Icma.az
close
up
RU
Heydər Əliyev sosial siyasəti prioritet istiqamətlərdən biri olaraq müəyyən etmişdir MÜNASİBƏT BİLDİRİLDİ

Heydər Əliyev sosial siyasəti prioritet istiqamətlərdən biri olaraq müəyyən etmişdir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

“Heydər Əliyevin müasir dövlətçilik siyasətinin başlıca prinsipi “dövlət xalq üçündür” ideyasıdır. Ümummilli liderin müəllifi olduğu Konstitusiyamızda bu ideyanın sosial mahiyyəti bariz şəkildə öz təsdiqini tapmışdır.
Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində, sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunur. Heç təsadüfi deyildir ki, bizim dövlət büdcəmizdə sosial xərclərin payının 30%-dən yuxarı olması artıq ənənə halını almışdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Musa Quliyev sözlərinə belə davam edib: “Müstəqil Azərbaycanın dövlət quruculuğu və inkişafı strategiyasını müəyyən edərkən Ümummilli lider Heydər Əliyev sosial siyasəti prioritet istiqamətlərdən biri olaraq müəyyən etmiş, milli sərvətlərin xalqın bütün təbəqələrinə mənsub olması, sosial ədalət prinsipinin qorunması, əhalinin aztəminatlı hissəsinə dövlət qayğısının artırılması məsələlərini həmişə diqqət mərkəzində saxlamışdır.
Sosial siyasət hər bir dövlətin daxili siyasətinin mühüm tərkib hissəsi olub, cəmiyyətin müxtəlif təbəqələri arasında münasibətlərin tənzimlənməsinə, əhalinin yaşam keyfiyyətlərinin və həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş tədbirlər sistemidir. Sosial siyasətin əsas məqsədi cəmiyyətin müxtəlif sosial qrupları arasındakı qeyri-bərabərliyin tədricən aradan qaldırılması və maddi-mənəvi sərvətlərin bölüşdürülməsində sosial ədalətin təmin edilməsidir.

Sosial siyasətin təminatlı və əhatəli olması üçün möhkəm iqtisadi təməl və hüquqi bazanın olması mühüm şərtdir. Məhz buna görə də müstəqil Azərbaycanın sosial siyasət strategiyasını müəyyənləşdirən zaman Ümummilli Lider Heydər Əliyev bir tərəfdən sosial siyasətin ölkənin real iqtisadi imkanlarına uyğunlaşdırılmasına, digər tərəfdən isə müvafiq normativ – hüquqi bazanın yaradılmasına ciddi önəm verirdi.
Modern dövlət quruculuğu yoluna qədəm qoymuş müstəqil Azərbaycanın sosial siyasətinin təməlində iki klassik prinsip dayanırdı: Sosial ədalət və sosial rifah. Ümummilli lider Heydər Əliyev sosial sahədə dövlətin vəzifəsini bunda görürdü: “Bir dövlət olaraq, hökumət olaraq biz xalqımızın, millətimizin, vətəndaşlarımızın sosial tələbələrini təmin etməliyik”.

Sosial ədalət hər bir cəmiyyətin demokratikliyinin lakmus kağızıdır, sosial ədalət pozulan cəmiyyətin digər dəyərləri də deformasiya olunur, fərdlər və qruplar arası gərginlik daim münaqişə ocağına çevirilir. Sosial ədalətin çərçivəsi cəmiyyətin tələblərinə uyğun dəyişir və təkcə qanunlar və proqramlarla deyil, eyni zamanda mənəvi dəyərlər, ənənələr, liderin humanizmi və şəxsi nümunəsi ilə təmin olunur. Sosial ədalət müəllifi Ümummilli lider Heydər Əliyev olan Konstitusiyamızda da əsas prinsiplərdən biri kimi təsbit edilmişdir. Ümummilli Lider dövlət quruculuğu prosesində vətəndaş cəmiyyətinin iştirakına böyük önəm verir, cəmiyyətin hər bir üzvünün qanunlara riayət etməklə yanaşı hüquqlarını da bilməsini və təmin olunmasını tələb etməsini zəruru sayırdı: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə, ən böyük məmləkət qədər güclü olar”.

Sosial ədalət ölkənin maddi və mədəni sərvətlərinə bütün vətəndaşların əlçatanlığını təmin etmək siyasətidir. Elə bir siyasət ki, imkansıza, gücsüzə, köməyə ehtiyacı olana dövlət dəstək verir, eyni zamanda cəmiyyəti də bu xoş mərama təşviq edir. Azərbaycan sosial dövlət olaraq bütün vətəndaşların sosial müdafiəsini təmin etməyi öhdəlik kimi öz üzərinə götürmüşdür. Bununla yanaşı, xüsusi sosial müdafiəyə ehtiyacı olan qruplar var ki, müxtəlif qanunlar və proqramlar vasitəsi ilə onlara daim dəstək verilir. Bizim qanunvericilik yaşayış minimumu, ehtiyac meyarı, minumum əmək haqqı, minimum pensiya kimi hədlər müəyyən eləmişdir ki, vətəndaşımızın yaşam şərtləri o həddən aşağı səviyyəyə enməsin.

Sosial dövlət vətəndaşlara uyğun şərtlərlə sağlamlıq, təhsil, məşğulluq imkanları yaratmaqla, müəyyən proqramlarla ehtiyacı daha çox olan təbəqənin bu imkanlara əlçatanlığını dəstəkləməklə sosial ədaləti təmin etmiş olur. Ulu öndər Heydər Əliyev böyük uzaq görənliklə deyirdi ki, mənim görüb başa çatdırmadığım işləri azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq.

Cənab Prezident İlham Əliyev 2003-cü ildə öz seçki proqramında qarşıdakı beş il ərzində 600 min yeni iş yeri açılmasını təmin edəcəyini söyləyəndə bu cəsarətli çağırış çoxları üçün fantastik bir arzu kimi görünürdü. Çünki o zaman ölkədə işsizlik 50%, yoxsulluq 49% təşkil edirdi. İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə böyük sosial iqtisadi uğurlara imza atılmışdır. Qısa müddət ərzində respublikada işsizlik 5%-ə, yoxsulluq isə 5,6%-ə endirildi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-2025- ci illərdə Azərbaycanda 2,2 milyon yeni iş yeri açılmış, minimum əmək haqqı 44 dəfə artaraq 400 manata, orta aylıq əmək haqqı 13 dəfə artaraq 1010 manata, minimum pensiya 16 dəfə artaraq 320 manata, orta aylıq pensiya 22 dəfə artaraq 535 manata çatmışdır.

2019-cu ildən başlayaraq ölkəmizdə cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilmişdir. Bu paketlərin illik maliyyə dəyəri 8.5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşmasına xidmət edir”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 May 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see318

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see180

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see141

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see140

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see134

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see132

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see127

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see126

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see125

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see125

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see123

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see121

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see121

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see119

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see117

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see116

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri