Icma.az
close
up
RU
Heydər Əliyev: Akademiyamız müqəddəs elm ocağıdır

Heydər Əliyev: Akademiyamız müqəddəs elm ocağıdır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ziyalılarla görüşmək həmişə böyük bir bayram təsəvvürü yaradır. Mən həyatım boyu belə düşünmüşəm, belə fikirləşmişəm. Ona görə, bəlkə, görüş sizin üçün də əhəmiyyətlidir, ancaq mənim üçün həddindən artıq dəyərlidir. Çünki uzun müddət belə bir imkandan məhrum olmuşdum. Yalnız qəlbim, ürəyim həmişə Vətəndə, xalqımla və xalqımızın qabaqcıl dəstəsi olan ziyalılarla, onların yaradıcılığı, işləri ilə bağlı olmuşdur. Ancaq indi yan-yanayıq, üz-üzə durmuşuq. Bu mənim üçün böyük hadisədir.

Heydər ƏLİYEV,
Ümummilli lider
21 sentyabr 1993-cü il

Ulu öndər ziyalılarla təmasdan mənəvi güc alırdı

Bizim yaşda olan qələm sahibləri üçün ulu öndər Heydər Əliyevin Azərbaycan elminə, onun inkişafına, elm adamlarına diqqət və qayğısı, bu sahədə gördüyü işlər barədə danışmaq, yazmaq, fikir bildirmək o qədər də çətin məsələ deyil. Çünki o böyük dövlət xadiminin cəmiyyət həyatının ən mühüm sahələrindən olan elmə qayğı və diqqəti demək olar ki, daim gözümüzün qabağında olub. Şəxsən mən yüzlərlə azərbaycanlı və əcnəbi elm adamlarının radio, televiziya və qəzetlərdə Heydər Əliyevin bu sahənin inkişafı üçün atdığı addımlara verdiyi yüksək qiymətləndirmənin şahidi olmuşam.

O, ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə Kremlin etirazlarına baxmayaraq, Bakıda hərbi məktəblər yaradılmasına nail olmuşdu. Yəni hərb elmini Azərbaycan gəncliyi üçün əlçatan etmişdi. Çəkinmədən deyə bilərik ki, Azərbaycan Ordusunun 2020-ci ilin payızındakı 44 günlük və 2023-cü ilin sentyabrındakı bir günlük döyüşlərdə qazandığı Zəfərdə Ulu öndərin 1969-1982-ci illərdə atdığı addımların da xüsusi rolu olmuşdur.

Heydər Əliyev ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə Azərbaycanın kosmik sənayesinin təməlini qoymuşdu və həmin sahənin yaradılması, inkişafı üçün hansı səviyyədə elmi nailiyyətlərin tələb olunduğunu söyləməyə ehtiyac yoxdur. Nəticə göz qabağındadır. Bu gün Azərbaycanın müşahidə və rabitə missiyalı kosmik gəmiləri dünyanın aparıcı dövlətlərinin peykləri ilə yanaşı yerətrafı orbitdə uğurla fəaliyyət göstərir.

Tarixçilər yazırlar ki, ki, Heydər Əliyevin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi illərdə respublikamızda 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Bundan başqa, o böyük dövlət xadimi keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.

Təbii ki, bu qəbildən olan misalların sayı olduqca çoxdur. Ancaq Ümummilli liderin ölkəmizdə siyasi rəhbərliyə qayıdışından sonra da bu sahəni diqqət mərkəzində saxladığını xatırlatmaq zərurəti var. Yeri gəlmişkən, Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında bu məsələyə xüsusilə toxunmuşdur: “Müstəqilliyin ilk illəri çox ağır idi, faciəvi idi. O vaxt məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir. O da çox böyük göstəricidir ki, onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Beləliklə, o, bir daha müstəqil Azərbaycanın, yəni yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, demək olar ki, yox idi, xəzinə boş idi. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə idi. Bir milyondan çox qaçqın və məcburi köçkün, torpaqlarımızın işğal altına düşməsi və çox böyük iqtisadi, maliyyə çətinlikləri. Amma buna baxmayaraq, yenə də Akademiyanın işinə, Akademiyanın qorunmasına, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı”.

Ulu öndərin özü isə 1993-cü ilin sentyabrında akademiyadakı görüşdə demişdi: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945-ci ildə bu akademiyanı yaradan adamlar, Azərbaycanın böyük alimləri çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Akademiyanın fəaliyyətini tənqid etmək də olar, naqis cəhətlər də var. Ancaq ümumən götürüldükdə, şübhəsiz ki, elmin keçdiyi inkişaf yoluna yüksək qiymət verməli, onu əldə saxlamalı, itirməməliyik. Dağıtmaq asandır, qurmaq, yaratmaq çətindir. 1945-ci ildə Elmlər Akademiyasını yaratmaq, sonra isə onu inkişaf etdirmək, yeni-yeni institutlar təşkil etmək asan iş idimi? Əlbəttə, yox”.

O zaman Dövlət Radiosunun Xəbərlər baş redaksiyası üçün rəsmi, siyasi materialları mən hazırlayırdım. Ulu öndərin akademiyadakı çıxışını canlı olaraq, zalda dinləyənlərdən biri də mən idim. Sonralar o böyük dövlət xadiminin alimləri əmin etmək üçün dediyi: “Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycanın elmi inkişaf etməlidir. Universitetlər, ali məktəblər də inkişaf etməlidir” – cümlələrindən müxtəlif yazılarda istifadə etmişdim. Həmin tədbir haqqında söz açarkən xüsusilə qabardılmalı başqa bir məqam isə Ulu öndərin həm akademiyanın, həm də, ümumilkidə, elm ictimaiyyətinin nüfuzunun qorunması barədə çağırışları idi: “Əgər biz xalqımızda mənəvi dəyərləri inkişaf etdirmək istəyiriksə, birinci növbədə, ziyalılarımızın mənəviyyatı yüksək olmalıdır və onlar xalqın başqa təbəqələrinə nümunə göstərməlidirlər. Biz isə bu sahəyə hər cür kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən ali təhsilimiz, sosial sahənin bütün başqa istiqamətləri inkişaf edəcəkdir”.

Ekspertlərin fikrincə, müasir dünya gerçəkliklərinə yaxından bələd olan, texnika və texnologiyanı mənimsəyən kadrlar yetişdirmədən, eləcə də ölkədə həyata keçirilən islahatları elmi baxımdan əsaslandırmadan arzu edilən iqtisadi inkişaf səviyyəsinə nail olmaq qeyri-mümkündür. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyası ölkənin texniki-texnoloji, eləcə də sosial-iqtisadi inkişafının avanqardına çevrilməlidir. Məhz bu reallığı nəzərə alan ulu öndər Heydər Əliyevin “Milli Elmlər Akademiyası sistemində yüksək ixtisaslı elmi kadrlar hazırlayan təhsil qurumlarının, respublikada prioritet istiqamətlərdə müstəqil fəaliyyət göstərən dövlət elm-təhsil mərkəzlərinin işi daim gücləndirilməli və zənginləşdirilməlidir” fikri də akademiyanın potensialının və texniki bazasının gücləndirilməsinə, ölkədə fundamental elmi tədqiqatların aparılmasına yönəlmişdir.

Onu da yada salaq ki, Heydər Əliyev AMEA-da çalışan müxtəlif ixtisaslı alimlərin birgə proqramlar üzərində qarşılıqlı əməkdaşlıq şəraitində işləməsinin vacibliyini vurğulayır, ölkənin hərtərəfli inkişafını təmin etməyə qadir olan kompleks inkişaf proqramları işləyib hazırlaması olduqca vacib şərt hesab edirdi.

Elə cənab Prezident İlham Əliyevin də alimlər qarşısında vacib şərt kimi irəli sürdüyü məqamlar var. Ona görə də bu sətirləri dövlət başçımızın noyabrın 3-də AMEA-da söylədiyi fikirlərlə tamamlayırıq:

“Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və əlbəttə ki, öz addımlarımızı dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmalıyıq, həm də ki, bir çox təşəbbüslər irəli sürməliyik... Ona görə bugünkü inkişafla bağlı, inkişafın gələcək istiqamətləri ilə bağlı əlbəttə ki, prioritetlər əvvəlki dövrdən fərqlənir. Bu gün sirr deyil ki, hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Təbii ki, Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, biz bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, bizim inkişafımız dayanıqlı olsun”.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri