Icma.az
close
up
RU
Hər əvvəl bir sondan başlar...

Hər əvvəl bir sondan başlar...

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Lütviyyə ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi

Poeziyası ilə ürəklərə yol tapan şair Məmməd Tahir yaradıcılığı haqqında bir çox yazıçı və şairlər məqalələr yazıb, münasibət bildiriblər. Fikrimizcə, ədəbiyyatşünas, tənqidçi Arif Əmrahoğlunun Məmməd Tahir haqqında söylədiyi fikirlər, bütövlükdə onun yaradıcılığının sərrast təqdimatıdır: "Məmməd Tahir ədəbiyyatın və ədəbi prosesin yaşamasında rolu olanlardandır".

"Vətən, məni sən qınama" adlı kitabı ilə oxucularla görüşə gələn Məmməd Tahir tezliklə ədəbi aləmin diqqətini çəkib. Milli ruhlu, milli düşüncəli, öz səsi, nəfəsi, öz ifadə vasitəsi olan şair çağdaş poeziyamızın tanınmış nümayəndələrindən biridir. Şairin poeziyasında doğulub, böyüdüyü mühitin nəfəsi duyulur, tarixi yaşayır.

Məmməd Tahirin "Gəncləşən şəhər" poemasını oxuduqca, sanki gözlərimin önündə "Naxçıvan" adlı rəsm əsəri canlanır. Əslində, əsl poeziya belə olmalıdır. Şair doğma, qədim şəhəri - Naxçıvanı vəsf edərkən sözlərin, epitetlərin, bənzətmələrin ən gözəlini, ən yaraşanını seçir: "Xan Araz", "Qədim şəhər", "Yaşlı qoca", "müdrik", "ötkün" və sair.

Məmməd Tahir poeziyasında  təbiət-insan-Uca Yaradan vəhdətdədir. Bizi əhatə edən hər bir şey - təbiətdir. İnsan ömrü boyu onu əhatə edən təbiəti ruhani müstəvidə anlamağa çalışır. Bu kontekstdə təbiət - insan əlaqəsi Məmməd Tahir poeziyasının təməl elementlərindən biridir. Təbiət içindəki insan və ya insan və təbiət bütövlükdə tamdır. İnsan Yaradanın şah əsəri, təbiət, Poeziya mənəviyyatdır, tarixdir. Hətta: "Poeziya tarixdən daha fəlsəfi və ciddidir, poeziya daha çox ümumidən, tarix xüsusidən danışır" (Aristotel). Məmməd Tahirin tarixə müraciətlə yazdığı "Mağara əshabələri" mənzum dramında daş yaddaşımız, müqəddəs inanc yerlərimizdən olan "Əshabi-kəhf" mağarasının keçmişindən bəhs edilir. Şairin daş yaddaşımıza müraciətlə yazdığı dram təbiət - insan - Yaradan kontekstindədir.

Dram, eyni zamanda, keçmişdən günümüzədək gəlib çatan rəvayətin, Dəqyənusun (Daqyanus və ya Dağ Yunis) zülmünün, ədalətsizliyinin poetik ifadəsidir: 

Bu nə zülm, bu nə qan?

Başdan-başa Naxçuan,

Matəmgaha dönübdür.

Neçə ocaq sönübdür.

Dəqyənus (Dağ Yunis) yalnız qəddar, zülmkar olmayıb, eyni zamanda Allahlıq iddiasında olub, xalqına ona Allah kimi ehtiram göstərməsini əmr edib. Başqa bir çarəsi qalmamış xalq ona itaət etsə də, aralarında Təmliha, bəzi mənbələrə görə, Təmirxan (Təmleyxa) adlı bir nəfərin də olduğu əsilzadə mənşəli yeddi nəfər onu Allah kimi tanımaq istəməyərək və şəhərdə qalmaqdan qorxaraq şəhərdən qaçır, yaxınlıqdakı mağaraya sığınır və orada dərin yuxuya gedirlər. Mövzusu bu qədər qədim olan bir əfsanədən alınan dramda bütün bunların hamısı, Dəqyənusun zülmü, özünü Allah elan etməsi, mağaranın nədən müqəddəs məkana çevrilməsi, Ptolomeyin bu qədim şəhərdə olması və sair məsələlər öz əksini tapır. Müəllif oxucusunu ən qədim dövrə, "dinənin dili", "qalxanın başı" kəsilən", "xalqının üzündən dərd-qəm yağan" Dağ Yunisin dövrünə götürür. Dramdakı maraqlı məqamlardan biri də yunan Klavdi Ptolomeyin Naxçıvanda olması və Dəqyənusla görüşünü əks etdirən səhnədir.

Tarixi və dini mövzuda əsər yazmaq o qədər asan deyil. Tarixə sədaqət və keçmişə hörmətlə yazılan "Mağara əshabələri" mənzum dramı  bu mövzuda yazılan yaxşı əsərlərdəndir.

"İnsan hara gedirsə getsin, doğulub-böyüdüyü torpağın oğludur", - deyirlər. M.Tahirin "Könlümdən Naxçıvan keçir" şeiri məhz bu duyğulardan hörülən bir çələng kimidir. Gah Naxçıvanın qışını, gah yayını xatırlayan şair xəyalən o yerlərə, Şərqin qapısı Naxçıvana səyahət edir:

Könlüm vətən yollarıdı,

Təbriz, Dərbənd, Rəvan keçir.

Dönüb sevgi qatarına

Könlümdən Naxçıvan keçir.

1990-cı illərdə qələmini süngüyə çevirən şairin yaradıcılığında, xüsusilə, "Ulu yurda xitab", "Vətən, məni sən qınama", "Anam torpaq, gülüm Vətən", "Bir ağac - Vətən", "20 Yanvar günü", "Vətən", "Ağlama" şeirlərində əks olundu. Şair Məmməd Tahir, vətəndaş Məmməd Tahir olaraq vətənə əsgər kimi xidmət etdi. Yalnız Azərbaycan cəmiyyətində baş verən hadisələrə deyil, bütöv Azərbaycan məsələsinə, Təbrizdə yaşananlara biganə qalmadı, haqq səsini ucaltdı. Bir şeirində şair "o tayda ucalan səs"ə görə, ellərə gözaydınlığı verir:

O tayda ucalan səs

Çatıbdı Haçadağa.

Gözünüz aydın, ellər,

Təbriz qalxıb ayağa!

Ana yurd, gözün aydın,

Təbriz qalxıb ayağa!

Şairin poetik düşüncəsinin mərkəzində dünya və insan durur. Xüsusilə, poemalarında insan sevgisi, narahatlıqları, ağrıları ön plana çəkilir. Bu baxımdan şairin günümüzün bəzi ictimai-siyasi prosesləri təsvir olunan "Qara zon" poeması da diqqətçəkicidir. Poema üç hissədən - "Lemma", "Dilemma" və "Trilemma"dan ibarətdir. "Lemma" hissəsində şair "Biri vardı, biri yox" - deyə bir həbsxanadan, buradakı insanların acınacaqlı taleyindən, burada qurulan hakimiyyətdən, təbəqələşmədən bəhs edir.

"Şahdağda bir zirvə var" poeması Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində, 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində şəhid olan qəhrəman jurnalist Çingiz Mustafayevə yazılmış elegiyadır. Poemada Çingizin uşaqlıq illərindən başlayaraq Qarabağda peşə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldığı anadək faciəli, bir o qədər də şərəfli ömür yolu əks olunur və Qafqazın ən uca zirvəsi sayılan Şahdağın ən uca zirvəsinə Çingizin adının verilməsiylə başa çatır:

Təpələr tətikdə, zirvələr oyaq,

Bizi ora çəkir hər cığır, hər iz.

Qafqazın ən uca zirvəsi Şahdağ,

Şahdağın ən uca zirvəsi Çingiz.

"Qanadı yanmış pərvanə" poeması isə Füzuli-Cəbrayıl cəbhəsində şəhid düşmüş kəşfiyyat-bölük komandirinin müavini, Naxçıvandakı Heydər Əliyev adına Hərbi liseyin məzunu, müəllimi olduğum Ceyhun Orucəliyevin xatirəsinə ithaf edilib. Dahi fransız yazıçısı O.Balzak kitablarının birinin müqəddiməsində yazır ki, "Əsl tarixçi fransız cəmiyyətidir, mən isə ancaq onun katibiyəm". Birinci və İkinci Qarabağ müharibəsində şəhid və qazilərimiz qəhrəmanlıqları ilə dastanlaşdılar. Şairlər isə vətəndaşlıq duyğusu ilə bu qəhrəmanların adına ayrıca dastan bağladılar.

Bakıda,

Şəhidlər məzarlığında

Bir məzar var,

Şəhid məzarı.

İki ağlar körpəsi,

Bir gözüyaşlı yarı.

Şairin Birinci və İkinci Qarabağ savaşından bəhs edən çoxlu sayda şeir və poemaları var. Onun şeirləri emosional ovqatıyla seçilir. Məmməd Tahir bir şeirində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn 2780 vətən övladının yasını tutur:

Payız yağışları yudu apardı,

Torpağın üstündən, daşın üstündən.

Güllələr ötəndə başı üstündən,

Ürəklərdən qalxan

Atəşi apardı, odu apardı.

Nəhayət, İkinci Qarabağ müharibəmiz zəfərlə bitdi, müzəffər ordumuz Qarabağı düşmən tapdağından azad etdi. Bu qələbə, Azərbaycan dövlətinin və müzəffər Azərbaycan Ordusunun zəfəridir. Daima vətənin problemlərini düşünən vətənpərvər şairin yaradıcılığında alqışın da, qürurun da, kədərin də inikası özünəməxsus şəkildə təqdim olunur. Məmməd Tahir poeziyasını oxuculara daha çox sevdirən də elə onun şeirlərindəki səmimiyyət və özünəməxsusluqdur.

"Poeziya bu dünyanı mənalandırır, onu ucaldır; amma başqa bir dünya da yaradır" (Oktavia Pas). "Səmimi və kövrək duyğuların tərənnümçüsü" olan Məmməd Tahirin poeziyası bu ülvi duyğuya xidmət edir, oxucunu başqa bir dünyaya aparır. Akademik Möhsün Nağısoylu yazır: "Məmməd Tahirin şeirləri ilk növbədə səmimi və təbii, kövrək və ilıq duyğuların sadə və axıcı bir dillə, həm də yüksək poetik bir biçimdə bədii ifadəsi ilə diqqət çəkir. Həcmcə çox da böyük olmayan, yüksək obrazlılığı ilə seçilən şeirlərinin hər birində özünəməxsus deyim tərzi, ifadə orijinallığı, dərin məna tutumu qabarıq şəkildə özünü göstərir, oxucunu həm düşündürür, həm qəlbinə bir sərinlik çiləyir, həm də ona xoş ovqat, gözəl əhvali-ruhiyyə bağışlayır". Bu fikirlər, Arif Əmrahoğlu, Vaqif Yusifli, Kəmaləddin Qədim, Məmməd Oruc, Səyavuş Sərxanlı və Vaqif Məmmədovun Məmməd Tahir haqqında yazdığı portret yazılarında da fərqli şəkildə vurğulanır. 

M.Tahirin poeziyasında fikir təzə və fəlsəfi mahiyyətdədir. Çünki onun poeziya haqqında özünəməxsus düşüncəsi var: "Poeziya duyğu və düşüncənin dilidir. Bu dili yer kürəsində hamı başa düşür. Poeziya həyatın və insanların yaşayış tərzinin estetik tərəfidir, zövqverici xüsusiyyətə malikdir. Həyatın romantik tərəfləri yalnız poeziyada öz əksini tapır. Bu mənada, insanların ona ehtiyacı var".

"Həyatın mənası xoşbəxtlik, xoşbəxtliyin açarı sevgidir. Sevgi bəşəriyyətin günəşidir". Məmməd Tahirin sevgi haqqında çox gözəl şeirləri var. Düşünürəm ki, onlar ayrı bir yazının mövzusudur.

Hər şeyin əvvəli olduğu kimi, sonu, hər sonun da bir əvvəli var. Hər son həm də bir başlanğıcdır. Yeni başlanğıclar arzusuyla yazımızın sonuna gəldik. Və bu sonu şairin "Başlar" şeiri ilə bitirir, Məmməd Tahirə yeni-yeni yaradıcılıq uğurları arzulayıram:

Hər sonun bir əvvəli var,

Hər əvvəl bir sondan başlar.

Hər şey onun içindədi,

Dünya elə ondan başlar.

Təbiniz tükənməsin, Məmməd Tahir!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://525.az
archiveBu xəbər 22 İyul 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see365

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see221

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see190

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see147

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see134

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see133

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see133

Putin ona general leytenant rütbəsi verdi

04 Sentyabr 2025 18:51see131

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see130

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see130

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see128

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see127

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see127

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see126

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see125

Qonşular işgəncə verilən oğlan barədə DANIŞDILAR: Çarəsiz qalmışdı, vəhşicəsinə döyülmüşdü

04 Sentyabr 2025 21:49see124

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see123

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see119

CBDC lər ənənəvi bank sistemini daha rəqəmsal olmağa vadar edir EKSPERT ŞƏRH ETDİ

04 Sentyabr 2025 11:19see119

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri