Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Hər iki klub üçün bu mövzu bağlanıb Valdas Dambrauskas

Hər iki klub üçün bu mövzu bağlanıb Valdas Dambrauskas

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas

Misli Premyer Liqasının 23-cü turu çərçivəsində "Sabah" və "Qəbələ" komandaları qarşılaşıb. "Sabah" Qəbələ təmsilçisini 7:1 hesablı ağır məğlubiyyətə uğradıb.

QOL.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas komandasının nümayiş etdirdiyi oyundan razılığını ifadə edib:

"Futbolçularımı bu qələbə münasibətilə təbrik edirəm. Onlar meydanda tapşırıqlara çox düzgün və vaxtında reaksiyalar verdilər. Rəqib haqqında da xoş sözlər demək istəyirəm, çünki "Qəbələ" hər zaman təhlükəli komandadır. Ola bilsin ki, kubok matçındakı 120 dəqiqəlik mübarizənin yorğunluğu onlara bu gün mənfi təsir etmişdi. Biz ilk hissədə çox inamlı çıxış edərək ardıcıl qollar vurduq, fasilədən sonra da bu tempə davam etdik. Oyunboyu tam üstünlük bizdə idi. Lakin bu matçı artıq unuduruq, çünki cəmi üç gün sonra bizi "İmişli" ilə növbəti sınaq gözləyir".

Mütəxəssis kubok oyunları ilə çempionat arasındakı fərqə toxunaraq qazanılan qələbənin səbəblərinə aydınlıq gətirib:

"Bu gün həqiqətən də rəqibdən hər komponentdə üstün idik. İlk dəqiqələrdən rəqibə ciddi təzyiq göstərən və hücumda kəskin oynayan tərəf biz idik. Unutmaq olmaz ki, kubok və çempionat matçları fərqli xarakter daşıyır. Kubokda iki mərhələli mübarizə getdiyi üçün əsas hədəf növbəti raunda yüksəlmək olur. "Qəbələ" kimi rəqiblə bir ay ərzində dörd dəfə qarşılaşmaq heç də asan deyil. Sevindiricidir ki, həm kubokda mərhələ adladıq, həm də çempionatda vacib xallar qazandıq".

Litvalı çalışdırıcı matçın qəhrəmanlarından olan Coy-Lens Mikelsin durumu və Andrey Santosun debütü barədə də danışıb:

"Mikelsi əvəzləməyimiz zədə ilə bağlı idi. O, hələ tam hazır deyil, lakin hər oyunda maksimumunu verməyə çalışır. Onun bu gün komandaya töhfəsi qiymətsizdir. İki qol vurdu və iki məhsuldar ötürmə etdi. Təxminən iki ay yarım idi ki, o, 90 dəqiqə futbol oynamırdı. Biz ona özünü bərpa etmək üçün şans veririk. Andrey Santosa gəldikdə isə, onun meydanda olduğu 10 dəqiqə ərzində oyununa qiymət vermək çətindir. Lakin məşqlərdəki istəyi bizi məmnun edir. O, fiziki cəhətdən güclü və rəqabətədavamlı oyunçudur. Sadəcə, mövqeyində Rəhman, Solvet, Noqeyra kimi rəqibləri var və öz şansını gözləməlidir".

Hücum xəttindəki rəqabətdən söz açan mütəxəssis geniş seçim imkanının olmasını müsbət hal kimi dəyərləndirib:

"Mənim üçün favorit oyunçu məhz oyun günü meydanda olandır. Xəyalın da, Mikelsin də performansından məmnunam. Xəyal milli komandaya namizəddir, sadəcə sağlamlığı ilə bağlı kiçik problemi olduğu üçün bu gün risk etmədik. Lazım gələrdisə, o da meydana çıxmağa hazır idi. Mbina da artıq komanda ilə məşqlərə qoşulub. Bir məşqçi üçün heyətdə belə geniş seçimin olması ancaq xoşdur".

Sonda Dambrauskas "Qarabağ"la matçda yaşanan hadisələrlə bağlı AFFA-nın verəcəyi mümkün qərarlara münasibət bildirib:

"Bu mövzu ilə bağlı bütün şərhlərimizi artıq vermişik. Cəza açıqlanmadan öncə nəsə demək istəmirəm. Hadisə bir həftə əvvəl baş verib və artıq hər iki komanda üçün bu mövzu bağlanıb. Əgər jurnalistlər üçün hələ də aktualdırsa, bu sizin seçiminizdir. Biz "Qarabağ"a böyük hörmət bəsləyirik və hər oyuna ən ciddi şəkildə hazırlaşırıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Mart 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri