Icma.az
close
up
RU
Heydər Oğuz: “Hakimiyyət bir müddətdən sonra müxalifləri sərbəst buraxacaq”

Heydər Oğuz: “Hakimiyyət bir müddətdən sonra müxalifləri sərbəst buraxacaq”

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin barəsində ev dustaqlığı qəti-imkan tədbiri seçilməsindən və bir qrup müxalifətçinin həbs olunmasından sonra, Youtube kanallarında siyasətçilərın, politoloqların söz savaşı adi hal alıb. Həmçinin sosial şəbəkələrdə də insanlar biri-birinə qarşı gəlir, hətta təhqiramiz ifadələr işlədirlər. Ancaq bu situasiyada hər kəs bilməlidir ki, ən vacib məqam dövlətimizin maraqlarının qorunmasıdır. 
Ölkə gündəmini dəyərləndirən siyasi şərhçi Heydər Oğuz Hurriyyet.az-a öz fikirlərini açıqlayıb.
-Heydər bəy, mövcud situasiyanı necə dəyərləndirirsiniz?
- Azərbaycanda son illər Rusiyanın təsir dairəsindən çıxmaq səylərinin gücləndiyini görürük. Xüsusilə 2024-cü ilin son həftəsində Rusiya üzərində sərnişin  təyyarəmizin vurulması, ardınca da şimal qonşumuzda fəaliyyət göstərən azərbaycanlı iş adamlarına qarşı başladılan repressiyalar rəsmi Bakının Qərbə yönəlik strategiyasında daha əzmli mövqe sərgiləməyə vadar etdi. Sözsüz ki, Azərbaycanın bu istiqamətdə səylərini gücləndirməsində Ukrayna savaşında Rusiyanın sanıldığı qədər qüdrətli olmadığının ortaya çıxması və başının bu savaşa qarışması da önəmli rol oynadı. Bundan əlavə, Azərbaycanın iqtisadiyyatı böyük ölçüdə Avropaya bağlıdır. Neftimizin, qazımızın böyük hissəsini bu qitəyə satırıq. Avropa isə Rusiyaya qarşı izoliyasiya siyasəti yürüdür və onu bu durumdan çıxarmağa çalışan digər ölkələrə də sanksiya tətbiq edir. Bu da Azərbaycanı iqtisadi oriyentasiyasına yenidən nəzər salmaq məcburiyyətində qoyur. Təsadüfi deyil ki, ötən il Azərbaycanla ticarət dövriyyəsində Rusiya İtaliya və Türkiyədən sonra 3-cü yerdə idi. Ukrayna ilə müharibənin başladığı 2022-ci ildə isə Moskva ticarət dövriyyəsində hətta Kiyevə də uduzurdu. Ukrayna 3-cü, Rusiya isə 4-cü ticarət tərəfdaşımız idi. Müharibənin başlamasından dolayı Ukrayna ilə ticari əlaqələrimizin ciddi şəkildə geriləməsi nəticəsində Rusiya onu üstələyə bildi. Amma sirr deyil ki, Rusiya da artıq iqtisadi cəhətdən ciddi sarsıntılar yaşayır. Yəqin ki, bu ilin yekun nəticələri açıqlananda Çinin və ABŞ-ın onu üstələyəcəyinin şahidi olacağıq. 
Azərbaycan hərbi sahədə də Rusiyadan asılılıqdan çıxıb. Artıq Ordumuz NATO standartları ilə silahlanır və Rusiyanın keyfiyyətsiz silahlarını öz arsenalından çıxarır. Bütün bunlar təbii ki, ölkəmizdə ciddi şəkildə Qərbə yönəlmə təmayüllərini göstərir. Siyasi oriyentasiyanı birdən-birə dəyişdirmək isə heç bir zaman ağrısız ötüşmür. Son zamanlar Ramiz Mehdiyevin ətrafında baş verənlər də bu dəyişikliklərin təzahürüdür. 
Bir çoxları Ramiz Mehdiyevi ev dustağı edib, Milli Şuranın üzvlərinin həbs olunmasını əsas gətirərək ölkəmizdə baş verənləri anlamaqda çətinlik çəkir, yaşananları bir oyun olaraq görür. Amma dərindən düşünsək, niyə məhz ilk öncə müxaliflərdən başlandığını anlaya bilərik. Görünür, hakimiyyət potensial təhlükələri ortadan qaldırmaq üçün “5-ci kolon”un ittifaq qura biləcəyi hərəkatları ilk hədəf kimi seçib. Fikrimcə, hakimiyyət təhlükənin aradan qalxmasına inandıqdan sonra, əsl hədəfləri -iqtidardakı rusyanlıları zərərsizləşdirəcək və bir müddətdən sonra müxalifləri sərbəst buraxacaq. Çünki onun məqsədi əslində, getdikcə tükənməyə doğru sürüklənən müxalifləri cəzalandırmaq deyil. Məqsəd hakimiyyət orqanlarında kök salmış “5-ci kolon”la mübarizədir. Siyasi iradə hakimiyyətdəki qüvvələrin müxalifətlə bir araya gəlməsinin qarşısını almaq üçün işə ən az təhlükəliləri zərərsizləşdirməklə başlayıb. Yəqin ki, gələn ildən Ramiz Mehdiyevin əsl “agentlərini” sıradan çıxarmağa çalışacaq. Sözsüz ki, ilk baxışdan anlaşılmaz kimi görünən bu taktika hakimiyyətin “5-ci kolon”la mübarizədə yetərli gücə malik olmamasından, rusqafalı məmurların geniş imkanlarından qaynaqlanır.
- İndiki situasiyada nələr çatışmır və bu çatışmazlıqların kökündə nə dayanır?
-Məncə, hakimiyyətin təhlükəyə qarşı mübarizə taktikası o qədər də uğurlu deyil və əsl çatışmazlıq da budur. Bilirsiniz ki, şərq döyüşləri növlərində 2 cür mübarizə üsulu var. Bunlardan biri silaha qarşı, digəri isə düşmənə qarşı döyüşdür. Silaha qarşı döyüşənlərin gözü düşmənin əlində tutduğu silahda olur və bu da onu effektiv  mübarizə aparmaq imkanlarını daraldır. Düşmənə qarşı döyüşənlər isə silaha yox, düşmənin gözünə baxarlar. Düşmənin necə hərəkət edəcəyini onun  gözlərindən oxuyurlar. Bu da onlara daha rahat manevr etmək və rəqibin buraxdığı boşluqlara öldürücü zərbə vurmaq imkanı qazandırır. Bizim hakimiyyətin döyüşü “5-ci kolon”un qurşana biləcəyini düşündüyü silahdan, yəni müxaliflərdən başlaması taktiki səhvdir. Onun bu səhvə yuvarlanmasının səbəblərinə gəlincə, məncə bunun 2 başlıca səbəbi var: obyektiv və subyektiv səbəblər. 
Obyektiv səbəblərdən biri odur ki, yeni dünya düzəni hələ qurulmayıb. Qlobal miqyasda yenilikçilərlə ənənəviçilər arasında ölüm-dirim mübarizəsi gedir. Kimin bu mübarizədə qalib gələcəyi isə bilinmir. Xüsusilə siyasi oriyentasiyamızın yönəldiyi Qərb cinahında qeyri-müəyyənlik hökm sürür. Qərb düşərgəsinin aparıcı lokomotivi sayılan ABŞ-ın mövqeyi tam aydın deyil. Bəzən ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı kəskin mövqe tutur və ona ən ağır sanksiyaların tərəfdarı kimi çıxış edir, bəzən isə öz müttəfiqlərini Rusiyaya satmaqdan belə çəkinmir. Bu da istər-istəməz hakimiyyətin “5-ci kolona” qarşı mübarizədə təmkinli olmasını şərtləndirir.
Subyektiv amil isə hakimiyyətin bu dəyişiklikləri qəlbən istəməməsindən qaynaqlanır. Başqa sözlə, hakimiyyət bəzi riskləri nəzərə alıb, bu cür kardinal mövqe dəyişikliklərinə getmək istəmir, amma getməyə də bilmir. Çünki qurulmaqda olan yeni düzən köhnə sistemdən tamamilə imtina olunmasını tələb edir. Bu xüsus ABŞ-ın yeni təhlükəsizlik doktrinasında da açıq şəkildə yer alıb. Görünür, bu səbəbdən də yeni qlobal çağırışlara qulaq asmağa çalışan hakimiyyət istəsə də, istəməsə də, Sovet hakimiyyəti illərindən qalan köhnə sistemlə vidalaşmaq məcburiyyətindədir. Haqqında danışdığımız məcburiyyət halı onu indiki kövrək addımlar atmağa vadar edir.
- Bəzi siyasətçilər növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyirlər. Sizcə, buna ehtiyac varmı?
-Hər bir demokratik rejimlərin başlanğıc nöqtəsi parlament quruculuğundan keçir. Bir çox yeni sistemlər ilk öncə, parlamentlərini seçir və bu parlamentlər həm ölkəni idarə edən qanunları hazırlayır, həm də hökuməti formalaşdırır. Dünya təcrübəsində dəfələrlə bunun şahidi olmuşuq. Milli mentalitet baxımından bizə ən yaxın olan Türkiyənin təcrübəsinə nəzər salaq. Bilirsiniz ki, Türkiyə Cümhuriyyətini Türkiyə Böyük Millət Məclisi (TBMM) qurmuşdur. Təsadüfi deyil ki, Atatürkün ilk vəzifəsi prezidentlik yox, parlament spikerliyi olmuşdur. Daha sonra o, parlamentin səsverməsi ilə Türkiyənin prezidenti seçilmişdir. Biz də “rusqafalılardan” arındırılmış yeni sistem qurmaq istəyiriksə, ilk işə parlamentdən başlamalıyıq. Çünki yeni systemin qanunlarını ancaq və ancaq bu parlament hazırlaya bilər.
- Bildiyiniz kimi, gələn ilin büdcəsində minimum əməkhaqqı və minimum pensiya artımı nəzərdə tutulmayıb. Sizcə, mövcud sosial-iqtisadi vəziyyət normaldırmı?
-Normal deyil, təbii ki. İşçilərin maaşları ilə istehlak mallarının qiymətləri arasında ciddi uyğunsuzluq var. Təsəvvür edin, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib. Minimum pensiya isə 320 manatdır. Bəzən bu maaşlar kommunal xərcləri ödəməyə belə çatmır. Gündəlik tələbat malları, ərzaqlar od qiymətinədir. Amma gəlin, razılaşaq ki, istənilən ölkədə maaşları və pensiyaları vətəndaşların ehtiyacları yox, ölkələrin iqtisadi vəziyyəti müəyyənləşdirir. Sirr deyil ki, Azərbaycan 5 il bundan əvvəl ağır müharibədən çıxıb. Qarabağın yenidən inşası üçün xeyli kapitala ehtiyac var. Üstəlik, əvvəlki kimi neft və qaz ixracatından əldə etdiyimiz gəlirlərimiz də xeyli azalıb. Bu da azmış kimi, ölkəmiz ordu quruculuğuna və təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsinə də xeyli vəsait ayırmalıdır. Bundan əlavə, müasir dövrün çağırışlarına uyğun olaraq, bir çox yeni iqtisadi sektorlar və infrastruktur layihələri də həyata keçirilməlidir. Bütün bunlar istər-istəməz vətəndaşların maaş və pensiyalarının artırılmasına mane olur. Bir də bu siyahıya bəzi korrupsioner məmurların dövlət əmlakını talamasını, büdcədən ayrılan vəsaitlərin öz ünvanına çatmamasını əlavə etsək, ölkəmizin çox ciddi maliyyə problemləri ilə qarşılaşdığını görə bilərik. İnanıram ki, qarşımızdakı bu problemləri yoluna qoyduqdan və yeni iqtisadi layihələri reallaşdırdıqdan sonra əhalinin güzəranı da yaxşılaşacaq. Amma bunun üçün müəyyən zamana ehtiyac var. 
- Bugünlərdə Qətərdə keçirilən Doha forumunda Prezidentin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, Ermənistan və Azərbaycan hökumətləri arasında etimad elementləri formalaşır. Bu, mühüm təməldir. Amma daha önəmlisi xalqlar arasında etimaddır”. Baş verənlərdən sonra, Azərbaycan və erməni xalqı arasında etimadın formalaşması mümkün olacaqmı?
- Azərbaycan qlobal dünyanın bir hissəsidir. Bizdə baş verən hadisələrin hamısı qlobal sistemlə birbaşa bağlıdır. Bu gün isə dünyanın bütün regionlarında köhnə düzənlə yeni düzən arasında gərgin mübarizə gedir. Azərbaycan da bu mübarizədən təsirlənir. Ən əsası isə bəzi transmilli qurumlar və beynəlxalq güc mərkəzləri qəsdən ermənilərlə bizim aramızı vurmağa çalışır. Bilirsiniz ki, bu yaxınlarda Avropa İttifaqı ilə Ermənistan arasında əməkdaşlıq sazişi bağlanmış və bu sazişdə açıq-aşkar Azərbaycanla Ermənistan arasında bitdiyini sandığımız müharibənin yenidən alovlandırılması məqsədi açıq-aydın sezilir. Buna baxmayaraq, Paşinyan hakimiyyəti də özü ətrafında necə ciddi oyunların getdiyinin fərqindədir. Ağlı olsa, bu təhlükəni beşikdə doğar və xarici güc mərkəzlərinin oyununa gəlməz. Əks halda, yenidən alovlanan münaqişədən ən çox zərər çəkən elə ermənilərin özü olacaq.
CAVİD

Share

Tweet

Email

Share

Share

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Dekabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri