Icma.az
close
up
RU
Hikmət Hacıyevin Tehran səfəri münasibətləri qaydaya salacaqmı? Azərbaycandan fərqli olaraq, İran öhdəliklərini yerinə yetirmir...

Hikmət Hacıyevin Tehran səfəri münasibətləri qaydaya salacaqmı? Azərbaycandan fərqli olaraq, İran öhdəliklərini yerinə yetirmir...

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasına səfər edib.

Səfər zamanı Hikmət Hacıyev İran İR Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.

Maraqlıdır, bəs bu səfərin nəticələrini necə şərh etmək olar?

Daha dəqiq, bu, İran-Azərbaycan münasibətlərinə hansı dərəcədə təsir edə biləcək?

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İrana səfəri, təbii ki, vacib bir hadisədir. Daha dəqiq, bu, Azərbaycanın İranla münasibətlərinin inkişafında maraqlı olduğunun göstəricisidir. Bununla belə, Azərbaycanın İrandan bir sıra istəyəcəkləri var.”

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, Hikmət Hacıyev bu istəkləri İran rəsmilərinə çatdırıb:

“Hesab edirəm ki, Hikmət Hacıyev bu istəkləri İran rəsmilərinin nəzərinə çatdırıb. Çünki Tehran rəsmiləri də Hikmət Hacıyevə öz istəklərini deyiblər. İkinci bir tərəfdən isə Azərbaycan və İran arasında bu əlaqələr iqtisadi əməkdaşlığın inkişafına xidmət edə bilər. Amma bunun siyasi, sosial məsələlərə təsir göstərəcəyi şübhəlidir. Çünki İranda Azərbaycan əleyhinə fəalliyyət göstərən Hizbullah qruplaşması var. İran hakimiyyəti həmin qruplaşmadan Azərbaycan əlyehinə istifadə edir. Onlar Azərbaycanda dövlət sistemini dəyişməyi qarşılarına məqsəd qoyublar. Bu baxımdan İran-Azərbaycan münasibətlərində siyasi-sosial əlaqələrin dəyişəcəyi ehtimalı şübhəlidir. Adətən, belə olanda, tərəflər bir-birilərinə qarşı fəaliyyət göstərməyəcəklərinə dair müxtəlif razılaşmalar imzalayırlar. Əvvəllər bu tip məsələlər dəfələrlə vurğulanıb. Bununla belə, Tehran hakimiyyəti Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələri hələ də dəstəkləyir, onların fəaliyyətinə imkan yaradır.”

Siyasi şərhçi bildirir ki, Azərbaycan üzərinə düşən öhdəlikləri hər zaman yerinə yetirib, amma İran belə etmir:

“Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Tehran hələ də buna əməl etmir. Ümumilikdə İran-Azərbaycan münasibətlərin müəyyən yumşalma görünür. Tehran hakimiyyəti Azərbaycan Respublikasına qarşı yürütdüyü mənfi siyasətin nəticələrini indi aradan qaldırmağa cəhd göstərir. Yenidən bu istiqamətdə pozuculuq fəaliyyətinin olmayacağına isə təminat yoxdur. Bundan başqa, Tehran hakimiyyəti adətən, problem yaradan sonra özünü problemi həll edən kimi də göstərməyə çalışır. Azərbaycanla münasibətdə də münasibətləri normallaşdırmaq üçün özünü həll edən tərəf kimi göstərməyə çalışır. Azərbaycanın isə İrana münasibəti birmənalıdır, dəyişməyib. Sadəcə, Tehran hakimiyyəti Azərbaycanın daxili işlərinə qarışmaqda, regional məsələlərdə süni problem yaratmaqla məşğuldur.”

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri