Icma.az
close
up
RU
Hərbi Prokurorluq DİNin Daxili Qoşunları ilə hərbi hissədə birgə tədbir keçirib

Hərbi Prokurorluq DİNin Daxili Qoşunları ilə hərbi hissədə birgə tədbir keçirib

Sonxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hərbi Prokurorluq DİN-in Daxili Qoşunları ilə hərbi hissədə birgə tədbir keçirib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası və COP29-un mahiyyəti, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar Hərbi Prokurorluq Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları ilə birgə N saylı hərbi hissədə tədbir keçirib.

Bu barədə AZƏRTAC-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və DİN-in Daxili Qoşunlarının yüksək rütbəli hərbi qulluqçularının Qəbələ rayonunda rayon rəhbərliyi ilə birgə keçirdikləri tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərin abidələri önünə gül dəstələri düzülərək, onların əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin tövsiyələrini şəxsi heyətə çatdırıb. Daha sonra Firad Əliyev, Zaqatala hərbi prokuroru, ədliyyə polkovniki Emin Quliyev, polkovnik Zamin Rəsulov, polkovnik Rüstəm Dəmirov və Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev çıxışlarında istiqlal yolumuzu nurlandıran nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 il müddətində ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli dərin islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurların əldə edilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etməsindən danışıblar. Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından söz açılıb.

Çıxışlarda ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində dövlətimizin beynəlxalq aləmdə artan nüfuzundan, o cümlədən ölkəmizdə keçirilmiş COP29-un mahiyyətindən, əhəmiyyətindən və uğurla təşkilindən, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən bəhs edilib.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin məişət və xidmət şəraiti, həmçinin qayğı və problemləri ilə maraqlanılıb.

Tədbirdən sonra ağaclar əkilib.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 02 Dekabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see240

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see139

Yaxın gələcəkdə üçtərəfli danışıqlar olmayacaq

03 İyun 2025 15:47see119

Çelsi Sançodan imtina etdi

03 İyun 2025 15:37see115

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Naringi yeyən qadın boğulub öldü

03 İyun 2025 17:36see111

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Ruhani: 12 illik sanksiyalar dövründə ən azı 2 trilyon dollar itirdik

03 İyun 2025 15:33see109

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see109

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see109

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Süni intellekt irəliləyir, insanlar işsiz qalırlar: Microsoft daha 300 əməkdaşını ixtisar etdi

03 İyun 2025 16:18see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri