Icma.az
close
up
RU
Heydər Əliyev Fondu mədəniyyətlərarası dialoq prinsiplərinə və dünya irsinin qorunub saxlanmasına mühüm töhfə verir

Heydər Əliyev Fondu mədəniyyətlərarası dialoq prinsiplərinə və dünya irsinin qorunub saxlanmasına mühüm töhfə verir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vatikan, 17 oktyabr, AZƏRTAC

Dünyanın mədəni irsi bəşəriyyətin əvəzolunmaz sərvətidir və onun qorunması birgə səy tələb edir. Bu çərçivədə tarixi abidələrinin bərpasına və qorunmasına yönəlmiş beynəlxalq layihələrin dəstəyi xüsusi rol oynayır. Heydər Əliyev Fondu bu proseslərdə fəal iştirak edərək, mədəniyyətlərarası dialoq prinsiplərinə və dünya irsinin qorunub saxlanmasına mühüm töhfə verir.

AZƏRTAC xəbər verir ki, ötən illər ərzində Heydər Əliyev Fondu tərəfindən Vatikanda bəşəri əhəmiyyət daşıyan bir sıra tarixi abidələrin bərpası, mədəni irsin qorunması sahəsində işlər görülüb. Fondun dəstəyi sayəsində Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının, Müqəddəs Pyotr Kilsəsində “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin bərpası, Müqəddəs Sebastian Bazilikasında yeni muzeyin yaradılması, sarkofaqların restavrasiyası və digər layihələr həyata keçirilib.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca səfərləri çərçivəsində bərpa edilən abidələr və incəsənət nümunələri ilə tanış olub, Vatikanda bir sıra mühüm görüşlər keçirib.

Heydər Əliyev Fondunun dünya mədəni və dini irs obyektlərinin, xüsusən də Vatikan ərazisində, çoxillik və məqsədyönlü fəaliyyəti Azərbaycanın multikulturalizm və dinlərarası dialoq ideyalarına dəstəyinin bariz nümunəsidir. Belə ki, Müqəddəs Kommodilla katakombalarında qorunan ən mühüm abidələrdən ikisi olan Müqəddəs Feliks və Adauktusun yeraltı bazilikasındakı freskalarında və Leo kubikulundakı freskalarda bərpa işləri tamamlanıb. Oktyabrın 16-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakabone, Vatikan Dövlətinin Mədəniyyət üzrə Pontifik Şurasının sabiq prezidenti Kardinal Canfranko Ravazi və digər rəsmi şəxslərin iştirakı ilə onların açılışı keçirilib. Bu hadisə Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiya arasında 2021-ci ilin martın 4-də imzalanmış katakombalar kompleksinin qorunub saxlanmasına və bərpasına yönəlmiş müqavilənin kulminasiya nöqtəsi olacaq. Bu sənəd Heydər Əliyev Fondunun dəstəyi sayəsində Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasına Müqəddəs Marçellinio və Pietro katakombalarının, Müqəddəs Sebastian Bazilikasında sarkofaqların restavrasiyası da daxil olmaqla, bərpasını həyata keçirməyə imkan verən uzunmüddətli və səmərəli əməkdaşlığın növbəti mərhələsi oldu.

Konservasiya proqramı Müqəddəs Kommodilla katakombalarının gələcəkdə geniş ictimaiyyətə açılmasını təmin etmək məqsədilə onların populyarlaşdırılmasını hədəfləyir. Birinci vitse-prezidentin bərpa edilmiş Müqəddəs Kommodilla katakombalarının açılış mərasimində iştirakı bu tərəfdaşlığın davamlı olmasının göstəricisidir.

Heydər Əliyev Fondunun Vatikandakı xristian abidələrinin qorunmasına verdiyi göstərdiyi diqqət xeyriyyəçilik deyil, həm də müsəlman ölkəsinin ümumbəşəri dəyərlər xəzinəsinə verdiyi mühüm töhfə, gələcək nəsillərin rifahı naminə mədəniyyətlər və dinlər arasında körpülərin möhkəmlənməsi deməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri