Icma.az
close
up
RU
Professor: Hemofiliyalı xəstələr yüksək risk qrupuna daxildir

Professor: Hemofiliyalı xəstələr yüksək risk qrupuna daxildir

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi Hemofiliya xəstəliyi üçün 702 min 505 manatlıq dərman vasitələri alacaq.

Teleqraf xəbər verir ki, qurum bunun üçün "Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb.

Müqavilənin dəyəri 702 505 AZN-dir. Sözügedən dərmanların alınmasına ötən ayın 17-dən start verilib. Müqavilənin şərtlərinə əsasən, proses ilin sonunadək davam edəcək.

Xatırladaq ki, "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi bundan əvvəl də "Avromed Company" QSC-dən Hemofiliya xəstəliyi üçün 3 müqavilə üzrə toplam 31 milyon 879 min 972 manat dəyərində dərmanlar satın alıb.

İndiyə qədər Mərkəzin QSC ilə bağladığı ən bahalı müqavilə isə Şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələrinin alınması olub. Bunun üçün tərəflər arasında 51.214.262 AZN-lik razılaşma əldə olunub. Müqaviləyə görə, müvafiq işlərin icrasına aprelin 22-dən başlanılıb, bu ilin dekabrına qədər bitməyi planlaşdırılır.

Onu da qeyd edək ki, "Avromed Company" Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. Şirkətin nizamnamə kapitalı isə 57 000 manat təşkil edir.


Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında bildirdi ki, Hemofiliya irsi, yəni genetik mənşəli bir xəstəlikdir:


“Bu xəstəliyi daşıyan şəxslərdə qanın laxtalanma sisteminin bəzi faktorları, xüsusilə VIII və IX faktorların çatışmazlığı və ya olmaması müşahidə olunur. Nəticədə laxtalanma prosesi pozulur. Bu səbəbdən hemofiliyalı şəxslərdə əzələdaxili, oynaqdaxili və daxili orqanlara spontan qanamalar baş verir. Xarici travmalar zamanı yaranan qanaxmalar isə çətin dayandırılır və bəzən həyati təhlükə yarada biləcək fəsadlarla nəticələnir. Hemofiliyalı xəstələr yüksək risk qrupuna daxildir. Bu şəxslərdə spontan qanamalar, travma və ya müdaxilə nəticəsində baş verən daxili qanamalar, peritonarxası sahəyə yayılan hematomalar olduqca təhlükəli klinik vəziyyətlər yarada bilər. Bu baxımdan daimi tibbi nəzarət və davamlı terapevtik dəstək tələb olunur. Hemofiliya üç əsas formaya ayrılır: A, B və C. Bu təsnifat laxtalanma faktorlarının çatışmazlıq növünə əsaslanır. Xəstəliyin ağır formalarında qanamalar tez-tez və intensiv şəkildə baş verir və çox zaman yanaşı gedən digər xəstəliklər (komorbid vəziyyətlər) ilə müşayiət olunur.

Bu xəstələr üçün spesifik dərman vasitələri mövcuddur və həmin preparatlar dövlət tərəfindən təmin olunur. Hemofiliyalı xəstələr ölkə üzrə mərkəzləşdirilmiş qeydiyyata alınır və dərman təchizatı bu uçot əsasında tənzimlənir. Xəstələrin sayı və dərman ehtiyacları müəyyən dövrlərdə aparılan qeydiyyat və analiz nəticəsində müəyyən edilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 İyul 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri