Icma.az
close
up
RU
Hər xəstəlik zamanı ilk müraciət yerimiz mollalar deyil, peşəkar həkimlər olmalıdır İlahiyyatçıdan AÇIQLAMA

Hər xəstəlik zamanı ilk müraciət yerimiz mollalar deyil, peşəkar həkimlər olmalıdır İlahiyyatçıdan AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanda uşağın dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar. Bununla bağlı görüntüləri həkim-pediatr Afət İbrahimli sosial şəbəkə hesabında paylaşıb. Dua uşağın ayağında dəmrov olan hissəyə əks olunub. 
Bununla bağlı ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlama verib.
O bildirib ki, bu tipli xəbərlər cəmiyyətin vicdanlı üzvlərini narahat edir:
“Xüsusilə din xadimlərinin mənəviyyatla bağlı belə addımlar atması insanları dərin şəkildə sarsıdır. Bu ölkədə hər bir məmur, xüsusilə dini təmsil edən şəxslər vicdanlı, əxlaqlı və namuslu olma məsuliyyətini daşıyırlar.  Əgər bir cəmiyyətdə mənəviyyat çökməyə başlayarsa, orada haqsızlığa göz yumulur, zülm normallaşır, savadsızlıq və cəhalət yayılır. Halbuki İslam dini mənəviyyat dinidir. Mənəviyyat insanın daxili işığı, nurudur. Əgər insanın içindəki nur sönərsə, o zaman həyat da zülmətə çevrilir. Dinə xidmət edən bir şəxs din xadimi yalnız ibadəti təbliğ edən deyil, eyni zamanda könüllərə yol göstərən bir mənəviyyat həkimidir. O, cəmiyyətə işıq saçmalı, insanlara ümid verməlidir. Bəzən insanlar xəstəlik zamanı dua yazdırmaqla sağalacaqlarını düşünürlər. Bu isə açıq şəkildə cəhalətdir. Peyğəmbərimiz (s.a.s) dua etməyi ibadətin beyni kimi təqdim etsə də, o, heç vaxt xəstələrin yalnız dua ilə müalicəsini tövsiyə etməmişdir. Əksinə, o, Mədinəyə həkim dəvət etmişdi. Bu fakt özü göstərir ki, din elmə və tibbi biliklərə hörmətlə yanaşır. Bizlər isə bəzən uşaqlarımızı belə yanlış yollarla mollaların yanına aparırıq. Bu da göstərir ki, maarifləndirmə hələ də tam yetərli deyil”.
İlahiyyatçı əlavə edib ki, valideyn olaraq övladlarımızı doğru istiqamətə yönəltmək borcumuzdur:
“Yanlış qapıları döymək, qeyri-elmə əsaslanan yollarla problemlərimizi həll etməyə çalışmaq yalnız ailə büdcəmizə deyil, cəmiyyətin mənəvi sağlamlığına da zərbə vurur.  İnanıram ki, din xadimləri öz missiyalarını daha dərindən dərk edəcək, mənəviyyatın keşiyində durmaq məsuliyyətini anlayacaqlar. Əgər Allaha, axirətə, qiyamətə, haqq-hesaba inanırlarsa, bu zaman haram yollardan uzaq durmalıdırlar. Onlar bu müqəddəs missiyanı daşıdıqlarını unutmamalıdırlar. Bir cəmiyyətin dirəyi yalnız qanun və iqtisadi sistemlə deyil, mənəvi təməl və əxlaqi dəyərlərlə möhkəmlənir. Dinxadimləri insanlara ümid, istiqamət və mənəvi dayaq verməlidir. Əgər bu vəzifə sui-istifadə edilirsə, nəticədə insanlar inamlarını itirir. İslam dini maarifə, elmə və təfəkkürə çağırır. Cəhalətə qarşı mübarizə bu dinin öz mayasında var. Dua güclü mənəvi dayaq ola bilər, amma tibbi problemlərdə mütəxəssisə müraciət etmək bu da bir ibadətdir, çünki sağlamlığı qorumaq Allahın bizə verdiyi əmanətə sahib çıxmaqdır. Unutmayaq, şəfa verən Allahdır. Amma Allah şəfanı həkimlərin vasitəsilə verir. Biz dərmanları və həkimləri vasitə olaraq görürük, əsas şəfa Allahdandır. Buna görə də hər bir xəstəlik zamanı ilk müraciət yerimiz mollalar deyil, peşəkar həkimlər olmalıdır”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 May 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri