Icma.az
close
up
RU
Hər iki ayağı amputasiya olunan Laçın sakini avtomobillə təmin olunmasını istəyir NAZİRLİKDƏN REAKSİYA / FOTO

Hər iki ayağı amputasiya olunan Laçın sakini avtomobillə təmin olunmasını istəyir NAZİRLİKDƏN REAKSİYA / FOTO

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Laçın rayon sakini Heydərov Ərşad Kərəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin redaksiyamıza göndərdiyi müraciəti olduğu kimi dərc edirik:

“1992-ci ildə könüllü olaraq orduya getmişəm. Birinci Qarabağ müharibəsi iştirakçısı və 1-ci dərəcəli hərbi əliləm.

1994-cü ildə hərbidən 2-ci qrup əlil kimi ehtiyata buraxılmışam.

2018-ci ildə bir ayağım, 2024-cü ildə isə o biri ayağım amputasiya olunub.

2020-ci ilin fevral ayından da dializ xəstəsiyəm. Həftədə 1 dəfə dialdz üçün xəstəxanaya getməyə məcburam. Amma xəstəxanaya getməkdə çətinlik çəkirəm.  Əlillər üçün nəzərdə tutulan minik avtomobili istəyirəm ki, xəstəxanaya rahat gedib-gələ bilim.

Qeyd edim ki, həmçinin, şəkərli diabet və ağciyər çatışmazlığından da əziyyət çəkirəm”.

Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxladıq. O, bildirdi ki, Laçın rayon sakini 29.05.1974-cü il təvəllüdlü  Heydərov Ərşad Kərəm  oğluna 11.09.2020-ci il tarixində hərbi xidmət dövrü ilə əlaqədar birinci dərəcə müddətsiz əlillik təyinatı aparılıb və hazırda buna uyğun olaraq müvafiq sosial ödənişlərlə təmin olunur.

“Qeyd edək ki, reabilitasiya vasitələri ilə təminat  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq aparılır.

Qanunvericiliyə əsasən, xüsusi səbəblərdən əlilliyi müəyyən olunan şəxslər müvafiq tibbi göstəriş olduğu halda Nazirlik tərəfindən növbəlilik qaydasında dövlət büdcəsi vəsaiti hesabına minik avtomobili ilə təmin edilirlər.

Ərşad Heydərovun əlillik təyinatı isə hərbi xidmət dövrü ilə əlaqədar, yəni ümumi səbəbdən olduğuna görə, qanunvericiliyə uyğun olaraq minik avtomobili ilə təmin olunması mümkün deyil”, - T.Qurbanov əlavə etdi.

 Aynurə MUSTAFAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Yanvar 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri