Icma.az
close
up
RU
Hikmət Hacıyevin də adından yayılan video saxtadır Rəsmi

Hikmət Hacıyevin də adından yayılan video saxtadır Rəsmi

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə - Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından “deepfake” texnologiyası tətbiq olunmaqla hazırlanıb, reallığı əks etdirməyən və saxta məzmunlu video yayılıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) həmin video ilə bağlı açıqlama verib.

“Süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi Azərbaycan və Türkiyə arasında olan münasibətləri zədələməyə, iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqliyə xələl gətirməyə və qarşılıqlı etimadı sarsıtmağa xidmət edir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deepfake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.

Eyni zamanda, sosial şəbəkə platformalarının sahiblərini və müvafiq qurumları zərərli və saxta məzmunun operativ şəkildə aradan qaldırılması, bu tip halların qarşısının alınması üçün effektiv mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görməyə dəvət edirik”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, analoji hal bir neçə gün əvvəl Azərbaycan lideri İlham Əliyevlə bağlı da yaşanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Yanvar 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri