“Həyat yoldaşıma corab geyindirməyə vaxtım yoxdur“
Shownews portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin ilə münasibətlərindən danışıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Etiraf” verilişində qonaq olarkən söz açıb.
“Mən corab geyindirən xanım deyiləm. Daha çox sevgi görmək istəyirəm. Həyat yoldaşımın əli-ayağı var. Vaxtım yoxdur ki, corabını geyindirim. Xoşlayıram ki, sevgi və qayğı mənə göstərilsin. Özüm də qayğı göstərirəm, amma sevgi tələb edirəm” deyə, Xuraman bildirib.
Sənətçi həyat yoldaşının ona sənətlə ailəsi arasında seçim qoyacağı təqdirdə ailəsini seçəcəyini də vurğulayıb:
“Əgər həyat yoldaşım mənə sənətlə ailə arasında seçim qoysa, məni öldürmüş olar. Əlbəttə, ailəmi seçərəm. Amma belə bir hal yoxdur ki, mənə şərt qoysun”.
Qeyd edək ki, Elçin və Xuraman cütlüyünün 4 uşağı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 21 Avqust 2026 04:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















