmasının qarşısını alır

Hematoloq: Cəmiyyətin talassemiya haqqında məlumatlandırılması xəstəliyin yayılmasının qarşısını alır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 18 aprel, AZƏRTAC

Talassemiya xəstəliyi xroniki anemiya ilə müşayiət olunan irsi qan xəstəliyidir. Bu xəstəlik zamanı orqanizmdə qırmızı qan hüceyrələrinin əsas tərkib hissəsi olan hemoqlobinin normal sintezi pozulur. Bu da qırmızı qan hüceyrələrində yaşama müddəti azalaraq, vaxtından öncə parçalanmasına səbəb olur. Aralıq Dənizi sahilləri ölkələrində geniş yayıldığı üçün xəstəliyi bəzən Aralıq Dənizi anemiyası da adlandırırlar. Ən çox yayılan növləri kimi Alfa və Beta talassemiyanı misal göstərmək olar. Alfa talassemiya zamanı alfa-qlobin zəncirlərinin qismən və ya tamamən sintez olunmaması müşahidə edilir. Beta-qlobin zəncirlərinin sintezindəki kəmiyyət pozulması nəticəsində isə beta-talassemiya xəstəliyi yaranır.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Nərmin Verdiyeva deyib.

O qeyd edib ki, beta-talassemiya xəstəliyi adətən həyatın ilk ilində aşkarlanır: “Uşaqlarda tez-tez xəstələnmə, rəngin solğunluğu, dəri və görünən selikli qişalarda sarılıq, qaraciyər və dalaqda böyümə, qanazlığına bağlı inkişafdan geri qalma, iştahasızlıq və digər əlamətlərlə müşahidə olunur. Xəstəliyin yeganə müalicə metodu HLA toxuma uyğun donordan sümük iliyinin transplantasiyasıdır. Tam toxuma uyğun donorun olmadığı hallarda xəstələrə onların həyat keyfiyyətini yaxşılaşdırmaq, orqan və toxumaların normal fəaliyyətini təmin etmək üçün mütəmadi olaraq hemotransfuziya (qanköçürmə) tətbiq edilir.

Bütün növ talassemiyalar talassemiya genini hər iki valideynindən alan şəxslərdə aşkar oluna bilər. Talassemiya genini yalnız bir valideynindən alan şəxslərdə talassemiya əlamətlərinin daşıyıcılığı yarana bilər. Talassemiya əlamətlərinin daşıyıcılığı hər hansı bir kliniki simptomu olmadığı üçün adətən təsadüfi müayinə zamanı aşkarlanır. Daşıyıcı insanlar praktik sağlam hesab olunurlar. Daşıyıcılıq xəstəlik deyil və ya heç bir halda talassemiya xəstəliyinə çevrilmir”.

Talassemiyanın yaranma səbəbi barədə məlumat verən mütəxəssis deyib: “Talassemiya xəstəliyi valideynlərdən övladlarına irsən ötürülür. Hər iki valideyn daşıyıcı olduğu halda talassemiyalı xəstə uşağın doğulma ehtimalı var. Belə ki, iki daşıyıcının nikahından 25 faiz ehtimalla sağlam, 25 faiz ehtimalla xəstə və 50 faiz ehtimalla daşıyıcı uşaq doğula bilər. Yalnız bir valideynin daşıyıcı olduğu hallarda xəstə uşağın doğulma ehtimalı yoxdur. Valideynlərdən biri daşıyıcı olduğu halda 50 faiz ehtimalla sağlam, 50 faiz ehtimalla daşıyıcı uşağın doğulma ehtimalı var.

Talassemiyanın profilaktikası məqsədilə 2015-ci il iyun ayından etibarən nikaha daxil olan bütün cütlüklər talassemiya daşıyıcılığına görə müayinə olunurlar. Hər iki tərəfin də daşıyıcı olduğu hallarda cütlük həkim hematoloq, ginekoloq və genetikin konsultasiyasına yönləndirilməli, gələcəkdə talassemiya xəstəsi övladın doğulmaması üçün diqqət etməsi gərəkən məqamlar ətraflı izah olunmalıdır. Bununla yanaşı, hamiləlikdə prenatal diaqnostikanın vacibliyi vurğulanmalıdır. Yəni, hər iki valideynin talassemiya daşıyıcısı olduğunda hamiləlik zamanı dölün sağlam, daşıyıcı və ya xəstə olduğunu hamiləliyin 14-16-cı həftəliyində aparılan prenatal diaqnostika ilə aşkarlamaq mümkündür”.

Həmçinin kütləvi maarifləndirmə kampaniyalarının mahiyyətini vurğulayan həkim-hematoloq əlavə edib: “Mütəmadi olaraq bölgələrdə, müxtəlif tibb və təhsil müəssisələrində maarifləndirici seminarlar keçirilir. Cəmiyyətin talassemiya haqqında məlumatlandırılması xəstəliyin yayılmasının qarşısını almaq üçün əsas şərtlərdən biridir. Maarifləndirmə işləri məktəblərdə, universitetlərdə, ictimai yerlərdə aparılmalıdır. Xüsusilə gənc yaşda olan şəxslər arasında maarifləndirmə xəstəliyin gələcəkdə azalmasına səbəb olacaq.

Əlavə olaraq, məcburi qan testlərinin olunması məsləhətdir. Talassemiyanın geniş yayıldığı bəzi ölkələrdə nikah öncəsi qan testləri məcburidir. Bu testlər vasitəsilə daşıyıcılar müəyyən edilərək cütlüklərə lazımı tövsiyələr verilir”.

N.Verdiyeva nikah öncəsi tibbi müayinənin irsi və yoluxucu xəstəliklərin qarşısının alınmasında vacib rol oynadığını bildirib: “Belə müayinələrin məqsədi evlənəcək cütlüklərin sağlamlığını təmin etməklə yanaşı, gələcək nəsillərdə irsi xəstəliklərin yaranmasını azaltmaqdır.

Nikah öncəsi müayinələr nəticəsində daşıyıcılar müəyyən edilir, müvafiq məsləhət verilir və bununla da xəstə uşaqların doğulması əhəmiyyətli dərəcədə azala bilər. Cütlüklər müayinədən keçərək, sağlam ailə planlaması edə bilirlər. Evlilikdən əvvəl xəstəlik riskini bilməklə daha düzgün qərarlar qəbul edirlər.

Ölkəmizdə talassemiya və digər iris qan xəstəlikləri sahəsində görülən işlər əvəzolunmazdır. Talassemiyalı pasiyentlərə göstərilən bütün tibbi xidmətlər müasir standartlara cavab verir.

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin əsas məqsədlərindən biri proqram çərçivəsində talassemiyalı pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdıraraq, onların daha uzun yaşamalarını təmin etməkdir.

Talassemiyanın qarşısı alınması üçün əsas şərt cəmiyyətin düzgün məlumatlandırılması və nikah öncəsi müayinələrin könüllü şəkildə aparılmasıdır. Bu müayinələrin köməyi ilə həm fərdi, həm də ictimai sağlamlıq qorunur və irsi xəstəliklərin yayılması əhəmiyyətli dərəcədə azalır. Beləliklə, sağlam ailə quruluşu və nəsillərin genetik xəstəliklərdən azad olması təmin edilir. Dövlətin və cəmiyyətin birgə səyləri ilə talassemiyaya yoluxma hallarının azaldılmasında mühüm nəticələr əldə oluna bilər. Bu, gələcək nəsillərin daha sağlam bir cəmiyyətdə yaşamasını təmin edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see1978

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see215

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see192

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see180

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see156

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see150

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see145

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see135

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see133

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri