Icma.az
close
up
RU
“Hər şey qanuni olub” Kreml rus polisinin qırğızlara qarşı vəhşiliyinə haqq qazandırır + VİDEO

“Hər şey qanuni olub” Kreml rus polisinin qırğızlara qarşı vəhşiliyinə haqq qazandırır + VİDEO

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Moskvanın “Bodrost” hamamında əcnəbilərin saxlanmasının sərt üsulları miqrantların “hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməsi” ilə izah olunur.

“AzPolitika” xəbər verir ki, “RİA Novosti”-nin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyi reyd zamanı “həddindən artıq güc tətbiqi” ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərləri şərh edərkən bildirib.

"Mövcud məlumata görə, əməliyyat zamanı əcnəbi vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstəriblər. Bu səbəbdən həmin əcnəbilərə qarşı müvafiq tədbirlər görülüb. Eyni zamanda, təhlükəsizlik orqanlarımızın əməkdaşları Rusiya qanunvericiliyinə uyğun olaraq mövcud səlahiyyətləri çərçivəsində fəaliyyət göstəriblər", - Rusiya XİN-dən bildiriblər. 

Lakin qeyd edək ki, videodan da göründüyü kimi, əsasən Qırğızıstan vətəndaşları olan şəxslər üst geyimsiz olublar və heç bir müqavimət göstərməyiblər.

Bu arada Qırğızıstanın ombudsmanı Cəmilə Camanbayeva rusiyalı həmkarı Tatyana Moskalkova ilə görüşündə qırğızlara qarşı “güc tətbiqinin qyeri-mütənasibliyi”ndən narahatlığını bildirib: "Video görüntülərə baxarkən hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Qırğızıstan vətəndaşlarının kütləvi şəkildə saxlanılması zamanı güc tətbiqinin mütənasibliyi və əsaslılığı ilə bağlı suallar yaranır. Qırğızıstan Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvüdür".

Moskalkova bildirib ki, o, bu hadisəyə artıq reaksiya verib və onun müraciətindən sonra Rusiyanın prokurorluğu və miqrasiya orqanları “Bodrost”da baş verənlərlə bağlı araşdırmaya başlayıb.

Hadisə aprelin 10-da Rusiya vətəndaşlığını qəbul etmiş Qırğızıstan vətəndaşına məxsus hamam kompleksində baş verib. Yayılan foto və videolarda təhlükəsizlik qüvvələrinin hamama gələnləri döydüyü, üzü üstə yerə yatırdığı və yerdə dizləri üstə sürünməyə məcbur etdiyi, uzanmış insanları tapdaladıqları görünür. Bununla əlaqədar Rusiya səfiri Sergey Vakunov Qırğızıstan Xarici İşlər Nazirliyinə çağırılıb və ona bir qrup Qırğızıstan vətəndaşının vəhşicəsinə saxlanmasına dair izahat tələbi ilə nota təqdim edilib. Lakin göründüyü kimi, Kreml rəsmən bu vəhşiliyə haqq qazandırır və bunu dəstəkləyir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Aprel 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri