Icma.az
close
up
RU
Heydər Əliyev 28 il əvvəl Euronews” ə Qarabağ, Andropov və Qorbaçov haqqında nə deyib?

Heydər Əliyev 28 il əvvəl Euronews” ə Qarabağ, Andropov və Qorbaçov haqqında nə deyib?

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Heydər Əliyev 28 il əvvəl “Euronews”-ə Qarabağ, Andropov və Qorbaçov haqqında nə deyib?

Mərhum Prezident Heydər Əliyevin Avropa ölkələri ilə münasibətləri dövlətimiz üçün 90-cı illərin əsas trendini müəyyən edirdi. Yenicə müstəqilliyini əldə etmiş Azərbaycan üzləşdiyi Qarabağ münaqişəsinin həlli ilə yanaşı böyük güclərin geopolitik davalarından da özünü qorumalı idi.  

Bu baxımdan prezident Heydər Əliyevin yürütdüyü balans siyasəti ölkəni ciddi katakalizmlərdən qorumaqla yanaşı Azərbaycanın iqtisadi maraqlarını Qərb platformasına çıxara bildi.

AzPost Prezident Heydər Əliyevin Parisdə “Euronews”(Avronyus)” beynəlxalq telekanalına 1997-ci ilin yanvarın 15-də verdiyi müsahibəni təqdim edir.

Mərhum Prezident burada Azərbaycanın prioritetləri, iqtisadi və siyasi vəziyyəti, dünya ilə əməkdaşlıq perspektivlərinə toxunur, SSRİ-nin rəhbər vəzifələrində olarkən  dövlət başçıları olmuş Brejnev, Andropov və Qorbaçovla olan münasibətlərindən söz açır.

“Mən Andropovun təşəbbüsü ilə  Siyasi Büroya üzv seçilmişəm”

Sual: Siz 1944-cü ildə, 23 yaşınızda Sovet İttifaqı Kommunist Partiyasının üzvü, 70-ci illərdə Azərbaycanın rəhbəri olmusunuz. Sonra Brejnev Sizi Moskvaya çağırmış, Siz Siyasi Büroya üzv seçilmiş ilk azərbaycanlı olmusunuz. Deyirlər ki, Siz Leonid İliç ilə dost idiniz. Onu necə xatırlayırsınız?

Cavab: Sizin informasiyanızda bəzı dəqiqsizliklər var. Əvvəla, mən 1943-cü ildə Kommunist Partiyasının üzvü olmuşam, ikincisi, mən Moskvaya Leonid Brejnevin ölümündən sonra, 1982-ci ilin dekabrında dəvət edilmiş, Sov. İKP MK-nın üzvü və Sovetlər İttifaqı hökuməti sədrinin birinci müavini olmuşam. Leonid Brejnev barədə sualınıza gəldikdə isə biz onunla uzun müddət birlikdə işləmişik. Mən 1969-cu ildə Azərbaycanın rəhbəri seçildim və təxminən 14 il, Moskvaya gedənədək həmin vəzifədə işlədim. Bütün bu illər ərzində Leonid Brejnevin rəhbərliyi altında işləmişəm. Bizim yaxşı, mehriban münasibətlərimiz var idi, biz işləyir və Sovetlər İttifaqı şəraitində zəruri bildiyimiz, Kommunist Partiyası rəhbərliyinin zəruri bildiyi hər şeyi yerinə yetirirdik.

Sual: Cənab Prezident, Sizin Andropov ilə münasibətlərinizin yaxşı olması doğrudurmu?

Cavab: Bəli, belədir. Mənim onunla yaxşı münasibətlərim var idi. Yeri gəlmişkən, deyim ki, mən məhz onun təşəbbüsü ilə Moskvaya dəvət olunmuş, Sov. İKP MK Siyasi Bürosunun üzvü seçilmiş və Sovet höküməti sədrinin birinci müavini təyin edilmişdim.

Sual: 1985-ci ildən, Qorbaçov Kremlə gəldikdən sonra Sizin siyasi karyeranız ləngidi. Doğrudurmıı ki, Siz Mixail Sergeyeviçi çox da xoşlamırdınız?

Cavab: Bu, o qədər doğru deyil mən Mixail Sergeyeviç Qorbaçov ilə hələ 1970-ci ildən tanış idim və onunla yaxşı münasibətlərim var idi. Həmin dövrdə o, Stavropolda işləyirdi, mən isə Azərbaycanda. 1978-ci ildə Mixail Qorbaçov Moskvaya işə keçəndə mənim onunla yaxın münasibətlərim var idi və yaxşı əməkdaşlıq edirdik. 1982-ci ildə Andropovun təklifi ilə mən Moskvaya dəvət olunanda da bizim, Siyasi Büronun üzvləri kimi, mövqeyimiz eyni idi və münasibətlərimiz normal idi, hər halda mən belə hesab edirdim. Bəlkə də o, mənə qarşı münasibətində səmimi, vicdanlı olmayıb, lakın mən ona yaxşı münasibət bəsləyirdim. 1985-ci ildə Çernenkonun vəfatından sonra kimin Sov. İKP MK baş katibi olması məsələsi qalxanda mən birmənalı şəkilda Qorbaçovun namüzədliyinə tərəfdar çıxdım. MK-nın baş katibi vəzifəsində möhkəmləndikdən bir müddət sonra Qorbaçov çoxlu səhvlərə yol verməyə başladı. Mən onun səhvlərini deyirdim. Bununla əlaqədar bizim münasibətlərimiz soyudu, nəticədə mən onun bəzi hərəkətləri ilə razılaşmayaraq 1987-ci ildə MK Siyasi Bürosunun üzvü və hökumət sədrinin birinci müavini vəzifəsindən istefa verdim.

Sual: Cənab prezident, 1989-cu il noyabrın 9-da, bütün dünya Berlin divarının dağılmasına televiziya ilə baxan axşamı Siz harada idiniz və nə barədə düşünürdünüz?

Cavab: Həmin vaxt mən Moskvada idim, Sovetlər İttifaqının hakimiyyət orqanları tərəfindən təqib olunurdum, işləmirdim və vaxtımın çoxunu televizorun qarşısında keçirirdim. O zaman hesab edirdim ki, dünyada böyük dəyişikliklər baş verir və bunu alqışlayırdım.

Sual: 1994-cü ilin dekabrında Rusiya tankları Çeçenistana yeridildi. Bu Sizi daha çox sevindirdi, yoxsa narahat etdi?

Cavab: Çeçenistanda vəziyyət ümumiyyətlə ziddiyyətli xarakter daşıyır. Çeçenistan Rusiya tərkibində müstəqillik iddiasındadır. Amma təbii ki, Rusiya Çeçenistana müstəqillik statusu verə bilməz, buna görə də hərbi əməliyyatlara əl atmışdır. Lakin Rusiya rəhbərliyi Çeçenistanla qarşılıqlı münasibətlərdə 1994-cü ilin dekabrında da bir sıra səhvlərə yol verərək, oraya tanklar göndərdi. Qayda-qanun yarada bilmədi, bu da, zənnimcə, Rusiyanın məğlubiyyəti idi. Mən separatizmin əleyhinəyəm. Bu fikirdəyəm ki, hər bir dövlətin ərazi bütövlüyünə hörmət və onu müdafiə etmək lazımdır. Buna göra də hesab edirəm ki, çeçenlər başa düşməlidirlər ki, onlar Rusiyanın tərkibində yaşamalı, Rusiyanın tərkibində müvafiq özünü idarə starusuna malik olmalı və döyüşməməlidirlər.

1990-cı ildə sovet rəhbərliyi daha agir səhvə yol vermisdir. Bəlkə da siz bu barədə az bilirsiniz. O vaxt, 1990-ci ilin yanvarında Mixail Qorbaçovun sərəncamı ilə sovet qoşunlarının böyük bir kontingenti Azərbaycana yeridildi, Bakının küçələri ilə şütüyən tanklar heç bir günah sahibi olmayan adamları basıb xırçım-xırçım etdi. O yanvar gecəsi çoxlu adam həlak oldu. Yeri gəlmişkən, bu Bakı faciəsinin bir neçə gündən sonra yeddi ili tamam olacaqdır. Bax, onda Bakıya iri qoşun kontingenti yeritməyə və dinc, müdafiəsiz əhalini məhv etmək üçün tankları Bakının küçələrinə buraxmağa heç bir əsas yox idi. Bu, təcavüz idi və mən o vaxt Moskvada olarkən bu təcavüzün əleyhinə çıxdım. Bununla əlaqədar daha böyük təqiblərə məruz qaldım.

 

“İndi Azərbaycanda vəziyyət 1969-cu illə müqayisədə bambaşqadır”

 Sual: Siz 1993-cü ildən öz ölkənizin,  60-ci illərdəki kimi,  yenidən tam sahibi oldunuz. Deyəsən, Azərbaycan xalqı Sizi çox sevir. Ötən il o Sizin partiyanıza, hakimiyyətinizi daha da möhkəmləndirən yeni konstitusiyaya eiliklə səs verdi. Amma buradan baxanda adama elə gəlir ki, ölkənizdə indiki siyasət 60-cı illərdə, Siz Bakıda DTK-ya başçılıq etdiyinız illərdə yeridilmiş siyasətə kifayət qədər oxşayır. Bu bizə elə gəlir, yoxsa həqiqətən belədir?

Cavab: Yox, sizə elə gəlir və yəqin ki, təəssüratınız yalan informasiyaya əsaslanır. İndi Azərbaycanda vəziyyət 1969-cu ildəki, mən Azərbaycan Kommunist Partiyasının rəhbəri seçildiyim ildəki vəziyyətlə müqayısədə bambaşqadır. 1993-cü ildə məni Azərbaycana xalq dəvət etdi. Mən qovulmuşdum, Naxçıvanda idim. Bu, blokadada olan kiçik bir respublikadır. Üç il orada çox ağır şəraitdə yaşadım. 1993-cü ilin iyununda Azərbaycanda vətəndaş müharibəsi başlandıqda, hakimiyyət böhranı yarandıqda, Azərbaycanı idarə etmiş adamların hərəsi bir yana qaçdıqda və camaat bir-birini öldürdükdə millətimizin ən yaxşı nümayəndələri məni Bakıya dəvət etdilər. Mən oraya getmək istəmirdim, bu yüksək məsuliyyəti bir daha öz üzərimə götürmək istəmirdiın. Amma hiss etdikdə ki, ölkəm, xalqım ağır, fəlakətli vəziyyətdədir dəvəti qəbul edib Bakıya gəldim və Azərbaycan parlamentinə başçılıq etdim. İndi Azərbaycanda demokratik, hüquqi dövlət qurulur. Biz ümumxalq səsverməsi yolu ilə konstitusiya qəbul etmişik, çoxpartiyalılıq əsasında parlament seçmişik. Parlamentdə müxalifət partiyaları var, onlar çıxış etmək hüququna malikdirlər. Azərbaycanda 300-dək qəzet çıxır, özü də böyük əksəriyyəti müxalifət qəzetləridir, nə istəyirlərsə onu da yazırlar, yəni biz mətbuat azadlığı, şəxsiyyət azadlığı və siyasi plüralizm üçün şərait yaratmışıq. Bunların hamısı Azərbaycanda bərqərar edilməli olan demokratiyadır. Belə ilk şəraitdə, görünür, kimsə Qərbə yalan informasiyalar yayır və ona görə də sizdə belə təsəvvür yaranır ki, Azərbaycanda bugünkü vəziyyət, ola bilsin, 1969-cu ildəki vəziyyətə bənzəyir. Bu, heç də belə deyildir.

Sual: Cənab prezident, Sizin ölkənizi Qafqazın Küveyti adlandırırlar. Beynəlxalq Valyuta Fondu bildirir ki, bu əsrin sonunadək Azərbaycanda neft hasilatı iki dəfə, gələn əsrin əvvəlində isə 4 dəfə artacaqdır. Sizcə, Sovet İttifaqı bu potensialdan nə üçün bütünlüklə istifadə etməmişdir?

Cavab: Sovetlər İttifaqi bundan ona görə bütünlüklə istifadə etməmişdir ki, o zaman onun digər, həm də az xərclə daha çox neft verən yataqları var idi. Məsələn, 80-ci illərdə mən Moskvada işləyəndə Sovetlər İttifaqında ildə 620-630 milyon ton neft çıxarılırdı. Bu neftin çox hissəsi Sibirdə hasil edilirdi. Sibir neftinin çıxarılmasına, deyək ki, Xəzər dənizində, Azərbaycanda çıxarılan neftdən daha az investisiya lazım idi. Buna görə də o zaman Sovetlər İttifaqı öz ehtiyaclarını Sibirdə çıxarılan neft ilə ödəyir və Azərbaycana, Xəzər dənizinə az diqqət yetirirdi. İndi isə, biz ayrıldıqdan sonra, Rusiya öz neftini Sibirdə çıxarır. Yeri gəlmişkən, orada hələ də böyük ehtiyatlar olmasına baxmayaraq, hasilatın həcmi azalmışdı. Biz isə nefti özümüzdə çıxarırıq. Məsələnin mahiyyəti də bundan ibarətdir.

Sual: İqtisadçlar Sizin ölkənizdə yaxın gələcəkdə istehsalın rekord səviyyədə, ildə 5 faiz, sonra isə 7 və 9 faiz artacagını söyləyirlər. Qəfil pul axınının təkcə zənginlik deyil, lıəm də problemlər gətirəcəyindən, cinayətkarlıgı artıracağından, yeni gərginlik yaradacağından qorxmursunuzmu?

Cavab: Gəlin, əvvəlcə pul əldə edək; sonra da bununla əlaqədar yarana biləcək mənfi hallarla necə mübarizə aparmaq barədə düşünək.

Sual: Xəzər dənizi ətrafında, xüsusən Xəzər nefti ətrafında bu gün çox mühüm strateji oyun gedir. Rıısiya üçün Xəzər dənizi daxili göldür və onun sərvətlərini bölüşdürmək lazımdır. Belə başa düşürük ki, Siz Xəzəri onun sahilboyu ölkələri arasında beş sektora ayırmağı məqsədəuyğun hesab edirsiniz. Deyəsən, Amerika Sizin tərəfinizdədir. Lakin Rıısiya, Qazaxıstan, İran da var. Diplomatik tarazlığı necə tapmaq olar?

Cavab: Yeri gəlmişkən, indiki halda Qazaxıstanla Azərbaycan bir mövqe tutur. Rusiya ilə Iran isə başqa mövqe, Türkmənistan Rusiya ilə İranın mövqeyinə qoşulur. Tamamilə qanunauyğun haldır ki, hər ölkənin öz mövqeyi var. Biz hesab edirik ki, bizim mövqe daha düzgündür, çünki Xəzər dənizinin mineral ehtiyatlarından istifadə üçün onun sektorlara bölünməsi artıq çoxdan yaranmış praktikadır və biz bu praktikadan istifadə edirik. Xəzər dənizinin statusu əvvəllər heç vaxt qaldırılmayıb. Əvvəllər heç kəs düşünmürdü ki, Xəzər necə adlansın -dəniz, göl, yoxsa daxili sututar. Kaspi özü üçün qalmada idi. İndi isə, biz onun mineral ehtiyatlarından istifadə etməyə, müqavilələr imzalamağa başladıqda ona böyük maraq yaranmışdır və hərə öz xəttini yeritmək istəyir. Hesab edirik ki, bizim mövqeyimiz daha düzgündür.

 

“Ermənistan Dağlıq Qarabağın müstəqilliyinə  nail olmağa çalışır”

 Sual: Düz bir il bundan əvvəl Siz Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşdünüz. Minsk qrupıı çərçivəsində danışıqlar aparılacağına ümid var idi. Son bir ildə Dağlıq Qarabağın hərbi, siyasi vəziyyətində nə dəyişmişdir?

Cavab: Əslində heç nə dəyişməyibdir. 1996-cı il ərzində biz ATƏT-in Minsk qrupu çərçivəsində də danışıqlar apardıq. Ermənistan prezidentinin və Azərbaycan prezidentinin xüsusi nümayəndələri vasitəsilə də birbaşa danışıqlar apardıq. Amma təəssüflər olsun ki, Ermənistanın pozucu mövqeyi danışıqlar prosesində irəliləməyə imkan vermir. Məsələ burasındadır ki, Ermənistan Dağlıq Qarabağ üçün müstəqillik statusuna nail olmağa çalışır və bununla da onu Ermənistana ilhaq etməyə can atır. Biz bununla heç vaxt razılaşmayacağıq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan ərazisinin bir hissəsidir. Biz vəziyyətdən çıxış kimi Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək özünüidarə statusu verməyi təklif etdik, amma bir şərtlə ki, Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan əraziləri tamamilə azad edilməlidir. Siz yəqin bilirsiniz ki, bu münaqişə nəticəsində onlar müxtəlif səbəblər üzündən Azərbaycan ərazisinin 20 faizini işğal etmişlər, oradan respublikamızın bir milyondan artıq sakini qovulmuşdur və onlar ölkəmizin müxtəlif bölgələrində çox ağır şəraitdə, çadır şəhərciklərində yaşayırlar. Biz Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş bütün torpaqlardan onların çıxarılmasını, adamların öz yaşayış yerlərinə qayıtmasını tələb edirik və həm də Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək özünüidarə statusu verilməsini, Ermənistanla Azərbaycan arasında sülh yaranmasını və dövlətlərimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilnəsini mümkün hesab edirik.

Biz düzgün mövqedə dayanmışıq, güzəştlərə gedirik, bu məsələyə konstruktiv surətdə yanaşırıq. Ermənistan isə öz hərbi üstünlüyündən, Azərbaycan ərazisinin 20 faizinin işğal altında olmasından istifadə edərək Azərbaycana təzyiq göstərir və hüquqa zidd əməllərindən əl çəkmir. Onların iddiaları beynəlxalq hüquq normalarına, Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in prinsiplərinə tamamilə ziddir. Bax, buna görə də həmin problem 1996-cı il ərzində həll edilməmişdir.

Sual: Cənab prezident, qəzetlər yazır ki, Siz neft diplomatiyasının, yəni neft sər-vətlərindən xarici siyasətin xeyrinə istifadə etməyin ustasısınız. Doğrudanmı belə hesab edirsiniz ki, neftin sayəsində beynəlxalq yardım ala biləcəksiniz?

Cavab: Azərbaycan gənc müstəqil dövlətdir, öz mövqeyini möhkəmləndirmək, müstəqilliyini qoruyub saxlamaq və Dünya Birliyinin tamhüquqlu üzvü olmaq istəyir. Ona görə də Dünya Birliyində möhkəmlənmək üçün, dünya ölkələrinin, o cümlədən Fransa kimi bir ölkənin, Avropanın digər dövlətlərinin Azərbaycanı təkcə diplomatik cəhətdən deyil, həm də qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün tərəfdaş kimi tanımalarından ötrü biz bütün imkanlarımızdan istifadə edirik. Buna görə də, biz təbii ehtiyatlarımızdan, iqtisadi potensialımızdan istifadə edirik. Bizim iqtisadi siyasətimiz bazar iqtisadiyyatının bərqərar edilməsinə, Azərbaycanın bütün dünyaya açılmasına, ölkəmizə xarici sərmayələrin gəlməsinin həvəsləndirilməsinə yönəldilibdir. Əslində elə bundan ötrü də biz xarici şirkətlərə Azərbaycanın təbii ehtiyatlarından istifadə sahəsində birgə iş aparmaq üçün imkan yaradırıq. Burada bir tərəfdən birbaşa kommersiya məqsədi var, digər tərəfdən isə hər hansı iqtisadiyyat siyasətin əsasıdır. Biz də belə siyasət yeridirik. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bundan necə istifadə etməyin mümkünlüyünə gəldikdə isə, biz bunun üçün hər bir vasitədən istifadə etməyə çalışırıq. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik, hərbi əməliyyatların, müharibənin yenidən başlanmasını istəmirik, sülh istəyirik. Ona görə də əgər Dağlıq Qarabağ münaqişəsinin, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında həmin imkanlar da bizə kömək edəcəksə, bu, yaxşıdır.

 “Regionda Avropanın Şərq sərhədləri məhz Azərbaycandan keçir”

 Sual: Cənab prezident, Sizin ölkəniz Avropa Şurasının üzvü olmaq niyyətindədir. Sizcə, Avropanın Şərq sərhədləri haradan keçir?

Cavab: Bizim regionda Avropanın Şərq sərhədləri məhz Azərbaycanın sərhədindən keçir. Biz Avropa kontinentinin ən ucqarındayıq.

Sual: Cənab prezident, şübhəsiz ki, biz hamımız Boris Nikolayeviç Yeltsinə tezliklə sağalmağı arzulayırıq. Lakin digər tərəfdən özümüzə sual veririk, həmin sualı Sizə də vermək istəyirik: İndi Kremldə hakimiyyət kimlərin əlindədir?

Cavab: Kremldə hakimiyyət Boris Yeltsinin əlindədir.

Sual: Azərbaycan nə üçün MDB-nin strukturlarında tam iştirak etmək istəmir?

Cavab: Ona görə ki MDB-nin bəzi strukturları milli, dövlət müstəqilliyini, o cümlədən də Azərbaycanın milli və dövlət müstəqilliyini tapdalayır. Buna görə də biz həmin strukturlarda tam iştirak etmirik. Məsələn, burada mənə bildirdilər ki, guya Belarus Rusiya ilə yenidən birləşmək istəyir. Əlbəttə, bu, onların işidir və biz buna etiraz edə bilmərik. Lakin bu, Azərbaycan üçün məqbul deyildir.

Sual: Cənab prezident, Siz NATO-nun Şərqə doğru genişləndirilməsi barədə nə fikirdəsiniz?

Cavab: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qayğılarım o qədər çoxdur ki, mən bu məsələnin mahiyyətinə o qədər də varmıram.

Sual: Söhbətimizi bitirməzdən əvvəl, mümkündürsə, bir sirri açın: Rusiya qəzetləri yazır ki, Qəbələ rayon mərkəzinin yaxınlığındakı radiolokasiya stansiyası olmasa Yeltsinin nüvə çemodanı kor və kar olar. Deməli, şübhəsiz, Moskva bu stansiya üzərində öz nəzarətini saxlamağa çox maraq göstərir. Siz isə stansiyanı ona verməyə hazır deyilsiniz. Bu, o deməkdir ki, Rusiyanın təklükəsizliyi Sizin əlinizdədir?

Cavab: Qəbələ rayonundakı stansiya raket-nüvə zərbəsinin qarşısını almaq məqsədi ilə Yer kürəsinin böyük hissəsinə nəzarət edən iri radiolokasiya stansiyasıdır. Rusiyanın, ümumiyyətlə bütün kontinentin müdafiəsi üçün bu stansiyanın əhəmiyyəti çox böyukdür. Lakın ondan Rusiya istifadə edir, biz onu ələ keçirməmişik. Biz bu radiolokasiya stansiyasının statusunu müəyyən etməyə dair danışıqlar aparırıq. Rusiyanın həmin stansiyadan istifadə etməsinə maneçilik törətmirik.

 “Həyat və dövlət təcrübəsi olmayan şəxs postsovet ölkəsini idarə edə bilməz”

 Sual: Cənab prezident, Sizin mandatınız 1998-ci ildə qurtarır. Prezident vəzifəsinə namizədliyinizi yenidən irəli sürməyi nəzərdə tutursunuzmu və gələcək əsrdə ölkənizin başında kimi görürsünüz?

Cavab: Birincisi, 1998-ci ilədək yaşayaq, ikincisi isə, əgər həmin vaxtadək yaşasaq, mən isə hesab edirəm ki, yaşayacağıq, onda növbəti seçkilərdə Azərbaycan prezidenti seçilmək üçün öz namizədliyimi irəli sürəcəyəm.  XXI əsrdə Azərbaycanın başında kimi görməyimə gəldikdə isə bunu gələcək göstərəcəkdir. Ümidvaram ki, o vaxtadək insanlar yetişəcəklər, Siz Qərbdə bilməlisiniz ki, keçmişdə Sovetlər İttifaqına daxil olan ölkələrdə, o cümlədən də Rusiyada dövlətlərin başçıları siyasi fəaliyyət, dövlət fəaliyyəti, iqtisadi fəaliyyət təcrübəsi və  həyat təcrübəsi olan insanlar olmalıdır. Bunsuz belə ölkələrdə dövləti idarə etmək mümkün deyildir.

Müxbir: Sizə təşəkkür edirik.

Heydər Əliyev: Sağ olun.

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://azpost.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Birgə hərbi təlimlərin İrana faydası yoxdur Politoloq

12 Mart 2025 06:48see132

Gözəl futbolçu çimərlik paltarında FOTOLARINI yaydı

11 Mart 2025 19:32see128

AFFA milimizin heyəti ilə bağlı anons verdi

11 Mart 2025 16:39see126

Bir aylıq atəşkəs sonunda sülh gətirəcəkmi?

12 Mart 2025 08:11see119

XVI Beynəlxalq Multikulturalizm Məktəbi uğurla başa çatdı

11 Mart 2025 16:27see117

“Babamın yeri cəhənnəm olsun”

11 Mart 2025 16:26see117

“Uşaqlar bundan daha da qəzəbləniblər” Binəqədidə sürücünü döyənlərdən birinin vəkili danışdı MÜSAHİBƏ

11 Mart 2025 17:42see117

Peskov: Rusiya Ukrayna ilə bağlı sülh danışıqlarına açıqdır

11 Mart 2025 16:54see115

Bank of Baku və ADA Universiteti arasında memorandum imzalanıb: mini MBA proqramı təşkil ediləcək

11 Mart 2025 16:58see115

Rusiya Odessa limanına zərbə endirdi: 4 əcnəbi öldü

12 Mart 2025 01:40see115

Meyxanaçı Samirə yenə estetik əməliyyat etdirdi VİDEO

13 Mart 2025 01:12see114

11 yaşlı uşağa sahibsiz itlər hücum ETDİ

11 Mart 2025 21:18see112

Trampın Rusiyanın Ukrayna ilə bağlı tələblərindən birinə qarşı çıxdığı məlum olub

12 Mart 2025 08:08see111

Əks istiqamətə çıxan 89 yaşlı sürücü saxlanıldı, vəsiqəsi əlindən alındı VİDEO

11 Mart 2025 21:02see110

Günün HAVASI: 23 dərəcə isti...

12 Mart 2025 09:12see109

ABŞ və Ukrayna Ciddədə Zelenskinin istefasını müzakirə etməyib KİV

12 Mart 2025 09:15see109

Ağsuda Azərişıq əməkdaşını cərəyan vurub öldürdü

12 Mart 2025 10:06see109

Ukraynada atəşkəs qeyri mümkündür

11 Mart 2025 16:30see108

İcra başçısının qanunsuz fəaliyyət göstərən şirkəti 2 milyon manat CƏRİMƏLƏNDİ / FOTO Yeni Gündəm

11 Mart 2025 19:43see108

“İnter” hesabı açdı YENİLƏNİR

12 Mart 2025 00:12see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri