Icma.az
close
up
RU
Hesablama Palatası: İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir

Hesablama Palatası: İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, Palata “Büdcə sistemi haqqında” qanunun tələbinə uyğun olaraq Fondun funksional, o cümlədən investisiya üzrə maliyyə fəaliyyətini əks etdirəcək hesabatlılığın hazırlanaraq qəbul edilməsini, aidiyyatı üzrə təqdim ediləcək məlumatın vahidliyini və şəffaflığını təminetmə baxımından zəruri hesab edir.

Fondun büdcə qanununda ilin sonuna qalan vəsaitin növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və investisiyaya yönəldilməsinə dair maddə nəzərdə tutulub ki, bu da həmin istiqamətdə fəaliyyətin tənzimlənməsinə dair hüquqi aktların ötən ilin II yarısından qüvvəyə minməsi, bu istiqamətdə fəaliyyətin təşkil olunması ilə bağlıdır. Ölkə Prezidentinin 17 aprel 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” ilə göstərilən istiqamətdə fəaliyyət tənzimlənir. Bu qaydalarla sərbəst vəsaitin investisiyaya yönəldilən hissəsinin, investisiya gəlirlərinin, onun istifadə olunmamış qalığının və xərclərin uçotunun ayrıca aparıldığı göstərilib. Ümumilikdə Qaydalar investisiya fəaliyyətinin əsas istiqamətlərini tənzimləsə də, bu istiqamətdə göstəricilərin büdcə qanunlarında əks etdirilməsi məsələsi hüquqi aktlarla tənzimlənməyib.

“Əmək pensiyaları haqqında” qanunda 2017-ci ildə edilmiş dəyişikliklə “sosial sığorta ehtiyatı” anlayışı tətbiq edilməkdədir. Analoji yanaşmanın işsizlikdə sığorta sisteminə münasibətdə nəzərdə tutulmaması ilin sonuna istifadə olunmamış vəsaitin ehtiyat kimi deyil, sadəcə qalıq kimi nəzərə alınması ilə nəticələnir", - deyə Rəydə qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Noyabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see152

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see146

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see142

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see137

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see113

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see113

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri