Icma.az
close
up
RU
Heydər Əliyev Azərbaycan dilinə hüquqi status qazandırdı və onu milli identikliyin rəmzinə çevirdi

Heydər Əliyev Azərbaycan dilinə hüquqi status qazandırdı və onu milli identikliyin rəmzinə çevirdi

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Azər ALLAHVERƏNOV: “Zərurətdən doğan və milli maraqlarımıza tam cavab verən “dövlət dili” maddəsinin konstitusiyaya daxil edilməsi o dövrdə günün aktual məsələlərdən birinə çevrildi
Tarixdə elə şəxsiyyətlər var ki, onların fəaliyyəti bir xalqın taleyində dönüş nöqtəsi olur, milli yaddaşda isə silinməz izlər buraxır. Ulu Öndər Heydər Əliyev məhz belə bir tarixi simadır. Onun dövlətçilik düşüncəsi, siyasi uzaqgörənliyi və xalqına olan sarsılmaz bağlılığı müasir Azərbaycanın formalaşmasında həlledici rol oynamışdır. O, yalnız siyasi lider deyil, həm də milli dəyərlərin qoruyucusu, dilimizin, mədəniyyətimizin və kimliyimizin təşəbbüskar müdafiəçisi idi.
Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra onun rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı dərin böhrandan çıxarıldı, neft-kimya və qara metallurgiya sahələrində mühüm əhəmiyyət kəsb edən nailiyyətlər əldə edildi. Sosial infrastruktur yenidən qurularaq modernləşdirildi, sənaye müəssisələr sektor genişləndirildi, kommunikasiya sistemləri hər dövrün tələblərinə uyğun təkmilləşdirilərək gücləndirildi.
Müxtəlif sahələrdə baş verən həmin nailiyyətlər və fundamental dəyişiklər ötən əsrin 70-ci illərinin sonlarında həm də ölkənin Konstitusiyamızın də yenilənməsini, milli maraqların ön plana çıxarılmasını zəruri etdi. Belə bir şəraitdə zərurətdən doğan və milli maraqlarımıza tam cavab verən “dövlət dili” maddəsinin konstitusiyaya daxil edilməsi o dövrdə günün aktual məsələlərdən birinə çevrildi.
1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında “Biz konstitusiyamıza Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsini təklif edirik” təşəbbüsünü irəli sürən Ulu Öndər öz mövqeyini “bu, milli kimliyimizin, mədəni sərvətimizin müdafiəsi üçün zəruridir” fikirləri ilə tamamladı.
Heydər Əliyevin siyasi nüfuzu və SSRİ Mərkəzi Komitəsindəki əlaqələri sayəsində bu təşəbbüs mərkəzi səviyyədə dəstəkləndi. Müzakirələrdən sonra dəyişikliklər qəbul olundu və yeni Konstitusiya rəsmən təsdiqləndi.
Yeni Konstitusiyanın 73-cü maddəsində “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” ifadəsinin yer alması mühüm əhəmiyyət kəsb edirdi. Bu dəyişiklik Azərbaycan dilinə hüquqi status qazandırdı və onu milli identikliyin rəmzinə çevirdi.
1978-ci il konstitusiya dəyişiklikləri yalnız hüquqi bir akt olmaqla kifayətlənmədi, həm də milli özünüdərkin möhkəmlənməsi və gələcək müstəqillik illərində dil siyasətinin formalaşması üçün ideoloji və hüquqi bazis rolunu oynadı. Bu dəyişiklik SSRİ məkanında dil məsələsində irəliləyiş göstərən nadir təşəbbüslərdən biri idi.
Bu təşəbbüs respublikanın milli hüquqi statusunu yüksəltdi və gələcək müstəqillik dövrü üçün möhkəm təməl yaratdı. Azərbaycan dilinin hüquqi və siyasi baxımdan qorunması istiqamətində atılan bu addım, eyni zamanda Sovet dövründə assimilyasiya siyasətinə qarşı milli müqavimətin simvoluna çevrildi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti ilə həyata keçirilən bu tarixi təşəbbüs Azərbaycan dilinin hüquqi statusunun dönməz əsasını qoydu və milli mədəniyyətimizin və kimliyimizin qorunmasında mühüm rol oynadı.
Azər Allahverənov, Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Aprel 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri