Icma.az
close
up
RU
Həyata keçirilən layihələr Azərbaycanda turizmin inkişafı üçün əsas amillərdən biridir EKSPERT FİKRİ

Həyata keçirilən layihələr Azərbaycanda turizmin inkişafı üçün əsas amillərdən biridir EKSPERT FİKRİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bu gün Azərbaycanda turizmin inkişafından bəhs edərkən ilk növbədə regionlarda fəaliyyət göstərən turizm komplekslərinin fəaliyyəti və həmin ərazilərdə turizmin inkişaf səviyyəsi nəzərə çarpır. Bununla yanaşı, ölkəyə, xüsusilə də digər şəhərlərə və paytaxta səfər edən turistlərin rahatlığı üçün fəaliyyət göstərən turizm obyektləri və mehmanxanalar da bu sahənin vacib tərkib hissəsini təşkil edir. Lakin bu gün regionlarda fəaliyyət göstərən turizm obyektləri ölkədə turizmin inkişafına real töhfə verməli, bu istiqamətdə xidmət göstərməlidirlər". Bu sözləri SİA-ya açqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.

Ekspert bildirib ki, eyni zamanda, beynəlxalq təcrübəyə əsaslanaraq qeyd etmək olar ki, turizmin inkişafı yeni iş yerlərinin yaradılması və əhalinin sosial rifah halının yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: "Hazırda ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kurs və bölgələrin inkişafına yönəlmiş strategiyalar regionlarda turizmin inkişafına birbaşa təsir göstərməkdədir.

Dövlət tərəfindən həyata keçirilən layihələr, xüsusilə yol infrastrukturunun yenidən qurulması və onun beynəlxalq standartlara uyğun şəkildə modernləşdirilməsi, eləcə də regionlarda beynəlxalq hava limanlarının inşası və istifadəyə verilməsi, Azərbaycanda turizmin inkişafı üçün əsas amillərdən biridir. Son illərdə ölkənin müxtəlif bölgələrində üç böyük beynəlxalq hava limanının istifadəyə verilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir".

Onun sözlərinə görə, bununla yanaşı, xüsusilə işğaldan azad olunmuş ərazilərdə təşkil edilən beynəlxalq səviyyəli tədbirlər və həmin tədbirlərə dəvət olunan yüksək səviyyəli xarici qonaqlar da Azərbaycanın turizm potensialının tanıdılması və təşviqi baxımından əhəmiyyətli rol oynayır: "Bu cür tədbirlər, əslində, ölkənin turizm imkanlarının geniş miqyasda təbliğ olunmasına və beynəlxalq arenada müsbət imicinin formalaşmasına xidmət edir.

Ümumilikdə, bu proseslər turizmin klassik vasitələrlə reklam olunması, ölkənin turizm reytinginin yüksəldilməsi və potensial turistlərin marağının artırılması baxımından vacib mexanizmlərdən biridir. Xarici qonaqların bu istiqamətdəki səfərləri və onların beynəlxalq mediada əks olunması, həm də həmin turizm obyektlərinin və infrastrukturlarının tanınmasına zəmin yaradır.

Bu da, şübhəsiz, Azərbaycan üçün mühüm bir tanıtım vasitəsidir. Hesab edirəm ki, bu gün turizmin inkişafını hədəfləyiriksə, bu sahənin yalnız öz daxilində deyil, onunla vəhdət təşkil edən bütün əlaqəli sektorların fəaliyyətinə kompleks və diqqətli yanaşmaq zəruridir. Yalnız bu halda davamlı və dayanıqlı turizm inkişafı mümkün olar.

Eyni zamanda, ölkəyə səfər edən xarici turistlərlə yanaşı, regionlara üz tutan yerli turistlərə də fərdi yanaşmanın tətbiq olunması vacibdir. Bu, xidmət səviyyəsinin artırılması, turist məmnuniyyətinin təmin olunması və nəticə etibarilə ölkənin turizm müştəri portfelinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Fərdi yanaşma və xidmət keyfiyyətinə diqqət, Azərbaycanın rəqabətqabiliyyətli və cəlbedici turizm məkanı kimi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək"- deyə ekspert əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 İyul 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri