Heydər Məmmədov MDB yə üzv dövlətlərin Baş prokurorlarının müavinlərinin görüşündə iştirak edib
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyəti MDB-yə üzv dövlətlərin Baş prokurorlarının müavinlərinin görüşündə iştirak edib.
525.az-a bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokurorun müavini Heydər Məmmədov və Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Səbuhi Alıyev Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində təşkil olunan MDB-yə üzv dövlətlərin Baş prokurorlarının müavinlərinin görüşündə iştirak edib.
MDB-nin və bir sıra dövlət qurumlarının yüksək vəzifəli təmsilçilərinin iştirakı ilə keçirilən tədbir çərçivəsində hüquq-mühafizə sahəsində qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri, transsərhəd cinayətkarlığa qarşı birgə mübarizənin təşkili, həmçinin regional və beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə Heydər Məmmədov çıxış edərək, Koordinasiya Şurası çərçivəsində həyata keçirilən islahatların əhəmiyyətini, prokurorluqlar arasında qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində mövcud əməkdaşlıq təcrübəsini, habelə beynəlxalq və regional təşkilatlarda Azərbaycanın fəallığını diqqətə çatdırıb.
Baş prokurorun müavini, o cümlədən Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə ölkəmizdə bir sıra nüfuzlu beynəlxalq tədbirlərin - Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik iclası, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" adlı yüksək səviyyəli plenar iclası və UNODC-nin GlobE şəbəkəsinin plenar toplantısının təşkil olunduğunu qeyd edib.
Səfər çərçivəsində, həmçinin Heydər Məmmədov MDB-yə üzv dövlətlərin Baş Prokurorluqlarının nümayəndə heyətləri ilə görüşlər keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 28 Avqust 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















