Həyat yoldaşı ilk dəfə vəsiyyət qalmaqalından danışdı
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyəli mərhum aktyor Kadir İnanırın vəsiyyəti ətrafında yaranan müzakirələr səngimək bilmir.
Axşam.az xəbər verir ki, mərhum aktyorun bütün əmlakını həyat yoldaşı Jülide Kurala vəsiyyət etdiyi barədə yayılan məlumatlardan sonra ailə üzvləri arasında mübahisələr yaranıb. İnanırın bacısı oğlu Levent İnanır vəsiyyətnaməyə etiraz edəcəyini açıqlayıb.
İndiyədək müzakirələrə münasibət bildirməyən Jülide Kural isə səssizliyini pozub. O, açıqlamasında aktyorun vəfatından hələ dörd ay keçmədiyini xatırladaraq onun xatirəsinə hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb:
"Kadiri torpağa tapşırmağımızdan hələ dörd ay belə keçməyib. Onun adına, əməyinə, iradəsinə və şərəfinə hörmət göstərmək yalnız vəfa məsələsi deyil. Bu, insani, əxlaqi və vicdani məsuliyyətdir. İnanıram ki, onun həyatı boyu müdafiə etdiyi dəyərlərə və geridə qoyduğu böyük əməyə hörmət bütün mübahisələrdən üstün tutulmalıdır".
Qeyd edək ki, Kadir İnanır iyunun 26-da 77 yaşında vəfat edib. Onun 2022-ci ildə notariusda tərtib etdiyi sənəddə əmlakını uzun illər həyat yoldaşı olmuş Jülide Kurala vəsiyyət etdiyi bildirilir. Vəsiyyətnamənin açıqlanması ilə bağlı məhkəmə prosesi isə bəzi vərəsələrə bildirişlərin çatdırılmaması səbəbindən dekabrın 17-dək təxirə salınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 23 Oktyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















