Heyvandarlıq müəssisələri ekoloji qiymətləndirmədən keçəcək
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılacaq heyvandarlıq, quşçuluq və balıqçılıq müəssisələrinin, eləcə də aqroparkların əhatə dairəsi dəqiq müəyyənləşdiriləcək.
Modern.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna dəyişiklik layihəsində nəzərdə tutulub.
Qanuna əlavə edilmiş “Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı”nda kənd təsərrüfatı sahəsinə aid layihələr də yer alır.
Hazırda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi, irimiqyaslı kənd təsərrüfatı fəaliyyəti, o cümlədən aqroparkların yaradılması, habelə balıqçılıq və akvakultura təsərrüfatları ƏMTQ tələb olunan fəaliyyət növləri hesab edilir.
Təklif olunan dəyişikliklə siyahının 27-ci maddəsinin yeni redaksiyada verilməsi, 34-cü maddəsinin isə ləğv edilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, ƏMTQ-nin təsir dairəsinə düşəcək heyvandarlıq, quşçuluq və balıqçılıq müəssisələrinin, eləcə də aqroparkların konkret əhatə dairəsi və istehsal hədləri müəyyənləşdiriləcək. Bununla da yalnız qanunda nəzərdə tutulan tutum göstəricilərinə uyğun təsərrüfatların layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi aparılacaq.
Qeyd edək ki, ƏMTQ-nin əsas məqsədi nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərini əvvəlcədən müəyyənləşdirmək, həmin təsirlərin miqyasını və intensivliyini qiymətləndirmək, eləcə də onların qarşısının alınması və ya azaldılması üçün tədbirlər hazırlamaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 22 Sentyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















