“Mən səni hər yaşında, hər halında, hər zaman sevəcəyəm”
Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.
Rəqqasə Fatimə Fətəliyeva oğlu ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi övladı ilə fotolarını paylaşaraq bunları yazıb:
“Canım oğlum, mənim əziz balam… Bu gün sən 15 yaşını tamamladın. Zaman necə də tez keçir… Səni ilk dəfə qucağıma aldığım gün sanki dünən idi. Bu gün isə qarşımda böyüyən, arzuları, xəyalları olan gözəl bir oğlan görürəm. Sən mənim üçün sadəcə övladım deyil, həyatımın ən böyük dəyərlərindən, ən gözəl dualarımdan birisən. Allah səni hər zaman qorusun, yolunu açıq, bəxtini gözəl, qəlbini təmiz etsin. Qarşına çıxan bütün yollar səni xoşbəxtliyə, uğura və gözəl gələcəyə aparsın. İnşallah, həyatda elə gözəl yerlərə gəlib çıxarsan ki, bu gün sənin üçün etdiyim bütün duaların gerçək olduğunu görüb qürur duyum. Hər zaman mərd, vicdanlı, yaxşı ürəkli və güclü insan ol. Oğlum, həyatında nə olursa-olsun, unutma ki, ananın duası həmişə səninlədir. Mən səni hər yaşında, hər halında, hər zaman sevəcəyəm. Sənin xoşbəxtliyin mənim ən böyük xoşbəxtliyimdir. 15 yaşın mübarək, mənim dəyərli oğlum! Allah sənə uzun ömür, can sağlığı, bol ruzi, uğur və gözəl bir tale nəsib etsin. Həmişə üzün gülsün, yolun işıqlı olsun. Səninlə fəxr edən anan var. Səni çox sevirəm, mənim əziz oğlum”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 22 Sentyabr 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















