Icma.az
close
up
RU
Heydər Əliyevin Naxçıvanda başladığı xilaskar missiya: Gələcəyə açılan yol

Heydər Əliyevin Naxçıvanda başladığı xilaskar missiya: Gələcəyə açılan yol

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

3 sentyabr 1991-ci il Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi kimi yaddaşlara həkk olunub.

Həmin gün Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi yalnız qədim diyarın deyil, bütövlükdə Azərbaycanın gələcək taleyi üçün həlledici mərhələnin başlanğıcı oldu. O dövrün mürəkkəb və gərgin şəraitində Heydər Əliyevin siyasi iradəsi, dərin dövlətçilik təcrübəsi xalqımıza ümid, inam və xilasa yol açdı. İllər keçdikcə bu tarixi hadisənin əhəmiyyəti daha da aydın görünür və Azərbaycanın müasir, qüdrətli dövlət kimi inkişaf yoluna çıxmasında xüsusi rolu bir daha təsdiqlənir. 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Rəhimzadə xatırladıb ki, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin  3 sentyabr 1991-ci ildə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən 34 il ötür. İllər keçdikcə bu tarixin ölkəmizin həyatında xüsusi yeri daha aydın görünür. Dahi şəxsiyyətin Sədr seçildiyi bu gün bütövlükdə  Azərbaycanın xilası kimi tarixə yazılıb:

"Ulu Öndər Heydər Əliyevin 1990-cı il iyulun 22-də  Naxçıvana möhtəşəm qayıdışı dözülməz vəziyyətdə olan naxçıvanlıların sabaha inamını özlərinə qaytardı. Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra qədim diyarın xilası üçün lazım olan bütün addımları atmağa başladı. Eyni zamanda, yalnız muxtar respublika deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. Ulu Öndərin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanı olan Ali Sovetin adının dəyişdirilərək Ali Məclis adlandırılması muxtar respublikanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı".

Vüqar Rəhimzadə: Bu mühüm tarixi addım Naxçıvanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu

Onun sözlərinə görə, 3 sentyabr 1991-ci il Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir. Həmin tarixi gündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Ümummilli Lider Heydər Əliyev  yekdilliklə Ali Məclisin Sədri seçildi:

"Bu mühüm tarixi addım Naxçıvanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Həmin tarixi gündən başlayaraq Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi Ona hər bir çətinliyi uğurla aradan qaldırmaqda yardımçı oldu. Bütün bunları özünün zəngin idarəetmə qabiliyyəti və  təcrübəsi, beynəlxalq arenada şəxsi nüfuzu hesabına həyata keçirən Heydər Əliyev Naxçıvanı sözün həqiqi mənasında fəlakətdən xilas etdi".

Deputat onu da əlavə edib ki, Ulu Öndərin Naxçıvanda çalışarkən xalq və dövlət qarşısında ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür və milli məfkurənin formalaşdırılması idi: 

"1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malik hadisə oldu. Ulu Öndər daim bu çağırışı edirdi ki, Azərbaycan bütün dünya azərbaycanlılarının Vətənidir. Həmin illərin ən mühüm tarixi hadisələrindən biri bu gün milyonların partiyasına çevrilən, sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılması oldu. 1993-cü ildə Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Ümummilli Lider bu addımı ilə bir daha təsdiqlədi ki, hər zaman xalqının, dövlətinin yanındadır".

Sonda Vüqar Rəhimzadə vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ümummilli Liderin hər bir arzusunu gerçəkləşdirdi. Tarixi Zəfərimiz, bütün ərazilərimizdə suverenliyini tam təmin etmiş, güclü, qüdrətli, dünyada söz sahibi olan  dövlətimiz Heydər Əliyev yolunun təqdimatıdır.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri