Icma.az
close
up
RU
Həqiqi yaşınızı bilirsinizmi? Bədəninizin sizə verdiyi 5 siqnala diqqət edin

Həqiqi yaşınızı bilirsinizmi? Bədəninizin sizə verdiyi 5 siqnala diqqət edin

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Yaşlanmaq qaçılmaz olsa da, sağlam və balanslı şəkildə yaş almaq bir seçimdir. 

Qaynarinfo xəbər verir ki, mütəxəssislərə görə, "yaxşı yaşlanmaq” sadəcə xəstəliklərdən uzaq qalmaq demək deyil: fiziki, zehni, emosional və sosial rifahı əhatə edən bütöv bir həyat tərzini tələb edir. 

Bəs həqiqətən gənc və sağlam qaldığınızı necə anlaya bilərsiniz? ABŞ-da "Access Medical Labs”ın tibbi direktoru və yaşlanma əleyhinə tibb üzrə mütəxəssis doktor Miç Genin fikrincə, bunun 5 əsas göstəricisi var.

1. Əzələ gücü - həyat enerjinizin göstəricisi

Əl sıxma gücü, uzunömürlülüklə birbaşa əlaqəlidir. Dr. Gen bildirir ki, güclü əzələ kütləsinin, ürək-damar sağlamlığının və ümumi dözümlülüyün əlamətidir. Ev şəraitində bunu tennis topunu sıxmaq və ya yaş dəsmalı burmaqla da yoxlamaq mümkündür. Əzələlərin zəifləməsi, oynaq ağrıları və sarkopeniya (yaşa bağlı əzələ itkisi) kimi hallar orqanizmin bioloji yaşının artdığını göstərə bilər.

2. Hərəkət azadlığı - gəncliyin açarı

Daimi fiziki fəaliyyət həm bədən, həm də zehin sağlamlığının əsas dayağıdır. Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə idman etmək və iki dəfə böyük əzələ qruplarını işlətmək yaşlanma prosesini ləngidir. Baş gicəllənməsi, nəfəs darlığı və ya tez yorulma kimi əlamətlər isə ürək-damar performansının azaldığına işarə edə bilər və həkimə müraciət tələb edir.

3. İmmunitet gücü - tez sağalan bədən sağlam həyatın rəmzidir

Dr. Genə görə, sağlam immunitet sistemi infeksiyalardan 7–10 gün ərzində qurtulmağa imkan verir. Əksinə, uzunmüddətli xəstəliklər və tez-tez baş verən infeksiyalar immun sisteminin zəiflədiyini göstərir. O, həmçinin xroniki iltihabın (məsələn, diş əti iltihabı) yaşlanmanı sürətləndirə biləcəyini bildirir. İltihabı azaltmaq üçün zerdeçal (kurkumin) və yaşıl çay (EGCG) kimi təbii maddələrin istifadəsi tövsiyə olunur.

4. Ruh halı və hormon balansı - daxili tarazlıq yaşınızı müəyyənləşdirir

Yaş artdıqca testosteron, estrogen və progesteron kimi hormonların səviyyəsi azalır ki, bu da həm fiziki, həm də emosional rifaha təsir edir. Aşağı libido, yuxu pozğunluğu, yorğunluq və diqqət dağınıqlığı bu mərhələdə tez-tez rast gəlinir. Dr. Gen, hormon balansını qorumağın həyat keyfiyyətini artırdığını, lakin hər cür əlavə və ya dəstəkləyici müalicənin yalnız həkim nəzarətində aparılmalı olduğunu vurğulayır.

5. Zehni çeviklik - beyninizi işlədin, gənc qalın

Unutqanlıq və diqqət itkisi beynin stimullaşdırmaya ehtiyacı olduğunu göstərir. "Beyin də əzələ kimidir – işlədilmədikdə zəifləyir", deyə Gen qeyd edir. O, hər gün beyni aktiv saxlayan sadə məşqlər etməyi tövsiyə edir, məsələn, "F” hərfi ilə başlayan sözləri sadalamaq və ya kiçik yaddaş oyunları oynamaq kimi. Keyfiyyətli yuxu da beyin sağlamlığı üçün vacibdir: yatmazdan əvvəl telefonu kənara qoymaq, otağı qaranlıq saxlamaq və gecələr "Wi-Fi”ni söndürmək tövsiyə olunur.

Ev şəraitində yaşlanma testləri

Dr. Gen, bədənin bioloji yaşını təxmin etmək üçün bir neçə sadə test təklif edir:

* Əllərdən istifadə etmədən oturub qalxmaq;

* Stoldan 30 dəfə ayağa qalxıb oturmaq;

* Əl dərisini yüngülcə dartıb buraxmaq (dərinin dərhal əvvəlki vəziyyətinə qayıtması elastikliyin göstəricisidir);

* Topuq–barmaq addımı ilə yerimək;

* Bir ayaq üzərində 30 saniyə taraz dayanmaq.

Bu testlərin hamısını problemsiz yerinə yetirə bilirsinizsə, deməli, yaşınızı sağlam şəkildə idarə edirsiniz.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri