Icma.az
close
up
RU
Hər səhər acqarına bundan içməklə 122 il yaşadı

Hər səhər acqarına bundan içməklə 122 il yaşadı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyanın rəsmi qeydiyyata alınmış ən yaşlı insanı Jan Kalmanın 122 illik ömrü hələ də tibb dünyasını heyrətə salmağa davam edir. 1875-ci ildə doğulub 1997-ci ilə qədər yaşayan bu fransız qadın uzunömürlülüyünün sirrini iki əsas qidada görürdü: zeytun yağı və şokolad.
Demokrat.az xəbər verir ki, Jan Kalman hər səhər acqarına zeytun yağı qəbul edirdi. Müasir tədqiqatlar da sübut edir ki, zeytun yağı antioksidantlarla zəngindir və tərkibindəki doymamış yağ turşuları ürək-damar sağlamlığını qoruyur. Harvard Universitetinin araşdırmalarına görə mütəmadi olaraq bu yağdan istifadə edən insanlarda vaxtından əvvəl ölüm riski, xərçəng və neyrodegenerativ xəstəliklərin ehtimalı xeyli azalır. Ekspertlər sağlam həyat tərzi üçün gündə bir və ya iki xörək qaşığı zeytun yağı istehlak etməyi kifayət hesab edirlər.
Uzunömürlü qadının digər sevimli qidası isə şokolad idi. Tünd şokolad beyin funksiyalarını yaxşılaşdıran, hüceyrələri iltihabdan qoruyan və immuniteti gücləndirən maddələrlə zəngindir. Xüsusilə tərkibindəki dəmir, maqnezium və sink bədənin müqavimətini artırır. Lakin mütəxəssislər şokoladın artıq çəki yaratmaması üçün ölçülü şəkildə yeyilməsini məsləhət görürlər. Araşdırmalar göstərir ki, gündəlik 28-50 qram tünd şokolad sağlamlıq üçün lazım olan faydanı təmin edir.
Jan Kalmanın həyat tərzi göstərir ki, bahalı prosedurlar yox, düzgün seçilmiş təbii qidalar ömrü uzada bilər. Zeytun yağının iltihab əleyhinə təsiri ilə şokoladın hüceyrə yeniləyici gücü birləşdikdə bədən xəstəliklərə qarşı daha dözümlü olur. Yenə də hər hansı ciddi xəstəliyi olanların bu tip qidalanma vərdişlərinə başlamazdan əvvəl ekspertlə məsləhətləşməsi vacibdir.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Mart 2026 05:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri