Icma.az
close
up
RU
Həsən bəy Zərdabiyə borcumuz Vilayət Quliyev yazır

Həsən bəy Zərdabiyə borcumuz Vilayət Quliyev yazır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vilayət QULİYEV

Xalq yazıçısı, görkəmli ziyalımız Anarın mənim tərifimə ehtiyacı yoxdur.

Mənim də Bakıdan neçə min kilometr məsafədə tərif, məddahlıq yolu ilə ondan umduğum, yaxud qoparmaq istədiyim heç bir nəsnə yoxdur.

Amma etiraf etməliyəm ki, Həsən bəy Zərdabinin abidəsi barəsindəki kiçik qeydi ilə Anar müəllim Mayakovski demişkən, "jivee vsex jivıx" olduğunu, mədəniyyət və milli mövcudluq faktlarına ayıq, vətənpərvər, qədirşünas münasibət bəslədiyini, çoxlarının laqeydlik və ətalət hissi ilə, sanki elə belə də olmalı imiş düşüncəsi ilə yanından keçib getdiyi kiçik, amma mühüm hadisəyə dəlisov gəncliyə xas çılğın və tələbkar münasibət sərgilədiyini ortaya qoydu.

Söhbət Həsən bəyin abidəsinin yerindən gedir.

Deməli, 1903-cü ildə xalq müəllimi, yazıçı Süleyman Sani Axundov Şuşaya gedən çadralı, çarşablı qadın qohumlarını Bakı dəmiryol vağzalından Yevlaxa yola salırmış. Təbii ki, onlara xanımlar üçün nəzərdə tutulan ikinci dərəcəli vaqona bilet də alıbmış. Amma vaqonun girəcəyində yaxasına 33 №-li tanınma nişanı taxmış, çox güman aclıq və ehtiyacın daxili Rusiyanın hansısa quberniyasından  Bakıya gətirdiyi rus qatar bələdçisi "Hara soxulursan?" - deyə harın, qudurğan bir əda ilə xalq müəlliminin yolunu kəsmişdi. Süleyman bəy biletləri göstərib "Xanımları yerlərinə ötürürəm" -cavabını verəndə mujik həyasızcasına "Sən bunlara xanım deyirsən?" - sözləri ilə xoşbəxtlikdən rus dilini bilməyən və söhbətin nədən getdiyini anlamayan qadınların vaqona keçmələrinə imkan verməmişdi. Uzun mübahisədən sonra məsələ həllini tapsa da, bütün varlığını təhqir edən bu hadisə uzun müddət Süleyman Saninin yadından çıxmamışdı. Sonralar çinlilərin öz ölkəsində miskin, həqir, hüquqsuz vəziyyətindən bəhs edən bir hekayəsinin süjetinə çevrilmişdi.

Qələm dostundan bu hadisəni eşidən Əhməd bəy Ağayev hər sətri qəzəb və hiddətlə dolu bir məqalə yazmış, Əlimərdan bəy Topçubaşovun redaktorluğu, Həsən bəy Zərdabinin idarəçiliyi ilə çıxan "Kaspi" qəzetində dərc etdirmişdi.

Demək istədiyim nədir? Bu fədakar insanlar rusların, onların əlaltısı olan ermənilərin və s. neft iyinə gələn digər çağırılmamış qonaqların Azərbaycan türkünü vətənində "inorodets", "inoverets" adlandırdığı, təhqiramiz tonda "Zaqafqaziya tatarı", "musulmanin", hətta "persiyanin" dediyi, ələ salaraq "maşadi" deyə çağırdığı bir vaxtda millətin şərəf və heysiyyətini qorumaq, ona həqiqi düşmənlərini göstərmək işindən bir an da geri çəkilməmişdilər.

Bu məsələdə Zərdabinin xidmətləri ölçüyəgəlməz olmuşdu.

Azərbaycan Cümhuriyyəti hökuməti çətin və qanlı mübarizədən sonra yalnız 1918-ci ildə öz dövlətinin təbii, tarixi paytaxtı kimi Bakıda bərqərar ola bilmişdi. Baş şəhərimizin yalnız dünyanın "neft paytaxtı" deyil, Azərbaycan dövlətinin, hər bir azərbaycanlının iqtisadi, mədəni, hətta siyasi paytaxtı olması uğrunda uzaqgörən, məqsədyönlü mübarizəni isə ilk dəfə Həsən bəy hələ XIX əsrin 80-ci illərində, həm də təkbaşına  başlatmışdı. On ilə yaxın müddət ərzində Bakı dumasında millətinin yorulmaz, tələbkar, cəsur haqq səsinə çevrilmişdi. Düzlük və ədalət mücəssəməsi olmuşdu. Bakını istədikləri şəkildə "fırlatmaq" istəyən erməni neft maqnatlarına - mantaşevlərə, lianozovlara, qukasovlara, mirzoevlərə təkbaşına meydan oxumuşdu. Onu tam əsasla Bakını azərbaycanlıların yaşadığı, öz milli-mədəni institutlarına malik olduğu, idarə və təmsil etdiyi bir şəhərə çevirmək uğrunda hərəkatın lideri, öndəri adlandırmaq mümkündür. 1907-ci ilin noyabrında on minlərlə insanın iştirakı ilə keçirilən dəfn mərasimində dönə-dönə vurğulandığı kimi, Bakıda ən ali imarətlərdən birinə, hətta bir neçəsinə sahiblənmək imkanı olsa da, heç vaxt özünü düşünməmişdi. "Neft və milyonlar" səltənətinin kimliyindən asılı olmayaraq yalnız bir qrup sərvət sahibi deyil, bütün soydaşları üçün yaşamalı bir məmləkətə, çevrilməsi davasını aparmış, bu yolda sona qədər əlindən gələn hər şeyi etmişdi. 

Teatr yaratmışdı.

Qəzet çap etmişdi.

Məktəb açmışdı.

Xeyriyyə cəmiyyəti qurmuşdu.

Məqalələr, kitablar yazmışdı.

Yəni yaşadığı şərəfli həyat, gördüyü böyük işlər sayəsində ölümdən sonra ömrünü heykəl kimi, rəmz və abidə kimi vətəninin ən layiqli guşəsində yaşamağı haqq eləmişdi.

Anar müəllimin işgüzar təklifi ilə müqayisədə ola bilsin ki, patetikaya, pafosa vardım. Amma nəticə etibarı ilə mahiyyət dəyişmir.

Sarayevo, 10 dekabr 2025-ci il

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Dekabr 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri