Icma.az
close
up
RU
Hər il 20 milyondan çox insanın ölümünə səbəb olan XƏSTƏLİK Real səbəblər necə ARAŞDIRILIR?

Hər il 20 milyondan çox insanın ölümünə səbəb olan XƏSTƏLİK Real səbəblər necə ARAŞDIRILIR?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ürək-damar xəstəliklərindən dünyada hər il 20,5 milyon nəfər həyatını itirir. Ürək-damar xəstəliklərinə ürəyin və qan damarlarının xəstəlikləri, ürəyin işemik xəstəliyi, beyinin damarlarının xəstəliyi, arteriyaların periferik xəstəliyi, revmokardit, anadangəlmə ürək qüsuru, vena damarların trombozu və sair xəstəliklər aid edilir.
 

MÖVZU İLƏ BAĞLI:
Dünyanı dəyişdirən 5 dəhşətli epidemiya - SİYAHI


Bəzi ürək xəstəlikləri gizli şəkildə gedir, yəni ciddi əlamətləri olmur. Bu səbəbdən müayinə və müalicə gecikdiyi üçün qəfil ürək tutmasından, İnfarktdan vəfat edənlər çox olur.
Ölkəmizdə də ürək-damar xəstəlikləri geniş yayılıb və qəfil ölümlərin sayı artıb. Ən pisi odur ki, artıq infarktdan vəfat edən gənclərin də sayı çoxalıb. Son bir ayda 7 tələbə bu səbəbdən vəfat edib.
Real səbəblər necə araşdırılmalıdır? Ümumi səbəb nə ola bilər?


Mövzuya münasibət bildirən professor, həkim Adil Qeybulla Bizim.Media-ya deyib ki, ürək-damar sistemi xəstəliklərinin cavanlaşması hamını narahat edir:
“Hər bir ölüm halı identifikasiya edilməlidir, yəni ölümün birbaşa səbəbi müəyyən olunmalıdır.
Bəzən ümumi səbəblər deyilir, amma dəqiq olaraq məhkəmə-tibbi ekspertizanın rəyi olmalıdır.
Ümumilikdə ürək-damar sistemi xəstəliklərinin cavanlaşması bir faktdır. Bunun əsasında dayanan faktorlar var,  ilk səbəbi stress, ikinci qidalanmadır. Bu gün etiraf etməliyik ki, satılan yağların içərisində xeyli trans yağların qatqıları var ki, bunlar da ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır. Bununla bağlı insanlar diqqətli olmalıdırlar. Oturaq həyat tərzi, siqaret çəkmək gənclər arasında geniş yayılıb. Əsas məsələlərdən biri çox qida qəbuludur, bütün bunlar hamısı mübadilə pozuntusu, xolesterin ərplərinin damarlarda çökməsinə və erkən damar tutulmasına gətirib çıxarır”.
O hesab edir ki, səbəblər dəqiq araşdırılsa, bu barədə effektiv addımlar atıla bilər:
“Bununla yanaşı, koronarspazm deyilən fuksional hadisə də mövcuddur ki, bu zaman da koronar (tac damar) damarların stress fonda sıxılması son nəticədə infarkta gətirib çıxara bilər. Ürəyin elektrik dayanması deyilən hadisə var ki, son vaxtar artıb. Yəni səbəblər çoxdur, bunlar araşdırılmalı, dəqiqi təhlil edilməli, aradan qaldırılması üçün lazımi tədbirlər görülə bilsin”.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Yanvar 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri