Moninder: Hindistan Konstitusiyası azlıqlar üçün yalnız kağız üzərində qalır
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Hindistan Konstitusiyasının azlıqlara verdiyi hüquqlar praktikada sistemli şəkildə pozulur.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Kanadada fəaliyyət göstərən "Zikh Federation in Canada"nın sədri Sinq Moninder Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Sinq Moninderin sözlərinə görə, dünyanın ən çox hərbiləşdirilmiş bölgələrindən biri olan Kəşmirdəki vəziyyət, eləcə də ölkə boyu xristianlara qarşı mütəmadi hücumlar bunun açıq sübutudur. O vurğulayıb ki, xüsusilə zikhlər onilliklərdir siyasi fürsətçilik, dövlət repressiyası və kimliklərinin inkarı ilə üz-üzədirlər.
Sədr qeyd edib ki, Hindistan Konstitusiyasının 25-ci maddəsində zikhlərin, buddistlərin və caynların ayrıca din kimi tanınmaması konstitusion səviyyədə kimliyin silinməsi anlamına gəlir. Onun fikrincə, bu yanaşma sonrakı illərdə zikhlərə qarşı tətbiq edilən zorakılıqlara ideoloji zəmin yaradıb.
O, 1984-cü ildə həyata keçirilən “Mavi Ulduz Əməliyyatı”nı xatırladaraq, ordunun zikhlərin ən müqəddəs məkanı olan Qızıl Məbədə hücumunun xalqın kollektiv yaddaşında dərin travma yaratdığını deyib. Sədr bildirib ki, həmin hadisələrdən sonra Pəncab üçün muxtariyyət tələbi yerini Xalistanın müstəqilliyi ideyasına verib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Yanvar 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















