Hikmət Hacıyevdən agent iddialarına Reaksiya
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son günlər bəzi media qurumlarında və sosial media platformalarında Azərbaycanla bağlı tamamilə əsassız və uydurma məlumatlar yayılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.
“Son zamanlar bəzi media və sosial media hesablarında tamamilə əsassız və uydurma iddialar yayılıb ki, guya Azərbaycan etnik azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adından İrana yerləşdirir. Bu cür absurd və fantaziyaya əsaslanan iddiaların reallıqla heç bir əlaqəsi yoxdur və qəsdən dezinformasiyadan başqa bir şey deyil. Bu cür saxta xəbərləri və əsassız ittihamları qəti şəkildə rədd edirik”, - Hikmət Hacıyev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 13 İyun 2025 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















