Hikmət Hacıyev: Şuşa Media Forumu azad edilmiş ərazilərdə həyatı işıqlandırmağa imkan verir
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şuşa Qlobal Media Forumu postmünaqişə dövründə azad edilmiş ərazilərdə həyatı işıqlandırmağa imkan verir.
APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
Hikmət Hacıyev qeyd edib ki, Şuşa unikal məkandır, bir çox şairlər, mədəniyyət xadimləri bu şəhərdə yaşayıb: “Azərbaycanın işğal altında olan şəhərləri uzun illər dezinformasiyanın mərkəzi olub. Xocalı soyqrımı baş verib. Foruma Dünyanın müxtəlif yerlərindən qonaqlar dəvət etmişik. III Şuşa Qlobal Media Forumu postmünaqişə dövründə azad edilmiş ərazilərdə həyatı işıqlandırmağa imkan verir”.


