Icma.az
close
up
RU
“Hər hansı bir xarici vətəndaşın Türkiyədə yaşamaq icazəsi və yaxud rəsmi gəlirləri varsa, orda ipoteka da götürə bilər”

“Hər hansı bir xarici vətəndaşın Türkiyədə yaşamaq icazəsi və yaxud rəsmi gəlirləri varsa, orda ipoteka da götürə bilər”

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə daşınmaz əmlak sahibi olmaq azərbaycanlılar arasında da maraqla qarşılanır. Bəziləri sərfəli investisiya imkanlarını dəyərləndirmək, digərləri isə yaşayış və ya tətil məqsədilə ev almaq istəyir. Xarici ölkədə mülkiyyət sahibi olmaq isə müəyyən hüquqi və maliyyə prosedurlarını bilməyi tələb edir.

Türkiyə Statistika Qurumunun (TÜİK) 2025-ci ilin yanvar–oktyabr dövrü üzrə açıqladığı rəsmi məlumatlar Azərbaycanın Türkiyədən daşınmaz əmlak alışı üzrə mövqeyinin daha da gücləndiyini göstərir. Statistikaya əsasən, Azərbaycan vətəndaşları 2025-ci ilin ilk 10 ayında Türkiyədə ümumilikdə 741 mənzil alıblar ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq artımdır. 2024-cü ilin yanvar–oktyabr aylarında Türkiyədən cəmi 682 mənzil alan Azərbaycan vətəndaşları 2025-ci ildə bu göstəricini 59 mənzil və ya təxminən 8,6% artırıblar. Həmçinin 2024-cü ildə Türkiyədə ən çox daşınmaz əmlak Rusiya Federasiyası vətəndaşlarına satılıb. Ruslar təkcə ötən ilin dekabrında Türkiyədən 2166 daşınmaz əmlak alıblar. İllik isə bu rəqəm 4867 əmlaka çatıb.

Türkiyədən ev almaq üçün ilk növbədə hansı addımları atmaq lazımdır? Hara müraciət etməli, hansı sənədlər toplanmalıdır? Ev alarkən nağd və ya nağdsız ödəniş etmək üçün insanlar nə qədər pul çıxara bilər?Xaricdən ev alarkən vətəndaşlar evin ödəniş məbləğinin müəyyən faizini vergi ödəməlidirmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına əmlak eksperti Elnur Azadov bildirib ki, xarici ölkələrə də investisiya son 10-15 il ərzində turizmin inkişafı ilə bağlılığı daha geniş, populyar olub: “Sözsüz ki, bütün dünyada hər bir vətəndaşlar tək öz ölkələrinə investisiya yox xarici ölkələrə də investisiya edirlər. Bu son 10-15 il ərzində turizmin inkişafı ilə bağlılığı daha geniş, populyar olub. Bizim ölkə üçün də prioritet ölkə və birinci yerdə həmişə Türkiyə olmuşdur. Bizim vətəndaşlara 2012- ci ildən Türkiyədən daşınmaz əmlakı almağa icazə verildi. Ona görə ki, Türkiyə hökumətinin özünəməxsus siyahı var ki, o siyahı üzrə hansı ölkələr Türkiyədə daşınmaz əmlak ala bilərlər. İlk icazə verilən illər ərzində bu göstərici pis deyildi. Əslində ilk icazə verilən illər türk inşaat şirkətlərinin Azərbaycanda inşaat sərgisində daşınmaz əmlak və inşaat sərgisində 2015- ci ilə kimi olduqca aktivdirlər. Sonradan bu tendensiya yavaş-yavaş azaldı. Ona görə ki, gözlədiyi qədər böyük həcmdə investorlar Azərbaycandan getmədilər. Amma orta göstərici il ərzində təxminən 500 -800 mənzil orda alış göstəricisi olubdur”.

Elnur Azadov

Nə üçün prioritet ölkə Türkiyədir?

“Bizim qardaş ölkədir, dil problemi yoxdur. Gediş-gəliş olduqca rahatdır. Artıq vizasız da uzun müddət ölkəyə giriş-çıxış var. Həmçinin bu proses daha sadələşdirilib. İkinci məsələ bir çox Azərbaycan vətəndaşlarının Türkiyədə olan qohumluğu, orda ticarət edənlər həddindən artıq çoxdur. Eyni zamanda Türkiyədə xeyli təhsil alan insanlar olub və hazırda da təhsil alanlar var. Bu baxımdan investisiya iki istiqamətlidir. Birincisi sırf yatırım üçün, ikincisi gələcəkdə övladların təhsili ilə bağlı. Bir çox insanlar kirayə yox, evi almağa üstünlük verirlər. İlboyu 5-10 % faiz çoxalması, yaxud azalması göstəricisi normal haldır. Nəzərə alsaq ki, Türkiyədə inflyasiya yüksəkdir. Ümumiyyətlə Türkiyədə dünya göstəricilərinə görə ilk onluğa düşür ki burada daşınmaz əmlakı investisiya etmək olduqca əlverişlidir. Səbəblər çoxdur: daimi qiymət artımı, sağlam investisiya mühiti, sağlam biznes mühiti, ölkənin bütün dünya üçün turist potensialının açıq olmağı.

Türkiyədə bizdəki kimi deyil-bizdə tikinti şirkətləri özləri tikib, özləri də satırlar. Türkiyədə isə Avropada olduğu kimidir-tikinti şirkəti yalnız inşaat işini aparır, satış və idarəetmə işini isə xidmət sektoru olaraq əmlak şirkətləri aparır. Bu işi apardığına görə onlar tək amlakların satışını yox, sonradan onun investisiya baxımından idarə olunmasını da təşkil edirlər. Bu yaxşı bir tendensiyadır ki, Azərbaycanda da bu kimi az-çox yanaşma başlasın- bu işi peşəkar satış komandalarına yönəltsinlər. Ona görə ki, məsələn, Türkiyədə həm əmlakın satışı, icarəsi və turizmlə məşğul olan şirkətlər adətən birgə işləyirlər, yaxud şirkət daxilində bunlar formlaşır. Onlar hım turistlər üçün uyğun paketlər təklif edirlər, turlar təşkil edirlər, həmçinin də gələn turistlərə daşınmaz əmlakın həm kirəsini, həm də investisiya üçün alışını da təklif edirlər. O şəxs ki, artıq xarici ölkədən gəlib bu daşınmaz əmlakı alıbsa, onun həmin ölkəyə təkrar gəlmədən idarə olunmasını da müqavilə imzalamaqla təşkil edirlər. Yəni onun cari təmiri, təmizlənməsi, sağlam vəziyyətdə qalması və daimi müştəri ilə təmin olunmasını təşkil edirlər. Bu servisin olması Türkiyədə daşınmaz əmlak sektorunun inkişafına yaxşı bir səbəb olur. Bu xidmətdən bizim vətəndaşlar da faydalanırlar”-deyə ekspert qeyd edib.

Elnur Azadov vurğulayıb ki, Azərbaycan vətəndaşı Türkiyəyə investisiya etmək üçün həmin tikinti şirkətinin hesabına vəsaitinə pul köçürə bilər: “Türkiyədən daşınmaz əmlak almaq üçün hər hansı bir ciddi şərtlər tələb olunmur. Xarici pasportun olmağı kifayətdir ki, ilkin müqavilə bağlansın. Orada sektor olduqca böyükdür. Kreditdə həm tikinti şirkətləri tərəfindən daxili kreditlər verilir, həmçinin də müəyyən bir qısamüdddətli kreditlər də mümkündür. Əgər hər hansı bir xarici vətəndaşın Türkiyədə oturumu var, yaxud rəsmi gəlirləri var, orda ipoteka da götürə bilər. Orada bu proses oqədər mükəmməldir ki, bir çox hallarda tikinti şirkətləri hər hansı biznes proyektini həyat keçirərkən, tikinti şirkətlərlə kredit açarkən tam paket şəklində həmin layihəni hazırlayıb verirlər. Tikinti şirkəti inşaat işini başlalayır, onun maliyyələşməsini isə bank təşkil edir. Burada realtorların da müstəsna rolu olur ki, zəncirvari şəkildə həm developer tikinti şirkəti həm bank, həm torpaq sahəsi olan bələdiyyə, son olaraq müştəri bu prosesdən məmnun qalır. Türkiyədə natamam binaya çıxarış da verilir (orada tapu deyilir) həmin çıxarış mülkiyyəti təsdiq edir, vətəndaş heç bir riskdən üzləşmir ki, bu bina nə vaxtsa natamam qalacaq. Ona görə ki, onun maliyyələşməsi adətən bank tərəfindən təşkil olunur və ayrılan kredit birbaşa binanın inşasına sırf olunur.

Vəsaitin transfer olması isə hər hansı bir ciddiyət yoxdur. Azərbaycan vətəndaşı Türkiyəyə invesytisiya etmək üçün həmin tikinti şirkətinin hesabına vəsaitinə pul köçürə bilər. Burada yalnız bank xərcləri ərsəyə gələ bilər. Bir neçə bankın Azərbaycanda filialı olduğunu nəzər alsaq bir o qədər də çətin proses olmur, nağd şəkildə isə vətəndaş Azırbaycandan qanunvericiliklə 10 min dollardan çox pul apara bilməz. Nağd, yaxud kreditlə ödənişin olması bizdəki kimi deyil, Türkiyədə əslində bank köçürmələri ilə olur.

İstənilən halda vergini ödəyən daşınmaz əmlakı satandır, Bu istər birinci əl tikinti şirkəti olsun, ikinci hər hansı bir vətəndaş hesabına olsun həmin əmlakı satandır. Burada yalnız rəsmiləşmə xərcləri, alıcının üzərinə düşür, onlar da bir o qədər çox deyil”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Yanvar 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri