Icma.az
close
up
RU
Hikmət Hacıyevin Tehran səfəri və İran Ermənistan yaxınlaşmasında TƏHLÜKƏLİ GEDİŞ

Hikmət Hacıyevin Tehran səfəri və İran Ermənistan yaxınlaşmasında TƏHLÜKƏLİ GEDİŞ

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrana səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirib. 

Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib : 

“Tehran Dialoq Forumunda “təkbətək” formatında çıxış etməkdən və Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində yeni qlobal nizam, regional məsuliyyət və inklüzivlik, Azərbaycan-İran ikitərəfli əməkdaşlığının daha da möhkəmləndirilməsi, keyfiyyətcə yeni səviyyəyə qaldırılması, Cənubi Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsi barədə danışmaqdan məmnunam”. 

Hikmət Hacıyev İran Prezident Administrasiyasının siyasi şöbəsinin müdir müavini Mehdi Sənai ilə görüşü barədə yazıb: 

“Həmkarım Mehdi Sənai ilə və İranın Milli Təhlükəsizlik Şurasının katibi Dr. Əkbər Əhmədianla İran Prezidentinin Azərbaycana səfərinin davamı olaraq ölkələrimiz arasında ikitərəfli dostluq əlaqələrinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini nəzərdən keçirdik”,-deyə dövlət başçısının köməkçisi bildirib. 

Tehranda aparılan müzakirələrdə Ermənistan Dövlət Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrana səfəri də diqqəti cəlb edib. Ermənistan nümayəndəsi Tehrana səfəri rəsmi şəkildə Dialoq Forumunda iştirak etmək məqsədi daşıyıb. 

Lakin İranın son vaxtlar Azərbaycanla və Ermənistanla artan siyasi təmasları fonunda bu görüşlərin sadəcə protokol xatirinə keçirildiyini söyləmək olmaz. Sözügedən görüşlər daha çox İranın Cənubi Qafqazdan keçən nəqliyyat-tranzit layihələrinə qoşulmaq istiqamətində səylərinin artması kontekstində nəzərdən keçirilməlidir. 

Aprelin 23-də Azərbaycan Prezidentinin Çinə səfərindən sonra rəsmi Pekinin həm “Orta dəhliz”ə, həm də Şimal-Cənub nəqliyyat dəhlizinə marağının artması bölgədə yeni geoiqtisadi konfiqurasiyanın yaranmasına təkan verə bilər. Bu baxımdan, hər iki nəqliyyat-tranzit şəbəkəsinin qovşağında yerləşən Azərbaycan İran üçün getdikcə daha ciddi əhəmiyyət kəsb etməyə baaşlayıb. 

İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana səfəri tərəflər arasında 2020-ci ildən bəri davam edən geosiyasi gərginliyin aradan qalxması və Tehranın daha çox regional iqtisadi layihələrə üstünlük verdiyini göstərdi. 

Azərbaycanla Çin arasında əldə edilmiş razılaşmalar Zəngəzur dəhlizinin açılması üçün yeni əlverişli konyuktur yaradır. İran Zəngəzur dəhlizi məsələsində mövqeyini dəyişməsə də, Avropa və Çin arasında fəal yükdaşımaların həyata keçirilməsi prosesindən də kənarda qalmaq istəmir. 

Çin mərkəzli beynəlxalq geosiyasi qütbün əsas üzvlərindən olan İran Pekinin Cənubi Qafqazdakı maraqlarına qarşı çıxa bilməz. Ona görə də Tehran daha çox daşımaların İran ərazisi ilə həyata keçirilməsi variantına üstünlük verir. 

Söhbət Çindən və Avropadan Azərbaycan ərazisinə daxil olan yüklərin “Araz dəhlizi” ilə ötürülməsindən gedir. Bu halda İran “Orta dəhliz”in vacib tranzit hissələrindən birinə çevrilmək imkanı qazanır. Rəsmi Tehran qeyd edilən layihənin reallaşmasına Zəngəzur dəhlizinin qarşısını almaq vasitəsi kimi baxır. 

Yəni, İran bir tərəfdən beynəlxalq tranzit şəbəkəsinə qoşulmaqla gəlir əldə etməyə, eyni zamanda Türkiyə və Azərbaycan arasında birbaşa quru əlaqəsinin yaranmasını əngəlləyəcəyinə ümid edir. Son vaxtlar İran və Ermənistan arasında aparılan qapalı danışıqlar və bu istiqamətdə ortaya çıxan məlumatlar Tehranın “Orta dəhliz”lə bağlı alternativ planlarının olduğunu göstərir. Məqsəd Azərbaycanı “Orta dəhliz”dən kənarda saxlamaq, Ermənistanı daha etibarlı tərəfdaş kimi logistika prosesinə qoşmaqdır. 

Xatırladaq ki, Ermənistanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Karen İvanov mayın 9-da mediaya açıqlamasında Çindən Avropaya və əks istiqamətdə “Orta dəhliz” vasitəsilə daşınan yüklərlə bağlı planı açıqlamışdı. “Ermənistan uzun müddətdir ki, bu logistik dəhlizin həyata keçirilməsi üçün Çin, Qazaxıstan, Türkmənistan və İranla danışıqlar aparır.

Çindən gələn konteyner qatarı Qazaxıstan və Türkmənistandan keçməklə İranın Culfa stansiyasına hərəkət edəcək. Boşaldıqdan sonra yük avtomobil nəqliyyatı ilə İrəvana çatdırılacaq. Bütün yol boyu hərəkət təxminən 25 gün davam edəcək”,-deyə İvanov bildirib. 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranda keçirdiyi görüşlərdə Zəngəzur dəhlizi barədə müzakirələrin aparılmadığını deyib. O, hətta İrəvanın “Zəngəzur dəhlizi” terminini işlətmədiyini vurğulayıb. “Biz regional münasibətlərdəki dalandan necə çıxmaq və bölgəyə sülh və sabitlik gətirmək barədə danışırıq”, - deyə Qriqoryan qeyd edib. 

Aydındır ki, Zəngəzur dəhlizinin açılması nə İranın, nə də Ermənistanın maraqlarına cavab verdiyindən, tərəflər bu məsələyə toxunmayıblar. Amma son illər İran-Ermənistan münasibətlərinin gündəliyində əsas yer tutan daşımalar və logistika mövzusunun diqqətdən kənarda qalması demək deyil. İran Ermənistana Azərbaycanla kommunikasiyaları açmadan öz ərazisi vasitəsilə Mərkəzi Asiyaya və Fars körfəzinə çıxışı təmin edən iki layihə təklif edir. 

Buna baxmayaraq, hər iki ölkənin bu layihələri reallığa çevirmək potensialı olmadığından, bu yöndə iddialar əsasən siyasi pafos xarakteri daşıyır. Armen Qriqoryan forumda Ermənistanın xarici və müdafiə siyasətinin şaxələndirilməsindən danışıb. O, Ermənistanın heç bir ölkəni istisna etmədən bütün dövlətlərlə əlaqələri inkişaf etdirdiyini vurğulayıb. Bu da Ermənistanın Qərbyönümlü xarici siyasət kursundan və ABŞ ilə hərbi əlaəqlərin inkişafından İranın narahat olması ilə bağlıdır. 

İranın nüvə proqramına dair danışıqların hələ nəticə verməməsi İsrail və ABŞ ilə müharibə riskini artırır. Belə olan təqdirdə, Tehran ABŞ-nin Ermənistan ərazisindən İrana qarşı hərbi kəşfiyyat məqsədilə istifadə imkanlarının qarşısını almağa çalışır. Çox güman ki, Armen Qriqoryanla görüşdə İran tərəfi məhz sözügedən məsələ barədə xəbərdarlıq edib. 

Ermənistan isə rəsmi Tehranı ABŞ ilə əməkdaşlığın İrana qarşı yönəlmədiyinə, təhlükəsizliyin diversifikasiyasına xidmət etdiyinə inandırmağa çalışır. Lakin A.Qriqoryan çox güman ki, dalandan necə çıxmaq haqda danışarkən regional kommunikasiya layihələrinə hər iki tərəfin marağını təmin edən şəkildə çıxış əldə edən birgə variantın tapılmasını nəzərdə tutur. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: Hikmət Hacıyev İrana səfər Armen Qriqoryan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 May 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri