Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Hikmət Babaoğlu: “Suriyada sülh və sabitlik olmayacaq” MÜSAHİBƏ

Hikmət Babaoğlu: “Suriyada sülh və sabitlik olmayacaq” MÜSAHİBƏ

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Suriyada Yaxın Şərqin gələcək geosiyasi taleyinə və regional təhlükəsizliyinə təsir göstərəcək mühüm siyasi proseslər baş verməkdədir.

Bütün region dövlətlərin, hətta beynəlxalq ictimaiyyətin diqqəti Suriyada cərəyan edən hadisələrə yönəlib.

Qeyd edək ki, son bir neçə gün ərzində Suriya ordusu kürd silahlı birləşmələr – SDQ/YPG-nin nəzarəti altında olan ərazilərdə genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirib.

Suriya ordusu, demək olar ki, ölkənin şimal-şərq bölgəsində starteji cəhətdən önəmli olan bir çox mövqelər – Deyr Əl-Zor, Həsaka, Tabaki, Markada, Habur Vadisi, Rəqqa və digər mövqeləri nəzarətə götürüb. 

SDQ-nin rəhbərliyi Suriya ordusunun hücumlarına tab gətirməyərək Dəməşqə tabe olmağa razılaşıb. Nəticə etibarı ilə SDQ Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa ilə atəşkəs sazişi imzalayıb. Sözügedən saziş Türkiyə, İraq, İordaniya və ABŞ tərəfindən alqışlanıb.

Suriyanın ərazi bütövlüyünün bərqərar olunması fonunda ölkədəki proseslərin hansı istiqamətə doğru gedəcəyi, kürdlərin ölkənin idarə olunmasında hansı rola malik olması, xüsusilə də ABŞ-nin Suriyada geosiyasi və geoiqtisadi maraqlarının nə dərəcədə təmin olunacağı ilə bağlı məsələlər ciddi maraq doğurmaqdadır.

Yaxın Şərqdəki mövcud situasiyaya aydınlıq gətirmək üçün "Cebheinfo.az" deputat, siyasi şərhçi Hikmət Babaoğlu ilə həmsöhbət olub. 

Müsahibəni təqdim edirik:

- Hikmət müəllim, qeyd edək ki, son bir neçə gün ərzində Suriyanın keçid hökümətinə bağlı silahlı qüvvələr ölkənin şimal-şərq bölgəsində Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı uğurlu hərbi əməliyyatlar həyata keçirib. Əməliyyatlar nəticəsində bölgədəki bir çox ərazilər azad edilərək Dəməşqin nəzarətinə keçib. 

Artıq Dəməşq ilə SDQ arasında atəşkəs elan edilib. Atəşkəs elan olunmasına baxmayaraq, Suriya orudusu bölgəni tam şəkildə nəzarət altına almaqda qərarlıdır. Əl-Şaraa hakimiyyəti ölkənin tam olaraq ərazi bütövlüyünü və suverenliyini bərqərar və SDQ-ni özünə tabe etdirə biləcəkmi?

- 2011-ci ildə Suriyada müharibənin başlanması təsadüfü hadisə deyildi. Bu müharibəni şərtləndirən mühüm səbəblər vardı. Bunlardan biri Suriyadakı müəyyən daxili dairələrin Suriyanı öz milli dövlətləri kimi qəbul etməməsi idi, digər səbəb isə Suriya ərazisindən öz mənafeləri üçün istifadə etməyə çalışan xarici qüvvələrin Suriyada müharibəni alovlandırmaqda maraqlı olmaları idi.

Suriyada on beş ilə yaxın davam edən müharibənin çox ciddi əsasları və səbəbləri vardır. Bu səbəblər hələ də aradan qaldırılmayıb. Xüsusilə qeyd edim ki, Suriya bir növ Yaxın Şərqin Belçikasıdır. Bu ölkə Avropa dövlətləri arasındakı kəsişmə nöqtəsində yerləşir və etnik baxımından  müxtəlif xalqlardan ibarətdir. Suriya da tarixən bir çox xalqların vətəni olub.

Təəssüf ki, bu günə qədər bu xalqların hamısını bir arada tutacaq dövlət modeli olmayıb və uzun illər boyu tətbiq olunan model isə zorakılığa söykənib. Hazırda Suriya yeni tarixi mərhələyə qədəm qoyub. Bu mərhələ Əhməd Əl-Şaraanın hakimiyyətə gəlməsi ilə başlayıb. Suriyada mərkəzi hakimiyyət güclənməkdə davam edir. 

Suriya milli ordusunun YPG/SDQ-yə, daha doğrusunu desək, bu terrorçulara qarşı apardığı əməliyyatları uğurlu hesab etmək olar. Əslinə baxanda, Suriyanın ərazi bütövlüyünün bərqərar və Dəməşqin ölkənin bütün əraziləri üzərində suverenliyinin təmin olunması istiqamətində bu kimi addımlar çoxdan atılmalı idi. Burada narahat doğuracaq bir sıra məqamlar var. Əgər diqqət yetirsək görərik ki, YPG/SDQ terror təşkilatının siyasi və hərbi avanqardları suriyalı deyillər.

Onlar kənardan Suriyaya göndərilən terrorçulardırlar. Həmin terrorçular Suriyanı öz vətəni hesab etmədikləri üçün silahı yerə qoymamaqda və mübarizəni davam etməkdə maraqlıdırlar. 

Sözügedən terror təşkilatının rəhbəri Məzlum Abdi son bəyanatında bildirib ki, YPG məğlub olmayıb və mübarizəni davam etdirəcək. Suriyanın yeni hakimiyyətinin terror təşkilatı ilə danışıqlar aparmasına və onunla atəşkəs sazişi imzalamasına gəlincə, bu, terror təşkilatına qarşı dövlət davranışı prinsipinə uyğun deyil, əslində bu, terror təşkilatını özünə bərabər tutmaq və dövlətin gücünü sıfıra endirmək deməkdir.

Ona görə də nə qədər rəsmi Dəməşq terror təşkilatını tərəf kimi qəbul edəcəksə, onlara Suriya ordusu tərkibində xüsusi status verəcəksə, Suriyada sülh və sabitlik olmayacaq. Əl-Şaara hakimiyyəti Suriyanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində hələ yolun başlanğıcındadır. Nə qədər ki, xarici təsirlər neytrallaşdırılmayıb bu yolun sonuna gəlmək qeyri-mümkün olacaq.

- Suriyanın ərazi bütövlüyünün bərqərar və təhlükəsizliyinin təmin olunması regionun təhlükəsizliyinə nə kimi töfhəsi olacaq? Qonşu ölkələr bunda nə dərəcədə maraqlıdır? 

- Əlbəttə ki, Suriyanın sabitliyi Yaxın Şərqin sabitliyi deməkdir. Suriyanın coğrafi əhəmiyyəti geostrateji cəhətdən qiymətləndirsək, Suriyanın çox mürəkkəb bir coğrafiya olduğunu görərik. Tarixən bu bölgədə çox ciddi siyasi proseslər baş verib.

Suriyada sülh və sabitliyin bərqərar olunması təkcə Suriyanın deyil, həmçinin Türkiyə, İraq, Livan və İordaniyanın, bütövlükdə Yaxın Şərqin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Adını sadaladığım region dövlətləri Suriyanın sabit bir ölkəyə çevrilməsində maraqlıdır. 

- Son əməliyyatlar fonunda ABŞ-nin kəskin reaksiya verməməsi bir çoxlarını təəccübləndirib. Bəzi mənbələrin iddialarına görə, Əl-Şaara hakimiyyəti ilə ABŞ arasında razılıq əldə olunub ki, ölkənin şimal-şərq bölgəsindəki neft-qaz yataqlarının istismarı ABŞ şirkətlərinin nəzarətinə veriləcək. 

Artıq sosial şəbəkələrdə belə bir məlumat yayılıb ki, sözügedən ərazidə neft-qaz yataqlarının istismarında birbaşa ABŞ-nin “ExxonMobil” və “Chevron” şirkətləri iştirak edəcək. Sizcə, ABŞ-nin Dəməşqin SDQ-yə qarşı hərbi əməliyyatlarına razılıq verməsi iqtisadi maraqlara əsaslanır?

- İlk növbədə qeyd edim ki, Əhməd Əl-Şara gəncliyindən bəri Suriyada baş verən proseslərin içərisində olan, o cümlədən Suriyadakı daxili və xarici aktorları çox yaxşı tanıyan bir siyasətçidir. 

Amma biz bilirik ki, bu siyasətçi vaxtilə bəzi ölkələr tərəfindən terror təşkilatı kimi tanınan təşkilatın üzvü olub. İndi isə Suriyanın müvəqqəti prezidenti kimi qəbul edilir. Xüsusi bir məqamı qeyd etmək lazımdır ki, Əhməd Əl-Şaaranın müxtəlif xarici qüvvələr ilə yaxın təmasları var.

Yoxsa, Suriya kimi mürəkkəb bir bölgədə birdən-birə bu qədər uğurlu hərbi əməliyyatlar keçirib yeni siyasi mərhələni başlamaq qeyri-mümkün olardı. Hesab edirəm ki, son hərbi əməliyyatlardan əvvəl Əl-Şaara hakimiyyəti ilə ABŞ arasında müəyyən razılaşmalar əldə olunub. 

Bu məsələdə daha bir məqama da diqqət yetirmək lazımdır. Prezident Donald Tramp birinci hakimiyyəti dövründə çıxışlarında açıq şəkildə bəyan edirdi ki, Suriyanın vaxtilə SDQ/YPG-nin nəzarəti altında olan ərazilərdəki neft/qaz yataqları ABŞ-a məxsusdur.

Amma indiki hakimiyyəti dövründə tam fərqli mövqedən çıxış edir. Sözügedən ərazilərdəki neft/qaz yataqlarının Dəməşqin nəzarətinə keçməsinə Vaşinqtonun razılıq verməsi çox mühüm bir hadisədir. Bu, özlüyündə ABŞ-nin proseslərə nəzarət etdiyini və Suriya neftindən faydalanmaq niyyətində olduğunu göstərir. 

ABŞ-nin Suriyaya sərgilədiyi davranış elə bundan ibarətdir. YPG/SDQ terror təşkilatına münasibətdə ABŞ-nin bu dəfə fərqli davranması Vaşinqtonun regionda daha böyük maraqlarının olduğunu sübut edir. Amma gələcəkdə ABŞ-nin mövqeyinin dəyişib-dəyişməyəcəyinə zəmanət yoxdur. 

Onu da qeyd edim ki, ABŞ Yaxın Şərqdə istədiyi dövləti yarada bilmədi. ABŞ-nin planının baş tutmamasında Türkiyənin müstəsna rolu olub. Türkiyənin cəsarətli və qətiyyətli mövqeyi, o cümlədən hərbi-diplomatik qüdrəti Vaşinqtonun Yaxın Şərq planının reallaşmasına imkan vermədi. 

- Necə düşünürsünüz, Suriyada atəşkəs uzunmüddətli olacaq? Suriyadakı kürd silahlı birləşmələri mərkəzi hakimiyyətə tam inteqrasiya oluna biləcək?

- Əminliklə demək olar ki, Suriya kimi bölgələrdə istərsə atəşkəs olsun, istərsə də sülh olsun, bu kimi terminlər şərti xarakter daşıyır. Suriyanın tarixinə nəzər yetirsək, görərik ki, bu coğrafiyalarda hər zaman qarşıqlıq və qarşıdurmalar olub. Osmanlı dövrü istisna olmaqla, Suriyada heç bir zaman uzunmüddətli sülh olmayıb.

Əl-Şaara hakimiyyətinin SDQ ilə imzaladığı atəşkəs sazişinin daimi olacağını düşünmürəm. Ümumiyyətlə, bu saziş bir dövlət ilə deyil, bir terror təşkilatı ilə imzalanıb. Bunu atəşkəs hesab etmək doğru olmaz. 

- Suriyada kürdlərə xüsusi idarəetmə imtiyazların verilməsi ABŞ-nin tələbidir? Sizcə, bu, regionda hər hansı bir təhlükəyə gətirib çıxara bilər?

- Çox təəssüf ki, bəzi xalqların ayrı-ayrı nümayəndələri böyük dövlətlərin siyasi maşasına çevrilib. Onlar hesab edirlər ki, guya öz xalqlarının milli mübarizəsini aparırlar. Adını sadaladığımız terror qruplaşmaları – PKK, PYD və YPG-nin heç biri kürd xalqını təmsil etmirlər. Kürd xalqı terror zehniyyətini dəstəkləmir. Son on il ərzində İraqdan Suriyaya məcburi köçürülən kürdlər SDQ-nin uydurma dövləti adı altında yaşamaq istəmirlər, çünki onların öz vətəni var.

Əgər Suriyada mərkəzi hakimiyyət – Dəməşq daha möhkəmlənərsə, Suriyadakı məcburi şəkildə köçürülən kürdlər öz dədə-baba yurdları – İraqa qayıdacaqlar. Onu da qeyd edim ki, Yaxın Şərqin özünə məxsus etno, mədəni və sosioloji konfiqurasiyası var. Əgər kənar güc mərkəzləri Yaxın Şərqə müdaxilə etməsələr, regiondakı xalqlar dinc və sülh şəraitində yaşayacaqlar. 

Yunis Abdullayev
"Cebheinfo.az"

Açar sözlər: Suriya Hikmət Babaoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:267
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see588

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see426

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see421

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see391

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see374

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see370

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see332

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see267

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see256

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see248

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see234

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see232

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see218

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see216

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see215

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see212

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see211

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see209

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see181

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri