Icma.az
close
up
RU
Heyvanlar yanvar oktyabr ayları üçün nəzərdə tutulmuş miqdarda peyvənd olunub

Heyvanlar yanvar oktyabr ayları üçün nəzərdə tutulmuş miqdarda peyvənd olunub

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlboyu aparılan peyvəndləmə prosesi ölkədə mövcud olan bütün iribuynuzlu və xırdabuynuzlu heyvanları əhatə edir. Peyvəndləmə ilin əvvəlində təsdiqlənmiş tədbirlər planına əsasən, qrafik üzrə həyata keçirilir və prosesdə indiyədək ləngimə olmayıb, heyvanlar yanvar-oktyabr ayları üçün nəzərdə tutulmuş miqdarda peyvənd edilib. Bunu SİA-nın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycanda xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə dövlət tərəfindən tam maliyyələşdirilir və pulsuz həyata keçirilir. “Hazırda dabaq, qarayara, brusellyoz əleyhinə peyvənd, nodulyar dermatitə qarşı, xırdabuynuzlu heyvanların çiçəyinə qarşı peyvənd, atlarda rinopnevmoniya qarşı peyvənd, atların qripinə qarşı peyvənd, donuzlarda klassik tauna qarşı peyvənd vaksinləri dövlət tərəfindən tətbiq olunur. Peyvəndləmə təsərrüfatlar üçün məcburidir. Qanunvericiliyə əsasən, təsərrüfat sahibləri xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləməni həyata keçirmək öhdəliyinə malikdir. Bu, yalnız öz heyvanlarının deyil, ətraf təsərrüfatların da təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir. Peyvəndləmə tədbirlərindən yayınmaq inzibati məsuliyyət yarada bilər və heyvan tələfatı zamanı kompensasiya ödənişinə dair hüququ da məhdudlaşdıra bilər. Peyvəndlənmə heyvanları ölümcül xəstəliklərdən qoruyur, təsərrüfatın məhsuldarlığını və iqtisadi sabitliyini saxlayır, xəstəliklərin digər təsərrüfatlara yayılmasının qarşısını alır, insanlara keçə bilən zoonoz infeksiyaların riskini azaldır”- deyə məlumatda bildirilib.

Həmçinin diqqətə çatdırılıb ki, peyvənd heyvanın immun sistemini qoruyur, yoluxma riskini azaldır, xəstəlik baş verdikdə, daha yüngül keçirilməsini təmin edir. Başqa heyvanlara yoluxdurma ehtimalını minimuma endirir. “Heyvan sahiblərini peyvəndləmə tədbirlərində aktiv iştiraka, rəsmi baytarlıq orqanları ilə əməkdaşlığa və heyvanlarının vaxtında peyvənd olunmasını təmin etməyə çağırırıq”- deyə sorğuya cavabda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see224

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see211

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see201

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see175

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see171

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see170

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see164

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see153

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see144

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see141

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see141

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see141

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see140

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see134

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see131

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri