Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Bu rayona yeni polis rəisi təyin edildi

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Liqa 1: Marsel darmadağına sevindi

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Həyat yoldaşının yalanı onun ömrünü 7 il uzatdı Bir şeirlə tarixdə qalan şair

Həyat yoldaşının yalanı onun ömrünü 7 il uzatdı Bir şeirlə tarixdə qalan şair

Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün şair Əhməd Cəmilin anım günüdür.

Kulis.az onun həyat və yaradıcılığı haqqında materialı təqdim edir.

Əhməd Səttar oğlu Cəmilzadə 1913-cü ildə oktyabr ayının 20-də İrəvan quberniyasının İrəvan şəhərində, Təpəbaşı məhəlləsində kustar sənətkar ailəsində anadan olub.

Babası Mir Cəmil ağa İrəvanın tanınmış Seyid nəslindən idi.

***

Əhməd Cəmil 4 yaşında atasını itirir. 1918-ci il İrəvanda baş verən milli ixtilaf üzündən ailə Tiflisə, sonra isə Gəncəyə köçməyə məcbur olur.

***

Balaca Əhməd anası Səkinə xanımla böyük qardaşı Mir Bağırın himayəsində qalır. O vaxtlar Mir Bağır ailəni dolandıran yeganə adam idi. O, Əhmədə imkanı daxilində yaxşı təhsil vermək istəyir və bu məqsədlə hətta onu bir fransız ailəsinə tapşırır ki, bir müddət onların evində yaşasın.

Ancaq 20-ci illərin qanlı-qadalı ab-havası, o dövrün əksər ailələri kimi, Əhməd Cəmilin də ailəsindən yan keçmir. NKVD-nin qara kölgəsi onların da üstünə düşür: böyük qardaşı Mir Bağır qayınatası ilə qısa müddətə Türkiyəyə gedir. Qayıdandan sonra Türkiyəyə getdikləri üçün onları həbs edirlər. Həbsxana şəraitinə tab gətirməyən Mir Bağır xəstələnir. Azad ediləndən sonra xəstəlikdən vəfat edir. Həyat yoldaşı iki uşağını da - Hüseyni (7 yaşında) və Fəridəni (8 yaşında) götürüb İstanbula, atasının yanına gedir.

***

Qardaşının ölümü, ardınca da yaxın adamlarının xaricə köçməsindən sonra Əhməd anası Səkinə ilə tək qalır.

İbtidai və orta təhsilini Gəncədə alır. 1928-ci ildə “Qızıl Gəncə” qəzetində şairin “Gözəl Qafqaz” adlı ilk şeiri nəşr olunur. 1930-cu ildə Ali Pedaqoji İnstituta daxil olur.

***

Üç il Şəmkir rayonunun Zəyəm kəndində, 1939-cu ildən isə pedaqoji institutda müəllim işləyir. Elə həmin il Azərbaycan Yazıçılar İttifaqının (AYB-nin) üzvü seçilir. Bir il sonra Bakıya köçür.

1944-cü ildə Azərbaycan Yazıçılar İttifaqının məsul katibi seçilir. Qısa müddət səhhəti ilə əlaqədar işləməsə də, 1948-ci ildə yenidən həmin vəzifəyə qayıdır. Xatırladaq ki, bu illərdə Yazıçılar İttifaqına xalq şairi Səməd Vurğun başçılıq edirdi.

***

Səməd Vurğun Əhməd Cəmil yaradıcılığına həsr etdiyi “Şairin eşqi” məqaləsində yazırdı: “Mən şair Əhməd Cəmilin çaldığı şeir rübabını dinləyirəm. Bu rübabın tellərindən qopan zərif və mənalı nəğmələr nə qədər dadlı və təbiidir... Bunlar saf dağ çeşmələri kimi şırıl-şırıl axır, ilk baharın gülləri kimi ətir saçır”.

Müharibə mövzusu Əhməd Cəmil yaradıcılığında mühüm yer tutur. O, məşhur əsərlərini məhz həmin mövzuda yazmışdı: İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova yazdığı “Qəhrəman qardaşıma”, “Çağırış”, “Süngü yarası”, “Qaçqınlar”, “Əsgər qardaşıma”, “Nişan üzüyü”, “Payızın son ayıdır”, “Medal”, “Məni yada salırmı?”, “Can nənə, bir nağıl de”.

***

Əhməd Cəmil yaradıcılığından söhbət açan tədqiqatçılar həmişə bir ifadə işlədirlər: “Əgər o, heç bir şey yazmasaydı, təkcə “Can nənə, bir nağıl de” əsəri ilə Azərbaycan ədəbiyyatında yaşamaq hüququ qazanardı.

***

Şair Hüqonun, Xaqaninin, Sədinin, Heyran xanımın, Nekrasovun, Frankonun, Tvardovskinin, Brovkanın, K.Simonovun əsərlərini Azərbaycan dilinə tərcümə edib. İohan Volfqanq Hötenin “Faust" əsərini yarıya qədər tərcümə etsə də, səhhəti yaxşı olmadığı üçün başa çatdıra bilmirdi. Hamı əlini üzmüşdü: dostları da, qohumları da, şairin özü də günlərini sayırdı. Yalnız iki nəfər onun sağalacağına inanırdı - həkimi professor Emin Əfəndiyev və vəfalı ömür-gün yoldaşı Şərqiyyə xanım. Gələcək göstərdi ki, onlar fikirlərində yanılmadı. Əhməd Cəmil infarktlarla mübarizə apara-apara “Faust”u tərcümə edirdi.

***

Şərqiyyə xanım xatırlayır:

“Oğlum Eldar iki aylıq idi. Əhməd Cəmil birinci infarktı keçirdi. On il sonra o, ikinci infarktı keçirdi. 1965-ci ilin martında Azərbaycan Yazıçılar İttifaqında gərgin keçən iclas zamanı xalq yazıçısı Mehdi Hüseyn onun qolunun üstünə yıxılır. Əhməd ona dərman vermək istəyir. Görür ki, artıq iş-işdən keçib. Evə gələndə rəngi ağappaq idi. Yuyunmağa getdi, baxdım, çox ləngidi. Yaxınlaşanda gördüm ki, ağlayır. “Əhməd nə olub” - soruşduqda yalnız bir kəlmə dedi: "Mehdini də belə itirdik." Bir neçə gün sonra o, ikinci infarktı çox ağır vəziyyətdə keçirdi. Həkimlər ona qəti tərpənməməyi məsləhət gördü. Yeddi ay arxası üstə qaldı. Bir gün mənə dedi ki, “Faust”u gətir görüm, işləyə bilərəmmi? Dedim ki, sənə yazmaq, oxumaq, tərpənmək, hətta televizora baxmaq belə olmaz, həkim məsləhət görmür. O, inad etdi. Mən “Faust”u gətirdim. O, həmin gün sevincək halda dedi: Mən “Faust”dan bir neçə sətir tərcümə etdim”.

Lakin, sonrakı günlərdə yuxarılardan sifariş gəlir ki, tərcümə dayandırılsın, çünki başqa bir adam “Faust”u sətri tərcümə edib. Şairin həyat yoldaşı bu haqda ona nə isə deməyə çəkinir, bilir ki, bu tərcümə onun ömrünü uzadır, yaşamağa həvəsləndirir. Ona görə ona tərcümə ilə bağlı məsələni ayrı cür danışır, həqiqəti yoldaşından gizləyir. Bu xəbər onun ölümünə səbəb ola bilərdi. Tərcüməni nəşriyyata aparan Əməd Cəmil az keçmir, pərt vəziyyətdə evə qayıdır, tərcüməni döşəməyə tullayır. Şairin xanımı vəziyyəti bildiyindən vərəqləri döşəmədən yığıb gizlədir. Bir müddət keçəndən sonra müxtəlif adamların köməyi ilə “Faust” çap olunur.

***

Toylarının 20 illiyi münasibəti ilə bahalı hədiyyə almağı söz verən şairin xanımı ondan hədiyyə yox, məhz “Faust”un yeni cildini istəyir. Əhməd Cəmil kitabın ön səhifəsinə bu sözləri yazır: "Dünyanın ən saf ürəkli, qayğıkeş, fədakar qadını — Sevilimin, Eldarımın anası — şirin və acı günlərimin yaxın sirdaşı, həyat yoldaşım Şərqiyyə İsa qızı Cəmilzadəyə."

***

İkinci infartkdan sonra həkim ona siqaret çəkməyi və içki içməyi qadağan edir. Buna əməl edən şair Əhməd Cəmil sonralar deyirdi ki, kitabın nəşri mənim ömrümü uzatdı.

***

Doğrudan da, “Faust” üç dəfə infarkt keçirmiş Əhməd Cəmilin ömrünü 7 il uzadır.

O 1977-ci il sentyabrın 24-də vəfat edir.
1980-ci ildə oğlu Eldarın tərtib etdiyi “Vaxtında gəlmişik bu dünyaya biz” kitabına görə şair (ölümündən sonra) Respublika Dövlət mükafatına layiq görülür.

Macəra janrında “Akınak. İşquz qılıncı” filmi çəkilir Cadugərin çörəyi - O. Henrinin hekayəsi Rüstəm Behrudi: "Allahla işim yoxdur, Tanrı bizə yetər" – Müsahibə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see198

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see163

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see136

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see131

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see127

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri