Icma.az
close
up
RU
Hər il 338 söz daha az danışırıq: Səssizləşmənin səbəbi nədir:

Hər il 338 söz daha az danışırıq: Səssizləşmənin səbəbi nədir:

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Günə başlayarkən çörəkçiyə verilən qısa salam və ya axşam yeməyində paylaşılan kiçik bir hekayə… Bunların hamısı fərq edilmədən həyatımızdan çəkilib gedir. Müasir həyat sürəti artırsa da, ən əsas xüsusiyyətlərimizdən biri olan "danışmaq” bacarığı da səssiz şəkildə azalır.

Ölkə.az xəbər verir ki, Arizona və Missouri-Kanzas Siti universitetlərində çalışan iki psixoloqun apardığı araşdırma cəmiyyətin getdikcə "səssizləşdiyini” göstərir. Nəticələrə görə, hər il orta hesabla 338 söz istifadədən çıxır.

Səssizləşmənin əsas səbəbi

Araşdırmaya görə bu prosesin əsas səbəbi rəqəmsallaşma və smart cihazların gündəlik həyata hakim olmasıdır. İnsanlar artıq zəng etmək və ya üz-üzə danışmaq əvəzinə tətbiqlərdən istifadə edir, marketdə kassir ilə ünsiyyət qurmaq yerinə özünəxidmət sistemlərini seçir.

Bu yanaşma vaxt qazandırsa da, insan-insan arasındakı kiçik sosial əlaqələri zəiflədir. 2005-ci ildə bir insan gündə orta hesabla 16 min söz istifadə edirdisə, 2019-cu ildə bu rəqəm 12 min 700-ə düşüb. Bu da sosial ünsiyyətin təxminən 28 faiz azalması deməkdir.

Gənclər daha sürətlə susur

Araşdırmanın diqqət çəkən hissəsi gənclərlə bağlıdır. 25 yaşdan aşağı insanlar hər il orta hesabla 452 söz itirir və bu qrup "rəqəmsal səssizləşmə” prosesinin ən sürətli hissəsini təşkil edir. Böyüklərdə isə bu göstərici 314 söz civarındadır.

Mütəxəssislər yazışma əsaslı ünsiyyətin danışıq dilinin emosional çalarını tam əvəz etmədiyini bildirir. Səs tonu, vurğu və spontan reaksiyalar mesajlaşma mühitində itir.

Sosial nəticələr barədə xəbərdarlıq

Psixoloqlar bu tendensiyanın sosial təcridi gücləndirdiyini qeyd edir. Klaviatura üzərindən qurulan yeni ünsiyyət forması rahat görünür, lakin emosional yaxınlığı zəiflədir.

Mütəxəssislərə görə bu proses xüsusilə Qərb və fərdiyyətçi cəmiyyətlərdə daha qabarıq görünür. Bununla belə, bu dəyişiklik qlobal xarakter daşıyır.

Araşdırmanın yekununda vurğulanır ki, müasir dövrün ən böyük problemlərindən biri sayılan tənhalığa qarşı ən sadə mübarizə vasitələrindən biri gündəlik həyatda əlavə edilən kiçik söhbətlər və təxminən 300 əlavə sözdür.(qaynarinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Aprel 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri