Icma.az
close
up
RU
Heyvan dağın başında, sahibkar Bakıda: Yağımız da xaricdən gəlir

Heyvan dağın başında, sahibkar Bakıda: Yağımız da xaricdən gəlir

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Hər il Azərbaycan daxili tələbatı ödəmək üçün ərzaq məhsullarının idxalına milyonlarla dollar vəsait xərcləyir. Ən çox vəsait xərclənən məhsullar içərisində kərə yağı da üstünlük təşkil edir. Kərə yağının qiyməti isə sürətlə artır. Hər ay böyük miqdarda valyuta xaricə axır.

Məsələn, bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu həcmdə yağın dəyəri 36 milyon 843 min ABŞ dollar təşkil edib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 370 ton (79,8 %), dəyər baxımından isə 21 milyon 287 min ABŞ dolları (2,4 dəfə) çoxdur.

Bəs, görəsən, ölkə daxilində kərə yağı istehsalını artırmaq üçün niyə tədbirlər görülmür? Bu istiqamətdə hansı addımlar atıla bilər?

Emal müəssisələri effektiv işləmir

İqtisadçı-ekspert Cəfər İbrahimli deyir ki, yağ istehsalını artırmaq üçün ölkədə kifayət qədər intensiv südçülük təsərrüfatları olmalıdır: “Əslində Azərbaycanda belə təsərrüfatlar mövcuddur. Amma məhsuldar heyvan sayı yetərli deyil. Bizdə olan say təxminən 100 min baş civarındadır. Əsas yük ailə təsərrüfatlarının üzərindədir. Statistik rəqəmlərə əsasən, bu təsərrüfatların istehsal etdiyi süd ümumi istehsalın təxminən 80 faizini təşkil edir. Yəni, südün yalnız 20 faizi intensiv təsərrüfatlardan gəlir. Ölkədə 2 milyon 200 min iribuynuzlu heyvan var. Onların çoxu məhsuldar deyil, tamamilə cırlaşıb. Dolayısıyla, biz ailə təsərrüfatlarındakı cırlaşmış heyvanları damazlıq və məhsuldar heyvanlarla əvəzləyə bilsək, süd istehsalının artması çərçivəsində kərə yağına olan tələbatın daha da yaxşılaşdırılmasına nail ola bilərik. Çünki idxalı tamamilə sıfırlamaq çətin məsələdir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda emal məsələsi istənilən səviyyədə olmadığı üçün süd böyük həcmdə itkiyə gedir: “Hesab edirəm ki, ölkədə süd məhsullarının emal sənayesinin inkişafı məsələsi təkrar gözdən keçirilməlidir. Təhlillərə görə, bu müəssisələr effektiv işləmirlər. Daxili bazarda fermerlərdən vaxtında və uyğun qiymətlərlə məhsulu almadıqları üçün istər-istəməz istehsalda kəsintilər yaranır. Əgər kəsintilər aradan qaldırılarsa, idxaldan asılılığı 80 faizə yaxın azaltmaq olar. Bu addımlar təkcə kərə yağı istehsalını artırmayacaq. Eyni zamanda, kərə yağı istehsalından sonra digər süd məhsullarının istehsalını da təmin edəcək”.

Böyük həcmdə investisiyalara ehtiyac var

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov bildirir ki, Azərbaycanda heyvandarlığın inkişafına mane olan konkret səbəblər var. Onun sözlərinə görə, məhdud örüş sahələri və yem bazasının olmaması bu sahənin inkişafını ləngidir: “Ümumiyyətlə, ərazisi kiçik olan ölkələrdə heyvandarlığın inkişaf prosesi çətin olur. Ölkəmizdə həm örüş sahələri azdır, həm də yem idxal olunduğundan bahadır. Nəticədə yerli istehsal idxal olunan məhsuldan daha baha başa gəlir. Ona görə kiçik fermerlər bu işlə məşğul ola bilmirlər. Düzdür, perspektiv var. Məsələn, işğaldan azad olunmuş ərazilərimizdə bu sahəni inkişaf etdirmək mümkündür. Həmin ərazilərdə böyük komplekslər yaratmaq olar. Orada böyük otlaq ərazilərimiz var. Amma bununla yanaşı keyfiyyətli, yağlı süd əldə etmək üçün yem də olmalıdır”.

Ekspert vurğulayır ki, dövlət bu sahənin inkişaf etdirilməsində maraqlıdır: “Neçə illərdir ki, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınan hər baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən 100 manat subsidiya verilir. Eyni zamanda, yem bazası sayılan yonca, arpa, buğda, qarğıdalı və s. əkin sahələrinə dövlət tərəfindən subsidiya ayrılır. Yəni, dövlətin bu sahəyə kifayət qədər qayğısı mövcuddur. Sadəcə, bu məsələ kəndlidən asılı deyil. Bu, iri şirkətlərin görəcəyi işdir. Bu sahəyə böyük həcmdə investisiyalar yatırılmalıdır. Böyük heyvandarlıq kompleksləri tikilməlidir”.

Ekspert hesab edir ki, bu sahəyə sahibkarların marağı olmalıdır: “Kəndlinin dörd inək saxlaması ilə biz tələbatı ödəyə bilmərik. Düzdür, bu işi qurmaq istəyənlər olub. Amma idarəetmə düzgün qurulmadığından uğursuz alınıb. Çünki heyvan dağın başında, sahibkar Bakıdadır. Bakıda oturub dağın başındakı işi idarə etmək çətin məsələdir. Bu işi xaotik deyil, sistemli şəkildə qurmaq lazımdır”.

“İdxaldan asılılığımız davam edəcək”

İqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, artıq kənd əhalisi heyvandarlığı qazanclı sahə kimi görmür: “Əvvəl mal-heyvanı boş sahələrdə otarmaq olurdu. İndi otlaq sahələri hasarlanıb. Digər tərəfdən, gənclər bu işlə məşğul olmaq istəmirlər. Hesab edirlər ki, bu sahədə gəlirlilik yaxşı səviyyədə deyil. Bakıya gəlib fəhlə işləməyi ondan qazanclı sayırlar. Otlaq sahəsi olmadığına görə kəndli məcburdur ki, heyvanlara ot bağlaması versin. Ot bağlamasının qiyməti növünə uyğun olaraq 3-6 manat arasındadır. Kəndlinin də o qədər pulu yoxdur. Aidiyyəti qurumlar da bu problemin öhdəsindən gələ bilmirlər. Nəticədə südçülük üzrə heyvandarlıq inkişafdan qalır. Ona görə kərə yağına olan tələbatda idxaldan asılı vəziyyətdəyik. Gələcəkdə də idxaldan asılılığımız davam edəcək”. ("Kaspi" qəzeti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Aprel 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri